ətraf mühitin mühafizəsi üzrə böyük mühəndis
Date: 24 avq 2026
Location: Bakı, AZ
Company: SOCAR
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ətraf mühitin mühafizəsi üzrə böyük mühəndis vəzifəsinə əməkdaş axtarır
Uzun Təsvir
SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ətraf mühitin mühafizəsi üzrə böyük mühəndis vəzifəsinə əməkdaş axtarır
Vəzifə haqqında məlumatlar:
Müəssisə: SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi
Struktur vahidi: Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsi
Vəzifənin adı: ətraf mühitin mühafizəsi üzrə böyük mühəndis
Dərəcə: 15
Vəzifənin icra etdiyi funksiyalar:
- İdarənin struktur bölmələrində tozun və digər zərərli maddələrin havaya, torpağa buraxılmasının, ətraf mühitə yayılmasının qarşısının alınması üçün tədbirlər hazırlamaq;
- Ətraf mühütin çirklənməsinin qarşısını alan yeni növ avadanlıqların, qurğuların, mexanizmlərin və istehsal proseslərinin sınaqdan keçirilməsində iştirak etmək;
- İdarənin bütün təsərrüfat sahələrində sağlam əmək şəraitinə təsir edən ekoloji amillərin normaya uyğun olmasına nəzarət etmək;
- Obyektlərin, qurğuların tikilməsi və yenidən qurulması layihələrinin ekoloji ekspertizası, onların su hövzələrinə, atmosfer havasına, torpağa təsirinin təyin olunmasında iştirak etmək;
- Tullantısız, az tullantılı və qabaqcıl texnoloji proseslərin tətbiqində iştirak etmək;
- Ətraf mühütin qorunması sahəsində tətbiq olunan işlər üzrə operativ arayışlar və təkliflər hazırlanmasında iştirak etmək;
- İdarənin ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətini təhlil edir, müvafiq orqanlara çatdırılacaq statistik hesabatları vaxtında hazırlamaq;
- İstehsalat sanitariyası, elektrik təhlükəsizlik və yanğından mühafizə qaydalarına riayət etmək;
- Öz sahəsinə aid olan işləri qanunvericilik aktlarına, metodiki sənədlərə, təlimatlara və normativ aktlara istinad etmək.
Vəzifə üzrə işə qəbul tələbləri:
- Bakalavr təhsil (müvafiq sahələri üzrə)
- Minimum 4 il iş təcrübəsi (rəhbər və mütəxəssis vəzifələrində)
- Əmək qanunvericiliyinin əsasların barədə bilik
- Ətraf mühitin mühafizəsi üzrə normativləri, qayda və qanunları üzrə bilik
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını barədə bilik
- Microsoft Office paketi
- Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları
- Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı
Güzəştlər və imtiyazlar:
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları.
ƏSG GÖSTƏRİCİLƏRİ