Böyük mühəndis (inteqrə olunmuş analitika və icra hesabatları üzrə)
Date: 14 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
Vəzifə adı: Böyük mühəndis (inteqrə olunmuş analitika və icra hesabatları üzrə)
SOCAR Baş ofis, İnteqrə olunmuş analitika və icra hesabatları şöbəsində böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Müxtəlif mənbələrdən daxil olan əməliyyat, texniki, maliyyə və investisiya göstəricilərini konsolidasiya etmək və təhlil etmək;
- Seqmentə daxil olan müəssisələrin fəaliyyət və səmərəlilik göstəricilərini təhlil etmək, nəticələri təsdiq edilmiş plan və hədəflərlə müqayisə etmək;
- Kənarlaşmalar üzrə kök-səbəb təhlili aparmaq, əsas risk və imkanları müəyyənləşdirmək və rəhbərlik üçün analitik nəticə və tövsiyələr hazırlamaq;
- ƏSG/KPI-ların müəyyənləşdirilməsi, monitorinqi, hesablama metodologiyalarının təkmilləşdirilməsi və hədəflərin formalaşdırılmasında iştirak etmək;
- Rəhbərlik üçün icra hesabatları, analitik arayışlar, təqdimatlar və idarəetmə lövhələri (dashboard) hazırlamaq;
- Əməliyyat səmərəliliyinin artırılması, biznes proseslərinin optimallaşdırılması və transformasiya təşəbbüslərinin qiymətləndirilməsi üzrə analitik dəstək göstərmək;
- Hesabatların hazırlanması və məlumatların təhlili proseslərinin sadələşdirilməsi və avtomatlaşdırılması üzrə təkliflər vermək.
Namizədə tələblər:
- İqtisadi analitika, biznesin mükəmməlliyi, performans/ƏSG/KPI idarəetməsi, aktivlərin təhlili, biznes analitikası, proseslərin optimallaşdırılması və ya idarəetmə hesabatlılığı sahələrində minimum 5 il iş təcrübəsi (neft-qaz və ya enerji sektorunda təcrübə üstünlükdür);
- Aktivlərin performansının qiymətləndirilməsi və əsas əməliyyat, texniki və maliyyə göstəricilərinin təhlili;
- Biznesin mükəmməlliyi, əməliyyat səmərəliliyi və biznes proseslərinin optimallaşdırılması üzrə əsas yanaşma və prinsiplər;
- İnteqrə olunmuş analitika, plan-fakt, trend, kənarlaşma və kök-səbəb təhlili metodları;
- ƏSG/KPI-ların hazırlanması, hesablanması, monitorinqi və hesabatlandırılması yanaşmaları;
- İcra hesabatlarının, analitik cədvəllərin, təqdimatların və idarəetmə lövhələrinin hazırlanması prinsipləri;
- MS Excel proqramında məlumatların təhlili və hesabatların hazırlanması üzrə yüksək səviyyədə işləmək bacarığı;
- PowerPoint proqramında aydın və strukturlaşdırılmış rəhbərlik təqdimatları hazırlamaq bacarığı;
- Məlumatları strukturlaşdırmaq, təhlil etmək və vizuallaşdırmaq bacarığı (Power BI bilikləri üstünlükdür);
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili üstünlükdür).
Biz nə təklif edirik?
- Peşəkar iş mühiti;
- Peşəkar inkişaf və karyera imkanları;
- Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
- SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
- Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan
Son müraciət tarixi: 26.09.2026