Aparıcı ekspert (data analitikası)
Date: 10 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
Uzun Təsvir
"Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi" aparıcı ekspert (data analitikası üzrə) vəzifəsinə əməkdaş axtarır
Vəzifə haqqında məlumatlar:
Müəssisə: "Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi"
Struktur vahidi: Biznesin təhlili və kommersiya şöbəsi
Vəzifənin adı: aparıcı ekspert (data analitikası üzrə)
Dərəcə: 15
Vəzifənin icra etdiyi funksiyalar:
1. Müəssisənin biznes hədəflərinə uyğun olaraq analitik strategiyanın hazırlanmasında iştirak etmək və birbaşa rəhbəri tərəfindən verilən tapşırıqlar əsasında icrasını təmin etmək;
2. Məlumatların toplanması, emalı və təhlili proseslərini təşkil etmək;
3. Müxtəlif mənbələrdən daxil olan məlumatların inteqrasiyasını və düzgünlüyünü təmin etmək;
4. Rəhbərlik üçün analitik hesabatlar və müvafiq təqdimatlar hazırlamaq;
5. Məlumatların anlaşılan formada təqdim edilməsini təmin etmək;
6. Məlumat keyfiyyətinin artırılması və data idarəetmə standartlarının tətbiqini təmin etmək;
7. Məlumat təhlükəsizliyi və məxfiliyin qorunmasını təmin etmək;
8. MS Office proqramlarında (Power Bİ, PowerPoint, Word, Outlook və s.) təqdimat və hesabat sənədlərini hazırlamaq;
9. Şöbənin Tədbirlər Planında göstərilən tədbirlərin və tapşırıqların həyata keçirilməsində kömək etmək;
10. Birbaşa rəhbərliyin digər tapşırıqlarını və göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Vəzifə üzrə işə qəbul tələbləri:
- Bakalavr təhsili (statistika, riyaziyyat, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Minimum 4 il iş təcrübəsi;
- Statistika, riyaziyyat, iqtisadiyyat və ya əlaqəli sahə üzrə biliklər;
- Data analitikası, biznes analitikası və ya məlumatların idarə olunması bacarıqları;
- Analitik məlumatların emalı bacarıqları;
- Analitik düşünmə, strukturlaşdırılmış hesabatların hazırlanması bacarıqları;
- SQL və Power BI üzrə bilik və praktiki iş təcrübəsi;
- MS office tətbiqlərinin istifadə təcrübəsi (Power Point, Word, Outlook, Excel);
- Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları;
- Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı.
Güzəştlər və imtiyazlar:
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları.
Son müraciət tarixi: 15.09.2026