Vəzifənin adı: Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri (Nərimanov rayonu)
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
Vakansiyanın təsviri:
Müəssisə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Bakı Regional Qaz İstismarı İdarəsi
Struktur vahidi: Nərimanov rayonu üzrə Qəza-bərpa xidməti
Vəzifənin adı: Qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri
Dərəcə (ƏÖD): 05
Əmək haqqı: 4,33 AZN saatlıq əmək haqqı (vergi və digər ödənişlər daxil olmaqla)
Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
İş rejimi: Növbəli
İş yerinin ünvanı: Nərimanov rayonu, Ə.Əlizadə küçəsi 24 (42)
Vəzifə funksiyaları:
-
Məişət və sənaye qaz avadanlıqlarının, qazla işləyən sobaların və peçlərin təmir-bərpa işlərini yerinə yetirmək.
-
Diametri 500 mm-dək olan aşağı, orta və yüksək təzyiqli qaz kəmərlərində qəza-təmir işlərini icra etmək.
-
Qaz sızmalarını lokallaşdırmaq və aradan qaldırmaq.
-
Qaz kəmərlərində bandaj, bilərzik, bərkidici və gücləndiriciləri quraşdırmaq.
-
Fəaliyyətdə olan qaz kəmərlərində nişanlama, detal və qovşaqların hazırlanması və montajını yerinə yetirmək.
-
Qaz kəmərlərinin hissə və kəsişmələrinin eskizlərini hazırlamaq.
-
Yeraltı qaz kəmərlərinin yerini müəyyən etmək, texniki vəziyyətini yoxlamaq və elektron cihazlarla izolə etmək.
-
İşlək qaz kəmərlərinin oyulması, quraşdırılması, sökülməsi, kəsilməsi, dəyişdirilməsi və təmirində çilingər işlərini yerinə yetirmək.
-
Kondensat yığıcılarının və əlaqədar boruların quraşdırılması, dəyişdirilməsi, sökülməsi və mürəkkəb çilingər işlərini icra etmək.
-
Qaz kəmərləri yaxınlığında aparılan işlər zamanı onların mühafizəsini təmin etmək.
-
Xidməti avtomobili idarə etmək, yanacaq, sürtkü və soyuducu mayelərlə təmin etmək.
-
Avtomobilin texniki vəziyyətini yoxlamaq, xəttə buraxmaq, geri qəbul etmək və ayrılmış yerdə saxlamaq.
Bilməlidir
- Qaz cihazlarının, məişət və sənaye avadanlıqlarının, qızdırıcı sobaların və peçlərin təmiri və texniki istismarı qaydaları.
- Qazın şəbəkəyə verilməsi, qaz avadanlıqlarının qoşulması və montajı qaydaları.
- Qaz şəbəkələri və kommunikasiyalarının yerləşmə sxemi.
- Qaz şəbəkələrinin təhlükəsiz istismarı və düzgün quraşdırılmasına nəzarət qaydaları.
- Diametri 500 mm-dək yüksək təzyiqli qaz kəmərlərində qəza-təmir işlərinin aparılması qaydaları.
- Avtomobillərə texniki xidmət, saxlanma, akkumulyator və şinlərin istismarı qaydaları.
- Təzə və əsaslı təmirdən çıxmış avtomobillərin yoxlanılması, tez korlanan və təhlükəli yüklərin daşınması qaydaları.
- Hava şəraitinin hərəkət təhlükəsizliyinə təsiri, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, radio qurğularından istifadə, sərnişinlərin minib-düşməsi qaydaları və onlara nəzarət.
- İstehsalat və əmək intizamı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normaları.
Təhsil və iş təcrübəsinə dair tələblər:
Təhsil: tam orta təhsil;
İş təcrübəsi: tələb edilmir.
Digər məlumatlar:
- Tibbi sığorta: təmin edilir;
- İş yerinə çatdırılma: təmin edilmir.
- Son müraciət tarixi: 01.10.2026
- Sürücülük vəsiqəsi tələbi: B və C kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmaq.
Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər
hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.