|
Vəzifənin adı: Nəzarət ölçü cihazları (NÖC) və avtomatika üzrə çilingər
SOCAR Downstream MMC, Heydər Əliyev adına Neft Emalı zavodu, Təmir bölümündə Nəzarət ölçü cihazları (NÖC) və avtomatika üzrə çilingər vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi.
- Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək.
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək.
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan təhvil almaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək.
- İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq , iş vəzifə səlahiyyətini aşan vəziyyətlərdə xətti rəhbərini məlumatlandırmaq.
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.
- Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız yerinə yetirmək.
- Mərkəzləşmiş təmir prinsipinə uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək.
- İşlədiyi struktur bölmələrdə bütün nəzarət-ölçü cihazları və avtomatika vasitələrinin təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək.
- İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək.
- SAP proqramı üzərindən müvafiq məlumatları daxil etmək, prosesləri idarə etmək.
Namizədə tələblər:
- Tam orta təhsil
- Nəzarət ölçü cihazları (NÖC) və avtomatika sahəsində minimum 1 il iş stajı
İş yeri: SOCAR Heydər Əliyev adına Neft Emalı zavodu
Son müraciət tarixi: 20 noyabr 2026
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.
Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt recruitment@socardownstream.az ünvanına müraciət ünvanlaya, yaxud +994512336514 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
|