Vəzifənin adı: Health and Industrial Hygiene specialist
Travel:
Description:
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR Downstream Management
Struktur vahidi: SƏTƏM
Vəzifənin adı: Sağlamlıq və Sənaye Gigiyenası üzrə mütəxəssis
Vəzifənin icra etdiyi funksiyalar:
- Sağlamlıq və Sənaye Gigiyenasının idarə olunmasına optimal dəstəyin təmin edilməsi,
- Sahə üzrə sənaye gigiyenası raportlarının hazırlanması,
- Sağlamlıq və Sənaye gigiyenası komandasına inzibati dəstəyin göstərilməsi,
- İş mühitində kimyəvi, fiziki və bioloji risklərin qiymətləndirilməsi və monitorinqi,
- Verilən planlı yoxlamaların aparılması və sənədləşdirilməsi,
- Sahə üzrə ölçü avadanlıqlarının və ölçmələrin qeydiyyatının aparılması,
- Sahə üzrə ölçülən məlumatların qiymətləndirilməsi və təhlili, statistikanın ümumiləşdirilməsi və lazımi hesabatların tərtib edilməsi,
- İşçilərin sağlamlığına təsir edə biləcək faktorların müəyyənləşdirilməsi və qarşısının alınması üçün tədbirlərin hazırlanması,
- Məlumat sessiyaların təşkili – fərdi qoruyucu vasitələrin düzgün istifadəsi, nəfəs yollarının qorunması, zərərli maddələrə məruz qalma halları və s.
- Sahə üzrə aparılan ölçmələrin nəticələrinin yerli və beynəlxalq standartlarla müqayisəsi,
- Sahə üzrə zərərli faktorların qiymətləndirilməsinin nəticələrinin təhlili və ölçmə cədvəlinin hazırlanması,
Vəzifə üzrə işə qəbul tələbləri:
- Ali tibbi təhsil,
- İT bacarıqları,
- Düzgün şifahi və yazılı ünsiyyət bacarıqları,
- Öz təşəbbüsü ilə işləmək bacarığı,
- İntizamlı olmaq,
- İşin idarə olunması bacarığı,
- Uzaqda yerləşən müəssisələrdə işləmək,
Şəhər:
Baku
Business Unit:
Downstream