Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru-(Bakı şəh.Qaraçuxur qəs.)
Date: 21 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
Vəzifənin adı: Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru
Description:
SOCAR Sosial inkişaf İdarəsinin Təmir istismar sahəsnidə Elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin balansında olan inzibati binalarda, yardımçı təsərrüfatlarda və qazanxanalarda yerləşən elektrik avadanlıqlarının profilaktik olaraq yoxlanılması, təmiri və elektrik avadanlıqlarının sazlığına nəzarət edilməsi;
- İnzibati binalarda, qazanxaları, yardımçı təsərrüfatlarda işıq lampaların, elektrik patronlarının və çilçıraqların yoxlanması, işıq lampalarının vaxtında dəyişdirilməsi, otaqların normal işıqlandırılmasına nəzarət edilməsi;
- Su nasoslarının elektrik mühərriklərinin sıxac qutularının sökülməsi və təmir edilməsi;
- Su nasoslarının elektrik mühərriklərinin yastıqlarının sökülməsi və dəyişdirilməsi;
- Generatorun yanacağının doldurulması və işlək vəziyyətdə olmasının təmin edilməsi;
- Xidməti otaqlardakı ofis və digər avadanlıqlarda elektrik təmir işlərinin (elektrik naqillərin bərpası, kabel ucluqlarının dəyişdirilməsi və s.) yerinə yetirilməsi;
- İstifadəyə yararsız olan elektrik avadanlıqlarının siyahısının hazırlanması, təmirə ehtiyacı olan elektrik avadanlıqlarının siyahısının tutulması və rəhbərliyə təqdim olunması;
- İnzibati bina sahəsinin işıqlandırma sistemi və səyyar elektrik ehtiyacının təmin edilməsi.
Namizədə tələblər:
- Orta ixtisas təhsili (müvafiq sahə üzrə);
- Sahə üzrə 1 il iş təcrübəsi ;
- Peşəkarlıq;
- Dürüstlük;
- Məsuliyyət;
- Nizam-intizam.
Biz nə təklif edirik?
- ƏÖD - 5;
- Aylıq əmək haqqı saatlıq tarif maaşı 4.33 (694 manat);
- Peşəkar iş mühiti;
- Aylıq iş günlərinin sayına uyğun gündəlik yemək xərci 5 (beş) manat.
İş yeri: SOCAR Sosial inkişaf İdarəsinin Təmir istismar sahəsi Qaraçuxur qəs.Ə.Mehbalıyev küç.10.
Son müraciət tarixi: 25.09.2026.