Havalandırma sistemləri üzrə mühəndis

Date: 17 avq 2026

Location: Bakı, AZ

Company: SOCAR

Vəzifənin məqsədi

Neft Emalı Zavodunda (HAOR) yarımstansiyalarda (İnzibati, operator binaları və s. daxil olmaqla) istilik-soyutma, hava təchizatı sistemlərinin avadanlığının mexaniki, elektron və avtomatlaşdırılmış hissələrinin yoxlanması, texniki xidməti və təmiri, nasazlıqlar və problemlər barədə müvafiq rəy verilməsi


Vəzifə öhdəlikləri

  • SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi.
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək.
  • HVAC-nin quraşdırılması, sınaqdan keçirilməsi, balanslaşdırılması və istismara verilməsi işlərinə nəzarət və idarə edilməsi.
  • Avadanlığın soyutma-istilik gücünün, havanın həcminin və digər texniki göstəricilərin düzgün yoxlanılması.
  • Zədələnən və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsinə nəzarət
  • SAP sistemi üzərindən günlük və həftəlik işlərin bölüşdürülməsi, cari, əsaslı təmir bərpa işlərini təşkil etməli və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək.
  • SAP proqramında yaradılmış olan iş bildirişi, iş sifarişlərinin yoxlanılması və lazımi tədbirlərin görülməsi
  • İş bildirişinin SAP sistemi üzərindən yaradılması.
  • Təmir edilmiş komponentlərin və mexanizimlərin normal işləməsi üçün yoxlama sınaqlarını təmin etmək.
  • Cavabdeh olduğu sahələr üzrə avadanlıq və texniki qurğulara texniki qulluq planının hazırlanmasında iştirak etmək və plana uyğun olaraq nəzarət işlərini həyata keçirmək.
  • Texniki xidmət üçün zəruri olan ehtiyat hissələrin, alət və avadanlıqların planlı şəkildə tədarükünün təmin edildiyindən əmin olmaq.
  • Rəhbərliyə cavabdeh olduğu sahələr üzrə planlaşdırılan və görülən işlər baarədə tələb olunan qaydada hesabatların təqdim olunmasını təmin etmək.
  • Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün inzibati binalar və  qurğular üzrə fəaliyyət göstərmək.
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.

    Kvalifikasiya tələbləri 

  • HVAC sahəsində minimum 3 il iş təcrübəsi.
  • Texniki sahə üzrə ali təhsil, HVAC və ya əlaqəli ixtisas üzrə təhsilin olması üstünlükdür.
  • Müvafiq sertifikatların olması üstünlükdür.
  • Beynəlxalq və yerli standartların tələblərinə və təlimatlara əsaslanaraq inzibati binalar və qurğularda havalandırma sistemlərinin təmiri və təmir işlərinə dəstək göstərilməsi.
  • Havanın həcminin və digər texniki göstəricilərin düzgün yoxlanılması.
  • Təmir edilmiş mexanizmlərin normal işləməsinin yoxlanılması.
  • Zədələnmiş və qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsinə nəzarət və dəstək göstərilməsi.
  • İstilik, soyutma və havalandırma sistemləri üzrə işlərin nəzəri və praktiki əsaslarını bilmək.