Bənna
Date: 14 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
Vakansiyanın təsviri 2 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB)
ÜMUMİ MƏLUMATLAR
Müəssisə: SOCAR, Neftqaztikinti tresti
Struktur vahidi: 2 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB)
Kateqoriya: İxtisaslı fəhlə
Vəzifənin adı: Bənna
Dərəcə: 4
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Daş konstruksiya bina, sənaye qurğuları körpü və hidrotexniki qurğuların daş konstruksiyalarınnın hörgü və təmirində xüsusi mürəkkəbli işləri yerinə yetirmək;
• Xüsusi mürəkkəbli daş konstruksiyası qübbə və tağları hörmək və bərpa etmək;
•Daşları seçmək ilə, təbii yonulmuş daşdan buzkəsəni hörmək;
• Körpü dayaqlarının karniz və ferma altı daşlarını qoymaq;
•Daş körpülərin qübbə və tağlarında dabanaltı daşları hörmək;
•Tağ və qübbələri hörmək.
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
- Tam orta təhsil
- İş təcrübəsi tələb olunmur.
- Üzmə bacarığı haqqında sənəd tələb olunur
- VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:
Dürüstlük,
Etik davranış,
Keyfiyyət yönümlülük,
Məsuliyyət,
Nizam-intizam,
Peşəkarlıq,
Şifahi özünüifadə,
Tikinti işləri
ƏMƏK HAQQI MƏLUMATLARI:
- Əmək haqqı: 4.8 azn saatlıq
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir
- Zərərli iş şəraitinə görə əlavə 4 faiz ödəniş edilir.
DİGƏR MƏLUMATLAR:
- Tibbi sığorta: Təmin edilir
- İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)
Bilməlidir
•Xüsusi mürəkkəbli konstruksiya hörgülərinin üsullarını, onların tikilməsini və tağşəkilli qəliblərin açılmasını.
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Elanın bitmə tarixi: 16.09.2026