Böyük mühəndis (qaynaq texnologiyası və mexaniki sınaq üzrə)
Date: 14 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
Vakansiyanın təsviri
ÜMUMİ MƏLUMATLAR
Müəssisə: SOCAR, Neftqaztikinti tresti
Struktur vahidi: Qaynaq texnoloji, dağılan və dağılmayan müayinə bölümü
Kateqoriya: aparıcı mütəxəssis
Vəzifənin adı: Böyük mühəndis (qaynaq texnologiyası və mexaniki sınaq üzrə)
Dərəcə: 13
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Qaynaq prosedurunun spesifikasiyasının hazırlanması;
• Qaynaq prosesinə vizual müayinənin həyata keçirilməsi;
• Qaynaq birləşməsinin dağılan üsulla müayinəsi (mexaniki sınaq);
• Materialın kimyəvi tərkibinin təyin edilməsi;
• Dağılan və dağılmayan müayinə üsullarının nəticələrinin qarşılaşdırılması;
• Fəaliyyəti ilə bağlı yuxarı rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:
- Dürüstlük, etik davranış, yaradıcılıq, təqdimetmə,detallara diqqət,dərketmə, işçiləri inkişaf etdirmə, məsuliyyət, nizam-intizam, peşəkarlıq, planlama və təşkiletmə, problem analiz etmə, şifahi özünüifadə, stresin idarə edilməsi,işi təqib etmə, yazılı özünüifadə kimi səriştəliklər tələb olunur.
- Microsoft Excel, Microsoft Word İT bilikləri tələb olunur.
- Qaynaq işləri, Qeyri-destruktiv müayinə, Materialların mexaniki sınağı
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
- Ali təhsil (Müvafiq sahə üzrə).
- Müvafiq ixtisas sahəsi üzrə mütəxəssis vəzifəsində 2 il iş stajı tələb olunur.
ƏMƏK HAQQI MƏLUMATLARI:
- Əmək haqqı: 1344 azn
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir.
DİGƏR MƏLUMATLAR:
- Tibbi sığorta: Təmin edilir
- İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)
Bilməlidir
•Qaynaq avadanlığının istehsal, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini və iş rejimini, onun istismar qaydalarını;
•Polad materiallarının növlərini;
•Qaynaq materiallarının növləri və onların sərf normalarını;
•Qaynaq üsulları, texniki sənədlərin işlənməsi və tərtibi üzrə əsasnamələri, təlimatları və digər
aidiyyatı normativ sənədləri;
•Qaynaq işləri üzrə standartl arı və texniki şərtləri, tikinti norma və qaydalarını;
•Qaynaq qüsurlarının yaranması səbəbləri və aradan qaldırılması üsullarını;
•Qaynaq işlərinin təşkili və texnologiyası sahəsində qabaqcıl milli (yerli) və beynəlxalq
təcrübəni, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat s anitariyası və yanğından mühafizə üzrə norma və qaydalarını.
Elanın bitmə tarixi : 16.09.2026