Böyük mühəndis (xanım namizədlər üçün)
Date: 11 avq 2026
Location: Bakı, AZ
Company: SOCAR
Uzun Təsvir
SOCAR Təhlükəsizlik İdarəsi 1 saylı komandaya böyük mühəndis (Xanım namizəd) vəzifəsinə əməkdaş axtarır
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın Təhlükəsizlik İdarəsi
Struktur vahidi: 1 saylı komanda
Vəzifənin adı: böyük mühəndis (Xanım namizəd)
Dərəcə: 12
Müqavilənin növü: müddətli
Əmək haqqı: 1212 AZN/aylıq
Vəzifənin icra etdiyi funksiyalar:
1.Telefon zənglərinin (xarici və daxili) etiket qaydalarına uyğun cavablandırılması və idarə olunması.
2. Ziyarətçilər və xarici qonaqlar barədə ətraflı məlumat əldə etməklə onların ziyarətlərinin məqsədinin öyrənilməsi.
3 Ziyarətçilər və xarici qonaqların müvafiq qeydiyyatının aparılmasının təşkili.
4. İşgüzar ziyarətçilərə verilən ziyarətçi buraxılış vəsiqələrinin qeydiyyatının aparılması.
5. SOCAR-ın Baş Ofisinə personal, ziyarətçilər və xarici qonaqların giriş və cıxışı ücün obyektdaxili rejim qaydalarına nəzarət edilməsi.
6. Komanda rəhbərlərinə idarəetmədə və xarici qonaqların qarşılanmasında dəstək göstərilməsi.
7. Baş vermiş hər hansı hadisə barəsində dərhal birbaşa rəhbərin məlumаtlandırılması.
8. İstismar etdiyi avadanlıqların işlək vəziyyətdə qalmasına nəzarət edilməsi, hər hansı nasazlıq aşkar etdiyi təqdirdə dərhal aidiyyəti üzrə məlumat verilməsi.
9. Komandanın aşağı dərəcəli mütəxəssislərinə dəstək göstərilməsi.
10. SOCAR-ın Baş ofisində xidmət göstərən mühafizə xidmətinin əməkdaşlarına xarici qonaqların qarşılanması zamanı tərcümə xidmətində ( Rus və ingilis dili) dəstək göstərilməsi.
11. Xidmətin təşkili və aparılmasına dair sənədlərdə, jurnallarda müvafiq qeydiyyatların aparılması.
12. Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarının icra edilməsi.
13. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qaydalar və təlimatlar çərçivəsində fəaliyyət göstərilməsi.
14.Yanğın və digər fövqəladə hal zamanı təcili və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi.
15. Fəaliyyət prosesində tullantıların idarə olunmasına dair tələblərə riayət edilməsi.
16. Təhlükəsizlik ilə bağlı təlimlərdə iştirak edilməsi.
Vəzifə üzrə işə qəbul tələbləri:
Vətəndaşlıq-Azərbaycan
Cins-Qadın
Yaş 22-32
Təhsil pilləsi-Ali bakalavr
İş təcrübəsi-Müvafiq sahə üzrə 1 il
Əvvəllər məhkumluğu olmayan
Boyu 170 sm və yuxarı olan şəxslər
“Böyük mühəndis” vəzifəsinə müraciət edənlər üçün əlavə şərtlər:
rus və ingilis dilini bilən xanım namizədlər tələb olunur.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR
- Yanğın mühafizəsinin əsasları
- Microsoft Excel
- OpenText
- Sanitariya-gigiyena
- Mühafizə fəaliyyətinin təşkil edilməsi
- Əməyin təhlükəsizliyi
- Neft sən. əm. müh. vah. idarəet. sistemi
- Microsoft Word
- Mühafizə fəaliyyətinin həyata keçirilməs
- Microsoft Outlook