Armaturçu
Date: 20 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
Vakansiyanın təsviri Armaturlama və məftil çəkmə sahəsi (DBMİB)
ÜMUMİ MƏLUMATLAR
Müəssisə: SOCAR, Neftqaztikinti tresti
Struktur vahidi: Armaturlama və məftil çəkmə sahəsi (DBMİB)
Kateqoriya: İxtisaslı fəhlə
Vəzifənin adı: Armaturçu
Dərəcə: 4
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Dəmir beton plitələri üçün karkasın hazırlanmasında armaturlama işlərinin görülməsi
1.Armatur materiallarının armatur doğrayan dəzgahların qarşısında olan masaya düzülməsi.
2.Layihəyə əsasən armatur materiallarının ölçüyə uyğun doğranması.
3.Armatur materiallarının layihədə göstərilmiş ölçülərə uyğun ştabelə yığılması.
4.Qaynaq olunması üçün karkasın elementlərinin qaynaq masa şablonunun üzərinə layihəyə uyğun ədəd ilə düzülməsi.
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
- Tam orta təhsil
- iş təcrübəsi tələb olunmur.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:
Dürüstlük,
Etik davranış,
Keyfiyyət yönümlülük,
Məsuliyyət,
Nizam-intizam,
Peşəkarlıq,
Şifahi özünüifadə,
Mexaniki avadanlıq-qurğuların istismarı
Mexaniki avadanlıq-qurğulara baxış
Mexaniki avadanlıq-qurğulara qulluq
Armaturlama və məftil çəkmə
ƏMƏK HAQQI MƏLUMATLARI:
- Əmək haqqı: 4.8 azn saatlıq
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir
- Zərərli iş şəraitinə görə əlavə 12 faiz ödəniş edilir.
DİGƏR MƏLUMATLAR:
- Tibbi sığorta: Təmin edilir
- İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)
Bilməlidir
- Bütün növlərdən olan armatur, armokonstruksiyaların quraşdırılması, armaturun qabaqcadan gərginləşdirilməsi üçün takelaj qurğu və mexanizmlərin tətbiq olunma üsullarını;
- Mil, sadə tor və yastı karkasların ülgü (şablon) və ya konduktorda yerləşdirilməsinin nişanlanması, cizgi və eskiz üzrə yoxlanılıb düzəldilməsi;
- Armaturun qaynaq üçün, o cümlədən vanna üsulu ilə hazırlanma qaydalarını.
- Armatur və armokonstruksiyaları hazırmaqvə quraşdırılmasında yardımçı işləri yerinə yetirmək;
- Bir mildə əyilmələrin sayı dörddən çox olduğu hallarda əl və ötürücü dəzgahlarda armatur poladı əymək;
- Kütləsi 100 kq-dan çox olan sadə tor və yastı karkasların və kütləsi 100 kq-a qədər olan ikiqat torları yığmaq və quraşdırmaq;
- Ayrı-ayrı millərdən olan armaturun massiv, sütunaltı, sütun, divar və arakəsmələrə qoymaq;
- Sütunların armatur mil və dəstələrini qabaqcadan dartmaq;
- Orta mürəkkəbli konstruksiyalarda anker boltları və qoyulma detalların yerləşdirmək;
- Yerləşdirilmiş tor və karkasları yoxlayıb düzəltmək;
- Vanna tikişli qaynaq üçün, armatur çıxıntılarının hazırlanması.
Elanın bitmə tarixi: 22.09.2026