Proseslərin idarə edilməsi üzrə aparıcı mütəxəssis
Date: 18 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
SOCAR Baş ofis, Emal və Neft Kimya Seqmenti üzrə Proseslərin idarə edilməsi Departamentində aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
-
SOCAR-ın Neft Emalı və Neft-Kimya Seqmentinin müxtəlif region və ölkələrdə yerləşən aktivləri üzrə əməliyyat, biznes, təşkilati və fəaliyyət göstəriciləri ilə bağlı məlumatların idarəetmə hesabatlılığı və qərarların qəbulu məqsədilə toplanmasına, konsolidasiyasına və nəzərdən keçirilməsinə dəstək göstərmək;
-
Baş ofis, regional aktivlər, aidiyyəti funksiyalar və digər maraqlı tərəflər arasında effektiv koordinasiyanı və məlumat axınını təmin etmək, razılaşdırılmış tədbirlərin və tapşırıqların vaxtında icrasını izləmək;
-
Korporativ idarəetmə və Direktorlar Şurasının (BoD) fəaliyyət proseslərinə, o cümlədən tələb olunan məlumatların, sənədlərin və hesabatların hazırlanması və koordinasiyasına, eləcə də müvafiq tədbirlərin icrasının izlənilməsinə dəstək göstərmək;
-
Seqment üzrə hesabatlılıq, korporativ idarəetmə, risklərin idarə edilməsi və koordinasiya təcrübələrinin inkişafına, standartlaşdırılmasına və davamlı təkmilləşdirilməsinə töhfə vermək;
-
Əsas biznes, əməliyyat, strateji və transformasiya təşəbbüslərini izləmək, strukturlaşdırılmış hesabatlar, araşdırmalar, bençmarkinq və zərurət yarandıqda aparılan təhlillər vasitəsilə rəhbərliyin qərar qəbuletmə prosesinə dəstək göstərmək;
-
Seqment Bülleteninin hazırlanmasını koordinasiya etmək və aidiyyəti maraqlı tərəflərdən məlumatları toplamaq və konsolidasiya etməklə, Seqment səviyyəsində kommunikasiya fəaliyyətlərinə dəstək göstərmək;
-
Proseslərin təkmilləşdirilməsi imkanlarını müəyyən etmək və səmərəliliyin, şəffaflığın və təşkilati effektivliyin artırılmasına yönəlmiş təşəbbüslərə töhfə vermək;
-
Məlumatların əlçatanlığını, izlənilə bilməsini təmin etmək məqsədilə müvafiq sənədləri, qeydləri və hesabat arxivlərini düzgün şəkildə aparmaq;
-
Daxili və xarici maraqlı tərəflərlə effektiv işgüzar münasibətlərin qurulmasına dəstək göstərmək, müxtəlif təşkilati və mədəni mühitlərdə korporativ funksiyalar, qurumlar və üçüncü tərəflərlə səmərəli əməkdaşlıq etmək.
Namizədə tələblər:
- Biznesin idarə edilməsi, İqtisadiyyat və uyğun sahələr üzrə bakalavr və ya magistr dərəcəsi;
- Sahə üzrə 5 il iş təcrübəsi;
- MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən peşəkar səviyyədə istifadə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı;
- Power BI istifadə bacarığı üstünlükdür;
- Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə bilik, güclü qrammatik biliklər və sənədlərin yoxlanılması bacarığı;
- Güclü yazılı və şifahi kommunikasiya, detallara yüksək diqqət bacarığı.
Biz nə təklif edirik?
- Peşəkar iş mühiti;
- Peşəkar inkişaf və karyera imkanları;
- Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
- SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
- Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan
Son müraciət tarixi: 27.09.2026