Aparıcı iqtisadçı (İqtisadi göstəricilər və maliyyə modelləşdirilməsi)

Date: 14 sen 2026

Location: Bakı, AZ

Company: SOCAR

SOCAR Baş ofis, Strateji idarəetmə şöbəsində iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir.

 

Əsas vəzifə öhdəlikləri:

 

  • Neft və qaz dəyər zəncirinin bütün mərhələləri üzrə strateji təhlil fəaliyyətlərinə töhfə vermək;
  • Korporativ Strategiyanın həyata keçirilməsinə və mütəmadi olaraq yenilənməsinə töhfə vermək;
  • Şirkətin maliyyə və əməliyyat göstəricilərini təhlil etmək (məsələn, keçmiş göstəricilərə təsir edən amillər və zaman üzrə trendlər);
  • Bazarın xüsusiyyətlərini və trendlərini qiymətləndirmək (məsələn, bazar seqmentlərinin həcmi, artım templəri, son dövrdə baş vermiş mühüm inkişaflar və rəqabət üstünlüyünün mənbələri);
  • Strateji tövsiyələr hazırlamaqla seqment və biznes vahidlərinin strategiyalarının ümumi korporativ strategiya ilə uyğunlaşdırılmasına töhfə vermək;
  • Məlumat sorğuları və təhlillər aparmaqla SOCAR-ın strateji maliyyə modelinin mütəmadi yenilənməsinə töhfə vermək;
  • Zərurət yarandıqda və ya tələb olunduqda əlavə ad-hoc tapşırıqları yerinə yetirmək;

 

 

Uzun Təsvir

Namizədə tələblər:

 

  • Biznesin idarə edilməsi, İqtisadiyyat və Maliyyə üzrə bakalavr və ya magistr dərəcəsi (xaricdə təhsil dərəcəsi üstünlük hesab olunur);
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi (neft və qaz sənayesi, özəl kapital (private equity), investisiya, aktivlərin idarə edilməsi, audit və maliyyə məsləhətçiliyi/konsaltinq sahələrində təcrübəyə üstünlük verilir)
  • Strateji idarəetmə sahəsində güclü nəzəri və praktiki biliklər;
  • Yüksək səviyyədə analitik və kəmiyyət əsaslı təhlil bacarıqları;
  • Müvafiq fundamental prinsiplər də daxil olmaqla, neft və qaz dəyər zəncirinin bütün mərhələləri haqqında nümayiş etdirilə bilən anlayışlar;
  • Maliyyə, risklərin idarə edilməsi, mühasibat uçotu və maliyyə modelləşdirilməsinin fundamental prinsipləri üzrə biliklər;
  • ACCA, CIMA, CFA, FRM ya əlaqəli sertifikatların olması, yaxud bu sertifikatları əldə etmək istiqamətində aktiv şəkildə çalışmaq;
  • Güclü yazılı və şifahi kommunikasiya;
  • Mürəkkəb layihələrin idarə edilməsi və kritik qərarların qəbul edilməsi üzrə nümayiş etdirilə bilən bacarıq;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı;
  • Proaktiv yanaşma və problemləri müəyyənləşdirmək, həll etmək və qabaqcadan qarşısını almaq bacarığı.

 

Biz nə təklif edirik?

 

  • Peşəkar iş mühiti;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
  • SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
  • Nəqliyyat xidmətləri.

 

İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan

Son müraciət tarixi: 23.09.2026