Vəzifənin adı:  Mükafatlandırma üzrə aparıcı mütəxəssis

Travel: 
Description: 

Uzun Təsvir

SOCAR Baş ofis, Əmək haqqı və imtiyazların tənzimlənməsi şöbəsində mükafatlandırma üzrə aparıcı mütəxəssis vəzifəsivakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

🔹 Əməkhaqqı strukturlarının, vəzifə dərəcələndirmə (job grading) sisteminin, bonus və stimullaşdırıcı mexanizmlərinin idarə edilməsində iştirak edilməsi;

🔹 Əməkhaqqı üzrə bazar araşdırmaları, benchmarklar əsasında mövcud əməkhaqqı və mükafatlandırma sistemlərinin müqayisəli təhlillərin aparılması və hesabatların hazırlanması;

🔹 Performansa əsaslanan mükafatlandırma modellərinin (KPI) tətbiqi və monitorinqində iştirak edilməsi;

🔹 İR Biznes tərəfdaşları ilə əməkdaşlıq edərək əməkhaqqı və mükafatlandırma mövzularında metodoloji və analitik dəstək verilməsi;

🔹 Əməkhaqqı, mükafatlandırma və imtiyazların idarəedilməsi proseslərinin təkmilləşdirilməsi üzrə təşəbüsslərdə iştirak edilməsi;

🔹 Əməkhaqqı üzrə büdcənin planlaşdırılması və icrası proseslərində iştirak etmək, büdcə göstəriciləri üzrə analitik hesabatların hazırlanmasında iştirak edilməsi;

🔹 Əmək qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsində iştirak edilməsi.

Namizədə tələblər:

🔹 İnsan resurslarının idarə edilməsi, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi;

🔹 Əməkhaqqı, müavinətlər, kompensasiya və mükafatlandırma və ya əlaqəli sahələr üzrə ən azı 3 il iş təcrübəsi;

🔹 Əməkhaqqı strukturları, vəzifələrin qiymətləndirilməsi və dərəcələndirilməsi sistemləri, bonus və stimullaşdırma mexanizmləri üzrə güclü nəzəri və praktiki biliklər;

🔹 Fəaliyyətə əsaslanan mükafatlandırma mexanizmlərinin tətbiqi üzrə təcrübə;

🔹 Əməkhaqqı və ödəniş təcrübələri ilə bağlı əmək qanunvericiliyi və müvafiq normativ sənədlər üzrə biliklər;

🔹 Güclü riyazi və analitik bacarıqlar, məlumatları strukturlaşdırmaq, təhlil etmək və analitik nəticələri effektiv şəkildə təqdim etmək bacarığı;

🔹 MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;

🔹 Power BI və ya digər analitik BI alətləri ilə işləmək təcrübəsi;

🔹 HRIS sistemləri ilə işləmək təcrübəsi;

🔹 Güclü analitik düşüncə və məlumatların şərh edilməsi bacarığı;

🔹 Güclü problem həll etmə bacarıqları;

🔹 Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı;

🔹 Maraqlı tərəflərin effektiv idarə edilməsi bacarığı;

🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək;

🔹 Müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür.

Biz nə təklif edirik?

🔹 Peşəkar iş mühiti;

🔹 Peşəkar inkişaf və karyera imkanları;

🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;

🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;

🔹 Nəqliyyat xidmətləri.

İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Senior compensation and benefits specialist” qeyd etməklə recruitment@socar.az elektron poçt ünvanına 20.02.2026-cı il tarixinədək göndərə bilərlər.

Müraciətlər vəzifənin tələblərinə uyğunluq baxımından nəzərdən keçiriləcək və yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.

Şəhər:  Baku
Business Unit:  Structural Companies