Kapitan

Date: 5 avq 2026

Location: Bakı, AZ

Company: SOCAR

ÜMUMİ MƏLUMATLAR

Müəssisə:              SOCAR, Neftqaztikinti tresti

Struktur vahidi:   6 saylı tikinti quraşdırma bölümü

Kateqoriya:           Supervayzer

Vəzifənin adı:       kapitan

Dərəcə:                     09

 

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Gəminin (sualtı kabellərin çəkilməsi üzrə ixtisaslaşdırılmış kərəcə və ya barja) qəbul edilməsi və təhvil verilməsi;

• Gəminin istismara buraxılması (istismardan çıxarılması) və üzməyə hazırlanması;

• Yüklərin gəmiyə qəbul edilməsi;

• Gəminin idarə edilməsi;

• Fövqəladə hallarla mübarizə aparılması;

• Gəminin limanda dayanması;

• Gəminin təmir edilməsinə nəzarət.

 KVALİFİKASİYA TƏLƏBLƏRİ:

  • Müvafiq sahə üzrə 2 il iş stajı (ali təhsili olduqda)
  • Müvafiq sahə üzrə 3 il iş stajı (orta ixtisas təhsili olduqda)
  • Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Kapitan ixtisasına aid olan aşağıdakı sertifikatlarına malik olmalıdır:
  • İşçi diplomu;
  •  İnsan həyatının dənizdə qorunması (Solas);
  •  Gəminin mühafizəsi təlimatı (NBJS);
  • Beynəlxalq kodeks: Təhlükəsizliyin idarəedilməsi (MKUB);
  •  Gəmilərin limanda mühafizəsi (OSPS)

BİLMƏLİDİR:

  • Daxili dəniz nəqliyyatının əsasnaməsini;

• Özü yeriməyən gəmilərə aid gəmiçilik tərəfindən təsdiq olunmuş əmr və sərəncamları;

• Barjaların (kərəçələrin) texniki istismar və saxlanma qaydalarını;

•Yüklənmə, təmizlənmə və suyun boşaldılması işləri zamanı texniki şərtləri, təlimatları;

• Barjaların (kərəçələrin) mexanizmlərinin, avadanlıqlarının və sınaq qurğularının istismarı qaydalarını;

• Barjaların (kərəçələrin) təmirə ehtiyacı olduqda sifarişin tərtib edilməsi, verilməsi qaydalarını;

• Əməyin mühafizəsi, istehsalat sanitariya, yanğından mühafizə, ətraf mühitin qorunması qaydalarını.

 

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:

Dərketmə,

Dürüstlük,

 Etik davranış,

 Məsuliyyət,

 Mühakimə,

 Nizam-intizam,

Peşəkarlıq,

Problem analiz etmə,

Şifahi özünüifadə,

Stresin idarə edilməsi,

Yazılı özünüifadə,

 Dəniz nəqliyyatı vasitəl. texniki xidmət

Tətbiqetmə Dəniz nəqliyyatı vasitələrinin təmiri 

 

ƏMƏK HAQQI MƏLUMATLARI:

  • Əmək haqqı:       1247 azn
  • Əlavə ödənişlər:   Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir

 

DİGƏR MƏLUMATLAR:

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:             Tam iş vaxtı(həftədə 40 saat)

Elanın bitmə tarixi: 07.08.2026-cı il