Aparıcı iqtisadçı (İnvestisiya dəyərləndirilməsi və təhlili şöbəsi)

Date: 25 avq 2026

Location: Bakı, AZ

Company: SOCAR

Uzun Təsvir

SOCAR Baş ofis, İnvestisiyanın qiymətləndirilməsi və təhlili şöbəsi şöbəsi şöbəsində aparıcı iqtisadçı vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

🔹 SOCAR Qrupunun strateji məqsədləri və maliyyə məhdudiyyətlərinə uyğun olaraq uzunmüddətli korporativ kapital bölgüsü prioritetlərini hazırlamaq və onların icrasına rəhbərlik etmək;

🔹 Portfel seqmentlərinin rolunu, investisiya təsnifatlarını və tətbiq olunan qiymətləndirmə meyarlarını nəzərə almaqla kapital bölgüsü prosesinə rəhbərlik etmək, həmçinin portfeldə, bazar mühitində, strateji prioritetlərdə, maliyyə imkanlarında və ya layihələrin fəaliyyət göstəricilərində baş verən dəyişikliklərə uyğun olaraq layihələrin prioritetlərini yenidən müəyyənləşdirmək;

🔹 Növbəti il üçün təklif olunan investisiya layihələrinin toplanması və qiymətləndirilməsini əlaqələndirmək, onların zəruriliyini və strateji əhəmiyyətini qiymətləndirmək və SOCAR Qrupu səviyyəsində prioritetlik sıralamasını müəyyənləşdirmək;

🔹 Strateji dəyər, investisiya təsnifatı, maliyyə cəlbediciliyi, risklər və mövcud kapitalı nəzərə almaqla illik planlaşdırılmış investisiya layihələrinin SOCAR Qrupu səviyyəsində prioritetləşdirilməsinə rəhbərlik etmək və ali rəhbərliyə və müvafiq idarəetmə orqanlarına təqdim edilmək üçün alternativ investisiya ssenariləri hazırlamaq;

🔹 İlkin investisiya planına daxil edilmiş investisiyaların həyata keçirilməsi üçün yarana biləcək maliyyələşdirmə kəsirlərini qiymətləndirmək və maliyyə çatışmazlığının azaldılması məqsədilə tövsiyələr və mümkün həll yolları hazırlamaq;

🔹 İnvestisiya Komitəsinin baxışı üçün ssenarilərin, tövsiyələrin və müvafiq materialların hazırlanmasına rəhbərlik etmək və investisiya təkliflərinin ali rəhbərliyə və müvafiq idarəetmə orqanlarına təqdim edilməsinə dəstək göstərmək.

Namizədə tələblər:

🔹 Maliyyə, iqtisadiyyat, investisiya və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi;

🔹 İnvestisiya təhlili, maliyyə modelləşdirilməsi, kapital büdcələşdirilməsi və ya enerji/neft-qaz sahəsi ilə bağlı vəzifələrdə minimum 5 il peşəkar iş təcrübəsi;

🔹 Mürəkkəb maliyyə, kommersiya və portfel səviyyəli məlumatları təhlil etmək və ümumiləşdirmək, eləcə də təhlilin nəticələrini aydın nəticə və tövsiyələrə çevirmək bacarığı;

🔹 İnvestisiyaların qiymətləndirilməsi metodları (NPV – xalis cari dəyər, IRR – daxili gəlirlilik norması, PI – gəlirlilik indeksi, ssenari və həssaslıq təhlili) üzrə güclü praktiki bilik və kapital məhdudiyyətləri şəraitində investisiya layihələrini qiymətləndirmək, prioritetləşdirmək və tövsiyə etmək bacarığı;

🔹 Maliyyə hesabatları üzrə güclü bilik və maliyyə təhlilindən investisiyaların qiymətləndirilməsi, layihələrin prioritetləşdirilməsi, kapital bölgüsü və ssenarilərin hazırlanması proseslərində giriş məlumatı kimi istifadə etmək bacarığı;

🔹 CFA, FRM, FMVA və ya digər müvafiq peşəkar sertifikatlardan birinə sahib olmaq üstünlükdür ;

🔹 Maraqlı tərəflərin effektiv idarə edilməsi bacarığı;

🔹 Azərbaycan və ingilis dillərini sərbəst bilmək;.

Biz nə təklif edirik?

🔹 Peşəkar iş mühiti;

🔹 Peşəkar inkişaf və karyera imkanları;

🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;

🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;

🔹 Nəqliyyat xidmətləri.

İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan