Vəzifənin adı: Mühafizəçi (Kişi namizədlər üçün)
Uzun Təsvir
SOCAR Təhlükəsizlik İdarəsi Bakı ərazisində yerləşən komandalara mühafizəçi (kişi namizəd) peşəsinə əməkdaş axtarır
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın Təhlükəsizlik İdarəsi
Struktur vahidi: Müxtəlif komandalar
Vəzifənin adı: Mühafizəçi (kişi namizəd)
Dərəcə: 06
Müqavilənin növü: müddətli
Vəzifənin icra etdiyi funksiyalar:
1. Növbənin və postların təhvil-təsliminin aparılması;
2. Təlimatda iştirak edərək təlimatın mövzusu üzrə məlumatların alınması;
3. Postdakı xüsusi vəzifələri, qоnşu pоstlаrın yеrləri barədə məlumatların alınması;
4. Qarovulun istifadə etdiyi şərti işarələrin öyrənilməsi;
5. Pоst invеntаrının, tехniкi mühаfizə (işıqlаndırma, hаsаrlаnmа, rаbitə, siqnаlizаsiyа) və yаnğınsöndürmə vаsitələrinin mövcudluğunun və vəziyyətinin yoxlanması;
6. Mühаfizəyə götürülən оtаqlаrın, аnbаrlаrın pəncərə və qаpılаrının, кilid, möhür və dаmğаlаrın vəziyyətinin yoxlanması;
7. Aşkar olunmuş nöqsanlar barədə birbaşa rəhbəliyin məlumatlandırılması;
8. Obyекtlərin və əmlakın mühаfizəsi, müəyyən edilmiş obyektdaxili və buraxılış rejimlərinin qaydalara uyğun təmin edilməsi;
9. Obyektlərdə personal və ziyarətçilər üçün giriş və obyektdaxili rejimlərin təmin edilməsi;
10. Daimi, müvəqqəti, birdəfəlik buraxılış vərəqələrinin və şəxslərə mühafizə olunan obyektlərə daxil olmaq və çıxmaq hüququnu verən digər sənədlərin yoxlanılması;
11. Buraxılış bürosu olmayan obyektlərdə buraxılış vərəqələrinin vaxtında qaytarılmasına nəzarət edilməsi;
12. Nəqliyyat vasitələrinə daxil olmaq və çıxmaq, mühafizə olunan obyektlərdə əmlakın gətirilməsi və çıxarılması hüququ verən sənədlərin yoxlanılması;
13. Mühafizə olunan obyektlərin girişində və çıxışında əmlakın, habelə nəqliyyat vasitələrinin yoxlanılması;
14. Obyektdən çıxarılan və obyektə gətirilən əmlakın giriş-çıxışının buraxılış rejimi qaydalarına uyğun həyata keçirilməsi;
15. Mühafizə olunan binalarda, obyektlərin ərazisində və perimetri boyunca stasionar və səyyar postalarda xidmətin həyata keçirilməsi, həmçinin mühəndis-texniki mühafizə vasitələrindən istifadə qaydalarını bilməsi və aşkarlanan nöqsanlar barədə aidiyyəti üzrə məlumat verilməsi;
16. Səlahiyyətləri çərçivəsində, zərurət yarandıqda icazə verilən xüsusi vasitələrdən və xidməti silahdan istifadə edilməklə mühafizə olunan obyektlərdə inzibati və cinayət əməllərinin törədilməsinin qarşısının alınması;
17. Baş vermiş hər hansı hadisə barəsində dərhal birbaşa rəhbərin məlumаtlandırılması;
18. Xidmətin təşkili və aparılmasına dair sənədlərdə, jurnallarda müvafiq qeydiyyatların aparılması;
19. Vəzifə funksiyalarının icrasından irəli gələn işlər barədə daxili nəzarət və dövlət orqanları tərəfindən tələb olunan məlumatların və izahatların təqdim edilməsi;
20. Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarının icra edilməsi;
21. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalar və təlimatlar çərçivəsində fəaliyyət göstərilməsi;
22. Yanğın və digər fövqəladə hal zamanı təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi;
23. Fəaliyyət prosesində tullantıların idarə olunmasına dair tələblərə riayət edilməsi.
Vəzifə üzrə işə qəbul tələbləri:
Vətəndaşlıq-Azərbaycan
Cins-Kişi
Yaş 20-29
Təhsil pilləsi-tam orta təhsil
Həqiqi hərbi xidmətdə olmuş
Fiziki cəhətdən sağlam
Əvvəllər məhkumluğu olmayan
Boyu 175 sm və yuxarı olan şəxslər
“Mühafizəçi” peşəsinə müraciət edənlər üçün əlavə şərtlər:
100 (yüz) metr məsafəyə qaçmaq – max.15 saniyə;
1000 (min) metr məsafəyə qaçmaq – max.4 dəqiqə 30 saniyə.
Turnikdə dartınmaq – min. 7 dəfə.