Vəzifənin adı:  Boru sistemləri stresi və dayaqları üzrə aparıcı mütəxəssis

Description: 

Vəzifənin adı: Boru sistemləri stresi və dayaqları üzrə aparıcı mühəndis

SOCAR Downstream MMC, Mühəndislik Departamenti Boru sistemləri stresi və dayaqları üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir

 

 

Əsas vəzifə öhdəlikləri:

    • Yüksək təzyiqli və yüksək temperaturlu boru sistemləri üçün CAESAR II və ya ekvivalent proqram təminatından istifadə etməklə detallı statik və dinamik boru stres analizlərini həyata keçirmək,

    • Təhlükəsizlik və normativ tələblərə uyğun layihələrin təmin edilməsi məqsədilə istilik genişlənməsi, çəki, təzyiq qüvvəsi, külək və seysmik təsirlər, eləcə də avadanlıq nozllarına düşən yükləri təhlil etmək,

    • Dayaqların layihələndirilməsi üçün stres analiz hesabatlarını, nozl yüklərinin uyğunluq yoxlamalarını və yük xülasəsi hesabatlarını hazırlamaq; 

    • Konstruksiya və İnşaat Mühəndisliyi komandaları ilə koordinasiyalı şəkildə yaylı asqılar, sabit dayaqlar, məhdudlaşdırıcı dayaqlar və ankerlər daxil olmaqla boru dayaqlarının layihələrini hazırlamaq və nəzərdən keçirmək;

    • Boru sistemlərinin eskizlərini və marşrutlarını elastiklik, dayaqların düzgün yerləşdirilməsi və inşaolunabilmə baxımından qiymətləndirmək; 

    • Kompensatorlar, sabit və sürüşən dayaqlar, eləcə də mexaniki avadanlıqlarla əlaqəli təchizatçı sənədlərini nəzərdən keçirmək;

    • Stres-kritik boru xətlərinin düzgün marşrutlandırılmasını və boru dayaqlarının adekvatlığını təmin etmək məqsədilə boru sistemləri mühəndisləri və digər mühəndislik sahələri ilə koordinasiyada olmaq;

    • 3D model baxışları, inşaolunabilmə təhlilləri və layihələndirmə yoxlamaları zamanı texniki rəy və məlumat təqdim etmək;

    • SDM-in Müəssisə İstismarı, Texniki Təmir və ya Bütövlük və Etibarlılıq komandalarından daxil olan stres analizi və boru dayaqları ilə bağlı sahə texniki sorğularını həll etmək;

    • Layihə spesifikasiyalarına, zavod tələblərinə, ASME B31.3, API, ISO daxil olmaqla beynəlxalq normalara və tətbiq olunan milli standartlara uyğunluğu təmin etmək;

    • Boru sistemlərində stres analizi ilə əlaqəli material və avadanlıqlar üzrə satınalmalar üçün texniki aydınlaşdırmalarda və təchizatçıların qiymətləndirilməsi prosesində iştirak etmək;

    • Mühəndislik podratçılarından SDM-in mərkəzləşdirilmiş sənəd sisteminə gələn layihə sənədlərini yoxlamaq və rəy bildirmək;  

     

     

Namizədə tələblər:

  • Mexanika Mühəndisliyi və ya bənzər texniki sahə üzrə bakalavr dərəcəsi. 
  • Boru Sistemlərində Stres Analizi üzrə texniki təlim biliyi (arzuolunandır).  
  • Namizədin neft və qaz sənayesinin mühəndislik sahəsində 8 il iş təcrübəsi olmalıdır;
  • Neft və qaz sənayesində boru dayağı sistemlərinin layihələndirilməsi, boru sistemlərinin stres analizi üzrə minimum 5 il iş təcrübəsi; 
  • ASME, QOST və API standartları barədə bilik və onların sənaye layihələrində tətbiqi üzrə praktiki təcrübə.

     

 
İş yeri: SOCAR Downstream Management (Neft Emalı Zavodu)
Son müraciət tarixi: 10 Oktyabr 2026