Vəzifənin adı:  Mexanika işləri üzrə Mühəndis

Description: 

Vəzifənin adı: Mexanika işləri üzrə mühəndis 

SOCAR Downstream MMC, Layihələr Departamenti "Mexanika işləri üzrə mühəndis" vəzifəsi üzrə vakansiya elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

  1. İstismara təhkim olunduqda:
  • Aparıcı Mexanika Mühəndisinin təyin etdiyi tapşırıqların düzgün və vaxtında icrası;
  • Nasos, Kompressor, Turbin kimi fırlanan avadanlıqların texniki məlumat cədvəlinin hazırlanması;
  • Fırlanan avadanlıqlar üzrə istehsalçı sənədlərinin yoxlanılması və rəyin bildiriməsi;
  1. Layihələrə təhkim olunduqda
  • Podratçı təşkilatlatın hazırladığı layihələrə, fırlanan avandalıqların texniki sənədlərinə (spesifikasiyalar, texniki çizgilər, satınalma tələbnaməsi, təkliflərin texniki qiymətləndirilməsi, hesabatlar və s.) Mexaniki Spesifikasiyalara/ən yaxşı praktikalara/norma və standartlara uyğuluğu üzrə rəylərin verilməsinə və Podratçıların sorğularının cavablandırılmasına kömək etmək;
  • Mexanika işləri üzrə layihə spesifikasiyalarından, satınalma tələbnaməsindən kənara çıxmaların, və ya layihədən hər hansı bir dəyişiklik tələbinin qiymətləndirilməsində iştirak etmək.

 

Namizədə tələblər:

  • Mexanika mühəndisliyi üzrə ali təhsil;
  • Neft-Qaz sektorunda fırlanan avadanlıqların dizayı üzrə minimum 1-2 illik təcrübə;
  • Yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Təklifin dəyərləndirilməsindən, dizayn və layihələndirmədən, mühəndis hesablamalarından, xərclərin qiymətlənidirlməsindən sifarişçi rəylərinə qədər bütün layihə ilə əlaqəli mexanika mühəndisliyi işlərində işləməyi bacarmalıdır;
  • Aparıcı və təcrübəli mühəndislərlə həmçinin onların müşayiəti altında işləmə bacarığı;
  • Nasoslar, Kompressorlar və Turbinlər kimi fırlanan avadanlıqların prinsipləri üzrə biliklər;
  • API, ISO və s. kimi müvafiq Beynəlxalq Standartlar haqqında ümumi məlumat;

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir. 

 

İş yeri: SOCAR Downstream Management (Neft Emalı Zavodu)
Son müraciət tarixi: 13 Noyabr 2026 
 

Vakansiya və ya müsabiqə mərhələləri ilə bağlı hər hansı sualınız yarandığı təqdirdə, +994 50 665 69 13 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 

 

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.