Şöbə rəisi (Aktivlərin inkişafının planlaşdırılması şöbəsi)
Date: 29 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
SOCAR Baş ofis, Aktivlərin inkişafının planlaşdırılması şöbəsinin rəisi vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Aktivlərin uzunmüddətli inkişaf planlarının hazırlanmasına və dövri yenilənməsinə, aktivlərin strateji qiymətləndirilməsinə və inkişaf imkanlarının müqayisəli təhlilinə rəhbərlik etmək;
- Seqmentə daxil olan müəssisə və aktivlər üzrə əməliyyat, hasilat, maliyyə və digər əsas fəaliyyət göstəricilərinin təhlilini təmin etmək, əsas kənarlaşmaların, səbəblərin, risk və imkanların müəyyənləşdirilməsinə rəhbərlik etmək;
- Performans və əsas səmərəlilik göstəricilərinin (KPI) müəyyənləşdirilməsi, hədəflərin formalaşdırılması, monitorinqi və nəticələrin qiymətləndirilməsi prosesini təşkil etmək;
- Əməliyyat səmərəliliyinin və biznesin mükəmməlliyinin artırılması imkanlarının müəyyənləşdirilməsinə, biznes proseslərinin optimallaşdırılması və performansın yaxşılaşdırılması üzrə təşəbbüslərin formalaşdırılmasına rəhbərlik etmək;
- Seqmentə daxil olan hüquqi şəxslərin illik iş planları, büdcələrinin, eləcə də onların icrasına dair hesabatların əlaqələndirilməsi, təhlili və nəzərdən keçirilməsini təmin etmək;
- Yeni biznes və transformasiya təşəbbüslərinin təşkili, qiymətləndirilməsi və icrasını koordinasiya etmək, onların əməliyyat səmərəliliyinə, performansa və aktivlərin uzunmüddətli inkişafına təsirinin qiymətləndirilməsini təmin etmək;
- Rəhbərlik üçün inkişaf planlarının, qərar qeydlərinin, analitik arayışların və təqdimatların hazırlanmasını təmin etmək, aidiyyəti funksiyalarla koordinasiyanı təşkil etmək.
Namizədə tələblər:
- İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, layihələrin idarə edilməsi, neft-qaz mühəndisliyi və ya uyğun sahə üzrə bakalavr təhsili (magistr dərəcəsi üstünlükdür);
- Aktivlərin uzunmüddətli inkişafının planlaşdırılması, biznesin mükəmməlliyi, əməliyyat səmərəliliyi, performans və KPI idarəetməsi, biznes təhlili, strateji planlaşdırma, biznes proseslərinin optimallaşdırılması və ya transformasiya sahələrində minimum 8 il uyğun iş təcrübəsi, komanda idarəetməsi və ya rəhbər vəzifədə iş təcrübəsi mütləqdir (neft-qaz və ya enerji sektorunda, o cümlədən SOCAR-da iş təcrübəsi üstünlükdür);
- Aktivlərin uzunmüddətli inkişaf planlaması, strateji qiymətləndirilməsi və dəyər yaradılması prinsiplərini bilməlidir;
- MS Excel proqramında məlumatların təhlili, biznes və maliyyə göstəricilərinin qiymətləndirilməsi və rəhbərlik hesabatlarının hazırlanması üzrə yüksək səviyyədə işləmək bacarığı;
- PowerPoint proqramında aydın, strukturlaşdırılmış və qərarverməyə yönəlmiş rəhbərlik təqdimatları hazırlamaq bacarığı;
- Məlumatların strukturlaşdırılması, təhlili və vizuallaşdırılması üzrə bacarıqlar (Power BI və digər analitik alətlər üzrə biliklər üstünlükdür);
- Biznesin mükəmməlliyi, əməliyyat səmərəliliyi və biznes proseslərinin optimallaşdırılması üzrə əsas yanaşmaları bilməlidir;
- Performans və KPI idarəetməsi, hədəflərin müəyyənləşdirilməsi, monitorinqi və nəticələrin qiymətləndirilməsi prinsiplərini bilməlidir;
- İnteqrasiya olunmuş biznes təhlili, plan-fakt, trend, kənarlaşma və səbəb-nəticə təhlili yanaşmalarını bilməlidir;
- Strateji və illik planlaşdırma, resursların bölüşdürülməsi, büdcələmə, CAPEX/OPEX planlaması və proqnozlaşdırma prinsiplərini bilməlidir;
- Biznes ssenarilərinin, inkişaf alternativlərinin və təşəbbüslərin texniki-iqtisadi və strateji baxımdan qiymətləndirilməsi yanaşmalarını bilməlidir;
- Risklərin, məhdudiyyətlərin və qarşılıqlı asılılıqların müəyyənləşdirilməsi, ssenari və təsir təhlili yanaşmalarını bilməlidir;
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili biliyi üstünlükdür);
- Layihələrin idarə edilməsi (PMP və s.), biznesin mükəmməlliyi və performansın idarə edilməsi, strateji idarəetmə, maliyyə və investisiya təhlili (ACCA, CFA və s.) və ya vəzifənin fəaliyyət sahəsinə uyğun digər peşəkar sertifikatlar üstünlükdür.
Biz nə təklif edirik?
- Peşəkar iş mühiti;
- Peşəkar inkişaf və karyera imkanları;
- Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
- SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
- Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan
Son müraciət tarixi: 06.10.2026