Vəzifənin adı:  Biznes proses üzrə mütəxəssis

Description: 

Vəzifənin adı: Biznes Proses üzrə mütəxəssis

 

SOCAR Downstream MMC Keyfiyyət təminatı, biznes proseslər və sənədləşmələr departamentində Biznes Proses üzrə mütəxəssis pozisiyası üzrə vakansiya elan edir.

 

 

Əsas vəzifə öhdəlikləri:

  • Prosesin giriş və çıxışlarını, ardıcıllığını və qarşılıqlı əlaqələrini, bu proseslər üçün tələb olunan resursları, məsuliyyətləri, riskləri və imkanları müəyyən etmək;
  • Bu proseslərin səmərəli işləməsini və idarə edilməsini təmin etmək üçün zəruri meyar və metodları müəyyənləşdirmək və tətbiq etmək;
  • İş axınlarını sənədləşdirmək üçün proses xəritələşdirmə (process mapping) üsullarından istifadə etmək;
  • Mövcud iş axınlarının güclü və zəif tərəflərini anlamaq üçün məlumatları təhlil etmək və nəticələr çıxarmaq;
  • Ümumi məhsuldarlığı artırmaq məqsədilə iş axınları, prosedurlar və sistemlər üzrə dəyişikliklər təklif etmək;
  • Proses sənədlərinin əlaqədar tərəflər üçün əlçatan və anlaşılan olmasını təmin etmək;
  • Tələbləri başa düşmək və proseslərin təkmilləşdirilməsinə rəy əlavə etmək üçün bölmələrarası komandalar və əsas maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
  • Təklif olunan dəyişiklikləri əks etdirən proses modelləri, diaqramlar və sənədlər hazırlamaq;
  • Biznes proseslərini təkmilləşdirə və avtomatlaşdıra biləcək texnoloji həlləri qiymətləndirmək və tövsiyə etmək;
  • Həyata keçirilmiş proseslərin fəaliyyətini izləmək və qiymətləndirmək, əlavə təkmilləşdirmə imkanlarını müəyyənləşdirmək.

 

Namizədə tələblər:

  • Ali təhsil;
  • Minimum 2 il iş təcrübəsi (neft-qaz sektorunda təcrübəyə üstünlük verilir);
  • İngilis dili biliyinin yaxşı səviyyədə (B2) olması;
  • Biznes prosesləri, blok-sxemlər və proseslərin təhlili üzrə əsas biliklər;
  • Analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Yaxşı ünsiyyət və qarşılıqlı münasibət qurmaq bacarıqları;
  • Müxtəlif komandalarla effektiv əməkdaşlıq etmək qabiliyyəti;
  • Texnoloji həllər və onların proseslərin təkmilləşdirilməsində tətbiqi barədə məlumatlılıq.


İş yeri: SDM ofisi  

 

Son müraciət tarixi: 28.11.2026

 

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt recruitment@socardownstream.az  ünvanına müraciət ünvanlaya, yaxud +994512336514 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.