Armaturçu

Date: 6 okt 2026

Location: Bakı, AZ

Company: SOCAR

Vakansiyanın təsviri 1 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB)

ÜMUMİ MƏLUMATLAR

 

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. 

Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək

 

 

Müəssisə:              SOCAR, Neftqaztikinti tresti

Struktur vahidi:    1 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB)

Kateqoriya:           İxtisaslı fəhlə

Vəzifənin adı:       Armaturçu

Dərəcə:                  5

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

Dəmir beton plitələri üçün karkasın hazırlanmasında armaturlama işlərinin görülməsi:

1.Armatur materiallarının armatur doğrayan dəzgahların qarşısında olan masaya düzülməsi;

2.Layihəyə əsasən armatur materiallarının ölçüyə uyğun doğranması işlərinin görülməsi;

3.Armatur materiallarının layihədə göstərilmiş ölçülərə uyğun ştabelə yığılması işlərinin görülməsi;

4.Karkasın elementlərinin (künclüklərin, boruların, polad vərəqələrin və s.) layihədə göstərilmiş ölçülərə uyğun olaraq doğrayan dəzgahlarda kəsilməsi, doğranması işlərinin görülməsi;

5.Qaynaq olunması üçün karkasın elementlərinin (künclüklərin, boruların, polad vərəqələrin və s.)  qaynaq masa şablonunun üzərinə layihəyə uyğun ədəd ilə düzülməsi.

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

  • Tam orta təhsil
  • iş təcrübəsi tələb olunmur.

 

ƏMƏK HAQQI MƏLUMATLARI:

  • Əmək haqqı:      5.33 azn saatlıq
  • Əlavə ödənişlər:   Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir
  • Zərərli iş şəraitinə görə əlavə 4 faiz ödəniş edilir.

 

DİGƏR MƏLUMATLAR:

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:  Tam iş vaxtı(həftədə 40 saat)

 Bilməlidir

  • Bütün növlərdən olan armatur, armokonstruksiyaların quraşdırılması, armaturun qabaqcadan gərginləşdirilməsi üçün takelaj qurğu və mexanizmlərin tətbiq olunma üsullarını;
  • Mil, sadə tor və yastı karkasların ülgü (şablon) və ya konduktorda yerləşdirilməsinin nişanlanması, cizgi və eskiz üzrə yoxlanılıb düzəldilməsi;
  • Armaturun qaynaq üçün, o cümlədən vanna üsulu ilə hazırlanma qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.   

 

Elanın bitmə vaxtı: 08.10.2026

 

 

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.