Aparıcı iqtisadçı (İnvestisiya performansının qiymətləndirilməsi və monitorinqi şöbəsi)
Date: 25 avq 2026
Location: Bakı, AZ
Company: SOCAR
Uzun Təsvir
SOCAR Baş ofis, İnvestisiya performansının qiymətləndirilməsi və monitorinqi şöbəsi şöbəsində aparıcı iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
🔹 Neft-qaz və bərpa olunan enerji üzrə investisiya layihələrinin fəaliyyətini təsdiq edilmiş ilkin fərziyyələrə uyğunluq baxımından qiymətləndirmək;
🔹 CAPEX (kapital xərcləri), layihə qrafikləri, hasilat profilləri və aktivlərin fəaliyyət göstəriciləri üzrə plan-fakt təhlilini aparmaq;
🔹 Xərclər, müddətlər və əməliyyat fəaliyyət göstəriciləri ilə bağlı kənarlaşmaları müəyyənləşdirmək, təhlil etmək və izah etmək;
🔹 Ətraflı maliyyə və fəaliyyət göstəricilərinin təhlili vasitəsilə monitorinq fəaliyyətlərinin həyata keçirilməsinə dəstək göstərmək;
🔹 Layihələrin iqtisadi səmərəliliyi, dəyər itkisi və riskləri üzrə analitik hesabatlar və təqdimatlar hazırlamaq;
🔹 Monitorinq nəticələrinə əsaslanan düzəldici tədbir təkliflərinin hazırlanmasına və icrasının izlənilməsinə dəstək göstərmək;
🔹 İnvestisiya layihələrinin yerində monitorinqi və qiymətləndirilməsi məqsədilə zərurət yarandıqda beynəlxalq işgüzar səfərlərə hazır olmaq.
Namizədə tələblər:
🔹 Maliyyə, iqtisadiyyat, investisiya və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
🔹 Neft-qaz investisiyaları, enerji layihələri, aktivlərin fəaliyyət göstəricilərinin idarə olunması və ya layihələrin monitorinqi sahəsində 3–5 il iş təcrübəsi;
🔹 Neft-qaz layihələrinin iqtisadiyyatı, o cümlədən CAPEX (kapital xərcləri), hasilat profilləri və xərclərə təsir edən əsas amillər üzrə praktiki biliklər;
🔹 Plan-fakt təhlili və fəaliyyət göstəricilərinin monitorinqi üzrə biliklər və təcrübə;
🔹 Güclü maliyyə modelləşdirməsi, analitik təhlil və hesabatlılıq bacarıqları;
🔹 ACCA, CFA, CIMA, CAIA və ya digər analoji peşəkar sertifikatlar üzrə təhsil prosesində olmaq və ya müvafiq sertifikata malik olmaq arzuolunandır;
🔹 Maraqlı tərəflərin effektiv idarə edilməsi bacarığı;
🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək;.
Biz nə təklif edirik?
🔹 Peşəkar iş mühiti;
🔹 Peşəkar inkişaf və karyera imkanları;
🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
🔹 Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan