Böyük mühəndis (Logistika üzrə)

Date: 1 okt 2026

Location: Bakı, AZ

Company: SOCAR

SOCAR Baş ofis, Satınalma Əməliyyatlarına Dəstək Departamentinin, Çatdırılma və logistika şöbəsində böyük mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

 

 

 Əsas vəzifə öhdəlikləri:

🔹 Logistika əməliyyatları və proseslərini təhlil etmək və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

🔹Yüklərin daşınması üçün optimal logistika marşrutlarını və multimodal həlləri müəyyən etmək;

🔹 Layihə, iriölçülü və ağırçəkili yüklərin daşınması üzrə logistika həllərinin hazırlanmasında iştirak etmək;

🔹 Logistika xərclərini təhlil etmək və optimallaşdırma imkanlarını müəyyən etmək;

🔹 Logistika xidmət təminatçıları və onların təkliflərinin texniki qiymətləndirilməsində iştirak etmək;

🔹 Logistika layihələri üzrə planlaşdırma, koordinasiya və monitorinq işlərini həyata keçirmək;

🔹 Logistika üzrə məlumatları təhlil etmək, hesabatlar və təqdimatlar hazırlamaq;

🔹 Logistika KPI-larının monitorinqində iştirak etmək;

🔹 SOCAR-ın struktur bölmələri və Qrup müəssisələri ilə logistika məsələləri üzrə koordinasiya aparmaq;

🔹 Logistika proseslərində riskləri, əlavə xərcləri və prosesdən kənarlaşmaları müəyyən etmək və onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;

🔹 Logistika proseslərinin standartlaşdırılması və rəqəmsallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək;

Namizədə tələblər:

 

🔹 Logistika, nəqliyyat, təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi ;

🔹 Logistika və ya təchizat zənciri sahəsində 5 il iş təcrübəsi;

🔹 Beynəlxalq və multimodal daşımalar üzrə bilik və təcrübə;

🔹 Layihə logistikasında təcrübə üstünlükdür;

🔹 Logistika xərclərinin və marşrutların təhlili üzrə bacarıq;

🔹 Təyin edilmiş kateqoriya üzrə əsas məhsullar, təchizatçılar və xidmətlər daxil olmaqla, kateqoriyanın xüsusiyyətləri barədə yaxşı anlayış;

🔹 CIPS, APICS CSCP/CLTD, FIATA, PMP və ya logistika və layihələrin idarə edilməsi üzrə digər beynəlxalq sertifikatların olması üstünlükdür;

🔹 Güclü analitik düşüncə, kommunikasiya və problem həll etmə bacarığı;

🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili arzuolunandır);

🔹 MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.

 

Biz nə təklif edirik?

 

🔹 Peşəkar iş mühiti;

🔹 Peşəkar inkişaf və karyera imkanları;

🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;

🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;

🔹 Nəqliyyat xidmətləri.

 

İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan

 

Son mürciət tarixi: 09.10.2026