Kabel şəbəkələri üzrə elektrik quraşdırıcısı

Date: 6 okt 2026

Location: Bakı, AZ

Company: SOCAR

Vakansiyanın təsviri 2 saylı tikinti quraşdırma sahəsi (1 saylı TQB)

ÜMUMİ MƏLUMATLAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. 

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək.

 

Müəssisə:              SOCAR, Neftqaztikinti tresti

Struktur vahidi:    2 saylı tikinti quraşdırma sahəsi (1 saylı TQB)

Kateqoriya:           İxtisaslı fəhlə

Vəzifənin adı:        Kabel şəbəkələri üzrə elektrik quraşdırıcısı

Dərəcə:                   5

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Elektrik təhlükəsizliyi üzrə qaydalara riayət edilməsi;

• Alətlər, materiallar və işçi komponentlərin müəyyənləşdirilməsi;

• Kabel xətlərinin quraşdırılması və kabellərin çəkilməsi;

• Elektrik xətlərinə texniki xidmət göstərilməsi və təmir işlərinin həyata keçirilməsi;

• Digər fəaliyyətlər:

1.Təhvil-təslim üzrə sənədləşmənin aparılmasında iştirak edilməsi;

2.Korroziyadan qorunma, qəzaların qarşısını almaq üçün tədbirlərin görülməsi;

3.Sahə ərazisinin abadlaşdırılmasında, metal tullantıların toplanmasında və təhvil verilməsində iştirak edilməsi.

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

  • Peşə təhsili ( Müvafiq sahə üzrə- Təmir-tikinti üzrə).
  • Müvafiq sahə üzrə orta ixtisas təhsili olduqda 1 il,  peşə təhsili olduqda 2 il müvafiq sahə üzrə iş təcrübəsi tələb olunur. Müvafiq sahə üzrə ali təhsili olduqda iş təcrübəsi tələb olunmur.
  • Üzmə bacarığı haqqında sənəd tələb olunur.

 

 

  • VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:

Dürüstlük,

Etik davranış,

Keyfiyyət yönümlülük,

Məsuliyyət,

Nizam-intizam,

Peşəkarlıq,

Şifahi özünüifadə,

Elektrik avadanlıq-qurğularının istismarı

Elektrik avadanlıq-qurğularına baxış

Elektrik avadanlıq-qurğulara qulluq

 

ƏMƏK HAQQI MƏLUMATLARI:

  • Əmək haqqı:      5.33 azn saatlıq
  • Əlavə ödənişlər:   Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir
  • Zərərli iş şəraitinə görə əlavə 4 faiz ödəniş edilir.

 

 

 

DİGƏR MƏLUMATLAR:

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:  Tam iş vaxtı(həftədə 40 saat)

 

 

 

 Bilməlidir

 Kabellərin çəkilməsində dayaq konstruksiya və trasların yerinin nişanlanma qaydalarını;

• Stenlərdə və emalatxanalarda naqil düyünlərini hazırlamaq üçün, kabel çəkilmə yerlərinin ölçülməsi və eskizlərin tərtib edilmə qaydalarını;

• Gərginliyi 10 kv-a qədər olan güc və nəzarət kabellərin hazırlama və quraşdırılma üsullarını;

 

Elanın bitmə tarixi: 08.10.2026

 

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.