Vəzifənin adı: Sahə operatoru (Körpülü kranlar)
Description:
Qısa Təsvir
Müəssisə: Heydər Əliyev adına Neft Emalı Zavodu
Struktur vahidi: İstehsalat Departamenti
Vəzifənin adı: Sahə operatoru (Körpülü kranlar maşinsti)
Vəzifənin məqsədi :
Ekoloji cəhətdən təmiz və səmərəli şəkildə; əvvəlcədən verilən yazılı və şifahi təlimatlar, şirkət standartları, SƏTƏM qaydaları, vəzifə təlimatlarına əsaslanaraq və istismar qaydalarına uyğun olaraq 10 və 16 tonluq körpülü kranları istismar etmək və koks anbarının avadanlıqlarının işinə nəzarət etməkdən ibarətdir.
Əsas vəzifə öhdəlikləri :
- İş vərdişlərini, işlədiyi sahəni, sahəyə aid standartları və qaydaları bilmək və iş prosesində tətbiq etmək.
- Əməyin mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyinin, istehsalat sanitariyasının və gigiyenasının normalara, mülki müdafiənin norma və qaydalarına, həmçinin müəssisədaxili intizam qaydalarına riayət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq tədbir görmək, tabe olduğu şəxslərə və ya səlahiyyətli işçilərə məlumat vermək.
- Məhsuldarlığı 10 və 16 ton olan körpülü kranlara xidmət etmək.
- Körpülü kranları işə buraxmaq, dayandırmaq və parametrlərə uyğun iş rejimini tənzimləmək.
- Reaktorlarda koksun hidravlik üsulla kəsilməsi prosesi gedən vaxt və bu prosesdən sonra reaktorların qarşısında olan çaladakı koksu toplamaq.
- Toplanmış koks sudan süzüldükdən sonra, onu KL-1 lenti üzərindəki bunkerə tökmək və normalarla koks anbarına nəql etmək.
- Növbə ərzində körpülü kranların mexaniki və elektrik avadanlıqlarının iş reşiminə nəzarət etmək.
- Körpülü kranların təmirinə nəzarət etmək.
- Prosesin verilmiş rejimdən yayınması haqqında baş operatoru xəbərdar etmək və təcili aradan qaldırmaq.
- Növbə təhvil-təslimini müvafiq prosedura uyğun olaraq icra etmək. Növbə jurnalında aparılmış qeydlərlə tanış olmaq və imzalamaq. Növbəni təhvil verməmiş iş yerini tərk etməmək. Sahədə gedən işlər, gündəlik işlər və növbə kitabında qeyd edilmiş vacib işlər haqqında növbəni təhvil verəcəyi həmkarına şifahi məlumat vermək.
- İşlədiyi sahədə icra olunacaq təmir fəaliyyətlərinin işə icazə sənədlərinə və proseduruna uyğun olaraq tətbiq olunmasına nəzarət etmək.
- Yeni avadanlığın quraşdırılması, yoxlanması və istismara buraxılmasında iştirak etmək.
- Müəyyən olunan aralıqlarla prosedurlara uyğun laboratoriya nümunələrinin müvafiq şəkildə götürmək.
- İşlədiyi sahənin yanğın və kimyəvi dağılmaya qarşı mübarizə vasitələrinin sazlığına nəzarət etmək.
- İşlədiyi sahədə mövcud olan bütün məhsul və kimyəvi maddələrin Maddənin Təhlükəsizlik Məlumatı Vərəqini (MTMV) bilmək və müvafiq olaraq tətbiq etmək.
Tələblər :
- Orta/Peşə-ixtisas təhsilli
- Körpülü Kran Operatoru / Körpülü Kran Maşinisti ixtisası üzrə diplom və ya sertifikatının (təhsil sənədinin) olması mütləqdir.
- Qəza veziyətlərində müdaxilə
- Məsul olacaq qurğu haqqında texniki məlumatlar