Əməliyyat texnologiyaları MES/MOM üzrə mühəndis
Date: 2 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
Müəssisə: SOCAR Downstream
Struktur vahidi: Rəqəmsallaşdırma
Vəzifənin adı: Əməliyyat texnologiyaları MES/MOM üzrə mühəndis
Vəzifənin icra etdiyi funksiyalar:
- MES/MOM tətbiqləri üçün backend servis, API, biznes məntiqi və verilənlər bazası ilə bağlı funksionallıqları hazırlamaq;
- C#, .NET, Java və ya digər uyğun backend texnologiyalarından istifadə edərək keyfiyyətli, oxunaqlı, təhlükəsiz və dəstəklənə bilən kod yazmaq;.
- REST/SOAP API-lərin hazırlanması, test edilməsi, sənədləşdirilməsi və istismara verilməsini həyata keçirmək;
- Əməliyyat texnologiyaları sistemləri, MES/MOM tətbiqləri, historian, ERP, LIMS, reporting və digər əlaqəli sistemlər arasında inteqrasiya proseslərində iştirak etmək;
- İnteqrasiya platforması və interfeys tələblərini analiz etmək, data mapping və texniki inteqrasiya qaydalarını sənədləşdirmək;
- SQL və/və ya NoSQL verilənlər bazalarında cədvəl, view, query, stored procedure və digər obyektlərin hazırlanmasını təmin etmək;
- İstehsal, texniki xidmət, proses, planlaşdırma, SƏTƏM və digər bölmələr üçün tələb olunan hesabatların hazırlanmasına texniki dəstək vermək;
- Reporting alətləri üçün məlumat mənbələri, SQL sorğuları və backend data strukturlarını hazırlamaq;
- Hazırlanan funksionallıqlar üçün unit test, integration test və API test proseslərində iştirak etmək;
- Hazırlanan tətbiqlər və dəyişikliklər üzrə texniki sənədlər, istifadəçi qaydaları, release note və deployment qeydlərinin hazırlanmasında iştirak etmək;
- Tətbiqlərin deployment, release və istismara təhvil verilməsi proseslərində texniki dəstək göstərmək;
- Application logging, error handling və monitoring mexanizmlərinin tətbiqində iştirak etmək;
- Git/source control, branching, code review və release idarəetməsi proseslərinə uyğun işləmək;
- Jira, Confluence və digər iş idarəetmə alətlərindən istifadə edərək tapşırıqları, dəyişiklikləri və sənədləri izləmək;
- SDLC prosesinə uyğun olaraq analiz, development, test, deployment və support fəaliyyətlərini yerinə yetirmək;
- API təhlükəsizliyi, authentication, authorization və role-based access prinsiplərinə uyğun inkişaf işləri aparmaq;
- Mövcud tətbiqlərdə dəyişiklik, optimizasiya və texniki təkmilləşdirmə işlərini yerinə yetirmək;
- Şirkətin siyasətlərinə, prosedurlarına, etik qaydalarına, informasiya təhlükəsizliyi və OT mühitində tətbiq olunan qaydalara uyğun işləmək.
Vəzifə üzrə işə qəbul tələbləri:
- Ali təhsil (Kompüter mühəndisliyi,Kompüter elmləri);
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
- Backend development — C#, .NET və ya Java üzrə iş təcrübəsi;
- REST/SOAP API hazırlanması üzrə təcrübəyə sahib olmalı;
- SQL / NoSQL verilənlər bazaları ilə işləmək bacarığı olmalı;
- Script dilləri — JavaScript, Node.js və ya Python istifadə bacarığı olmalı;
- DevOps / CI-CD proseslərinin əsaslarını bilməli;
- Jira / Confluence ilə işləmək bacarığı olmalı;
- API security — JWT, OAuth2, RBAC anlayışlarını bilməli;
- Application logging və monitoring üzrə biliklərə sahib olmalı;