Mühafizəçi (Xanım namizədlər üçün)
Date: 10 avq 2026
Location: Bakı, AZ
Company: SOCAR
Uzun Təsvir
SOCAR Təhlükəsizlik İdarəsi Bakı ərazisində yerləşən komandalara mühafizəçi (Xanım namizədlər üçün) peşəsinə əməkdaş axtarır
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın Təhlükəsizlik İdarəsi
Struktur vahidi: Müxtəlif komandalar
Vəzifənin adı: Mühafizəçi (Xanım namizəd)
Dərəcə: 06
Müqavilənin növü: müddətli
Əmək haqqı: 3.46 AZN/saatlıq
Vəzifənin icra etdiyi funksiyalar:
1. Növbənin və postların təhvil-təsliminin aparılması;
2. Postdakı xüsusi vəzifələri, qоnşu pоstlаrın yеrləri barədə məlumatların alınması;
3. Pоst invеntаrının, tехniкi mühаfizə (işıqlаndırma, hаsаrlаnmа, rаbitə, siqnаlizаsiyа) və yаnğınsöndürmə vаsitələrinin mövcudluğunun və vəziyyətinin yoxlanması;
4. Aşkar olunmuş nöqsanlar barədə birbaşa rəhbəliyin məlumatlandırılması;
5. Obyекtlərin və əmlakın mühаfizəsi, müəyyən edilmiş obyektdaxili və buraxılış rejimlərinin qaydalara uyğun təmin edilməsi;
6. Daimi, müvəqqəti, birdəfəlik buraxılış vərəqələrinin və şəxslərə mühafizə olunan obyektlərə daxil olmaq və çıxmaq hüququnu verən digər sənədlərin yoxlanılması;
7. Nəqliyyat vasitələrinə daxil olmaq və çıxmaq, mühafizə olunan obyektlərdə əmlakın gətirilməsi və çıxarılması hüququ verən sənədlərin yoxlanılması;
8. Səlahiyyətləri çərçivəsində, zərurət yarandıqda icazə verilən xüsusi vasitələrdən və xidməti silahdan istifadə edilməklə mühafizə olunan obyektlərdə inzibati və cinayət əməllərinin törədilməsinin qarşısının alınması;
9. Baş vermiş hər hansı hadisə barəsində dərhal birbaşa rəhbərin məlumаtlandırılması;
10. Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarının icra edilməsi;
11. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalar və təlimatlar çərçivəsində fəaliyyət göstərilməsi;
12. Yanğın və digər fövqəladə hal zamanı təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi;
13. Fəaliyyət prosesində tullantıların idarə olunmasına dair tələblərə riayət edilməsi.
Vəzifə üzrə ümumi tələblər:
Vətəndaşlıq-Azərbaycan
Cins-Qadın
Yaş 20-29
Təhsil pilləsi-tam orta təhsil
Fiziki cəhətdən sağlam
Əvvəllər məhkumluğu olmayan
Boyu 170 sm və yuxarı olan şəxslər
"Mühafizəçi" peşəsinə müraciət edənlər üçün əlavə şərtlər:
100 (yüz) metr məsafəyə qaçmaq - max.19 saniyə;
1000 (min) metr məsafəyə qaçmaq - max. 5dəqiqə 45 saniyə.
Press - min. 15 dəfə.
Xüsusi tələblər