Mühafizəçi (Kişi namizədlər üçün)

Date: 31 iyl 2026

Location: Bakı, AZ

Company: SOCAR

Uzun Təsvir

SOCAR Təhlükəsizlik İdarəsi Bakı ərazisində yerləşən komandalara mühafizəçi (kişi namizəd) peşəsinə əməkdaş axtarır

 

Vəzifə haqqında məlumatlar:

Müəssisə: SOCAR-ın Təhlükəsizlik İdarəsi

Struktur vahidi: Müxtəlif  komandalar

Vəzifənin adı: Mühafizəçi (kişi namizəd)

Dərəcə: 06

Müqavilənin növü: müddətli

Əmək haqqı: 3.46 AZN/saatlıq

 

Vəzifənin icra etdiyi funksiyalar:

1. Növbənin və postların təhvil-təsliminin aparılması;

2.  Postdakı xüsusi vəzifələri, qоnşu pоstlаrın yеrləri barədə məlumatların alınması;

3. Pоst invеntаrının, tехniкi mühаfizə (işıqlаndırma, hаsаrlаnmа, rаbitə, siqnаlizаsiyа) və yаnğınsöndürmə vаsitələrinin mövcudluğunun və vəziyyətinin yoxlanması;

4. Aşkar olunmuş nöqsanlar barədə birbaşa rəhbəliyin məlumatlandırılması;

5. Obyекtlərin və əmlakın mühаfizəsi, müəyyən edilmiş obyektdaxili və buraxılış rejimlərinin qaydalara uyğun təmin edilməsi;

6. Daimi, müvəqqəti, birdəfəlik buraxılış vərəqələrinin və şəxslərə mühafizə olunan obyektlərə daxil olmaq və çıxmaq hüququnu verən digər sənədlərin yoxlanılması;

7. Nəqliyyat vasitələrinə daxil olmaq və çıxmaq, mühafizə olunan obyektlərdə əmlakın gətirilməsi və çıxarılması hüququ verən sənədlərin yoxlanılması;

8. Səlahiyyətləri çərçivəsində, zərurət yarandıqda icazə verilən xüsusi vasitələrdən və xidməti silahdan istifadə edilməklə mühafizə olunan obyektlərdə inzibati və cinayət əməllərinin törədilməsinin qarşısının alınması;

9. Baş vermiş hər hansı hadisə barəsində dərhal birbaşa rəhbərin məlumаtlandırılması;

10. Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarının icra edilməsi;

11. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalar və təlimatlar çərçivəsində fəaliyyət göstərilməsi;

12. Yanğın və digər fövqəladə hal zamanı təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi;

13. Fəaliyyət prosesində tullantıların idarə olunmasına dair tələblərə riayət edilməsi.

 

Vəzifə üzrə işə qəbul tələbləri:

Vətəndaşlıq-Azərbaycan

Cins-Kişi

Yaş 20-29

Təhsil pilləsi-tam orta təhsil

Həqiqi hərbi xidmətdə olmuş

Fiziki cəhətdən sağlam

Əvvəllər məhkumluğu olmayan

Boyu 175 sm və yuxarı olan şəxslər

 

“Mühafizəçi” peşəsinə müraciət edənlər üçün əlavə şərtlər:

100 (yüz) metr məsafəyə qaçmaq – max.15 saniyə;

1000 (min) metr məsafəyə qaçmaq – max.4 dəqiqə 30 saniyə.

Turnikdə dartınmaq – min. 7 dəfə.