Böyük mühəndis (DEFEKTOSKOPIYA ÜZRƏ)
Date: 7 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
Vakansiya təsviri
ÜMUMİ MƏLUMATLAR
Müəssisə: SOCAR, Neftqaztikinti tresti
Struktur vahidi: Qaynaq texnoloji, dağılan və dağılmayan müayinə bölümü
Kateqoriya: aparıcı mütəxəssis
Vəzifənin adı: Böyük mühəndis
Dərəcə: 12
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Beynəlxalq standartların tələblərinə uyğun qaynaq tikişlərinin keyfiyyətinə nəzarət prosesini həyata keçirtmək;
• Sifarişlərə, müqavilələrə, işçi layihələrə və texniki tələblərə əsasən defektoskopiya işlərini planlaşdırmaq;
• Sahə üzrə defektoskopçulara verilmiş iş tapşırıqlarının icra olunmasına nəzarət etmək;
• Defektoskopiya işlərinin aparılması üçün müvafiq qaydada işçiləri təlimatlandırmaq;
• Fiziki müayinə üsulları ilə yoxlanılan qaynaq birləşmələrinin nəticəsi haqqında hazırlanan rəyləri yoxlamaq;
• Ay ərzində görülən işlərin ümümi yekun hesabatını hazırlamaq və müvafiq qaydada hesabat vermək;
• Təhlükəsizlik, ekologiya və keyfiyyət sistemlərinin tələblərinə əsasən defektoskopiya sahəsində olan işçilər üçün normal, sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasına, onların görəcəkləri işin spesifikasiyasına uyğun tikinti sahələrində düzgün yerləşdirilməsinə nəzarət etmək;
• Tikinti və quraşdırma sahələrində qaynaq birləşmələrinin keyfiyyətini müayinə edən defektoskopçuların lazım olan cihaz, avadanlıq vəsaitlər ilə təchiz edilməsi istiqamətində işləri aparmaq;
• Sahə üzrə mövcud olan və yeni alınan cihaz, avadanlıqlardan düzgün istifadə edilməsinə nəzarət etmək.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:
- Dürüstlük, etik davranış, yaradıcılıq, təqdimetmə,detallara diqqət,dərketmə, işçiləri inkişaf etdirmə, məsuliyyət, nizam-intizam, peşəkarlıq, planlama və təşkiletmə, problem analiz etmə, şifahi özünüifadə, stresin idarə edilməsi,işi təqib etmə, yazılı özünüifadə kimi səriştəliklər tələb olunur.
- Microsoft Excel, Microsoft Word İT bilikləri tələb olunur.
- Qaynaq işləri, Qeyri-destruktiv müayinə, Materialların mexaniki sınağı
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
- Ali təhsil (Müvafiq sahə üzrə).
- Müvafiq ixtisas sahəsi üzrə mütəxəssis vəzifəsində 1 il iş stajı tələb olunur.
ƏMƏK HAQQI MƏLUMATLARI:
- Əmək haqqı: 1212 azn
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir.
Zərərli əmək şəraitinə görə 8 % miqdarında əlavə ödəniş verilir.
DİGƏR MƏLUMATLAR:
- Tibbi sığorta: Təmin edilir
- İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)
Bilməlidir
- Qaynaq birləşmələrinin milli və beynəlxalq standartların normalarına uyğun dağılmayan müayinə üsulları ilə yoxlanılması qaydalarını.
- Qaynaq birləşmələrinin növlərini, qaynaq qüsurlarının növlərini və yaranma səbəblərini.
- Dağılmayan müayinə üsullarının prosedur və normativ-texniki sənədlərini.
- Materialların seçilməsinə, yoxlanılmasına və sərfiyyatına olan tələbləri.
- Qaynaq qüsurlarının növlərini, siniflərini və onların oxunmasını.
- Dağılmayan müayinə üsullarında istifadə olunan aparatların iş prinsiplərini və texniki xüsusiyyətlərini.
- Radiasiya təhlükəsizliyinin tələblərini.
- Radionuklid və rentgen defektoskopların saxlanması və nəqliyyat vasitəsilə daşınması qaydalarını.
- Dozimetrik ölçmə qaydalarını.
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydalarını.
Elanın bitdiyi müddət : 09.09.2026