İstehsalat təlim ustası (Dalğıc və BOSİET təlimlərinin tədrisi üzrə)

Date: 23 sen 2026

Location: Bakı, AZ

Company: SOCAR

SOCAR Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi istehsalat təlim ustası (Dalğıc və BOSİET təlimlərinin tədrisi üzrə) vəzifəsinə əməkdaş axtarır

 

Vəzifə haqqında məlumatlar:

Müəssisə: SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi 

Struktur vahidi: Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi

Vəzifənin adı: istehsalat təlim ustası (Dalğıc və BOSİET təlimlərinin tədrisi üzrə)

Dərəcə: 13

 

Vəzifənin icra etdiyi funksiyalar:

  • Müvafiq tədris kursunun materiallarının toplanması;
  • Toplanmış materialların Təlim mərkəzinin rəhbərliyi ilə müzakirəsi və razılaşdırılması;
  • Tədris plan və proqramlarının tərtib edilməsi;
  • Kursları tədris planlarına uyğun aparmaq;
  • Digər mütəxəssislərlə əməkdaşlıq edərək təlim mərkəzinin inkişafında fəal iştirak etmək;
  • Təlim və tədrisin keyfiyyətinin artırılması və inkişaf istiqamətində işlər görmək və təkliflər irəli sürmək, inkişaf edən texnologiyaların yeniliklərini nəzərə alaraq tədrisin maddi texniki bazasını inkişaf etdirmək;
  • Yeni texnoloji proseslərin işlənib hazırlanmasında və mövcud istehsalat rejiminin, həmçinin istehsalat qrafikinin təkmilləşdirilməsində iştirak etmək;
  • Qabaqcıl təcrübənin, yaradıcı təşəbbüsün inkişafına, səməriləşdirici təkliflərin və ixtiraların tətbiqinə kömək etmək;
  • Texniki cəhətdən əsaslandırılmış norma və normalaşdırılmış tapşırıqların tətbiqini həyata keçirmək;
  • Əlverişli əmək şəraitinin yaradılması üçün tədbirlərin hazırlanmasında, iş vaxtından səmərəli istifadə edilməsində iştirak etmək;
  • Dinləyicilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və əmək intizamı, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etmək.

 

 

 

Vəzifə üzrə işə qəbul tələbləri:

  • Bakalavr təhsil (müvafiq sahələri üzrə);
  • Minimum 2 il iş təcrübəsi (mütəxəssis vəzifələrində);
  • Dalğıc işləri  üzrə  2 (iki) ildən yuxarı iş stajı olmalıdır;
  • BOSİET təliminin tədrisi üzrə vakansiyanın tələbinə uyğun sertifikatları olmalıdır;
  • Ali təhsilli olmalıdır (hərbi və digər qeyri-mülki təhsil istiqamətləri vakansiyanın tələbinə uyğun deyil);
  • MS office tətbiqlərinin istifadə təcrübəsi (Power Point, Word, Outlook, Excel);
  • Ümumi və texniki ingilis dili - orta; rus dili - orta;
  • Detallara diqqət, güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Məsuliyyətlilik, icra intizamı və komandada işləmək bacarığı.

 

Bilməlidir:

  • Tədris proqramına uyğun metodiki vəsaitlərin hazırlanmasının həyata keçirilməsi;
  • Tədris plan və proqramına uyğun praktiki kursların tədris edilməsi;
  • Təlim kursu keçən dinləyicilərin nizam-intizam və təhlükəsizlik qaydalarına rəayət etmələrinə nəzarət olunması;
  • Dənizdə neft-qaz hasilatı üzrə mütəxəssis hazırlığı təşkilatının (OPITO) BOSİET təlimi üzrə standartının tələblərini;
  • “Dalğıc işlərinin təhlükəsiz yerinə yetirilməsi və dalğıcların tibbi təminatı üzrə Vahid Qaydalar”ın ümumi tələblərini;
  • OPITO standartlarının tələblərinə uyğun “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim” (BOSİET) kursunun tədrisini və paraktiki təliminin keçirilməsini;
  • Dəniz obyektlərində təhlükələr və ona nəzarət prinsiplərini, təhlükəsizliyin idarə edilməsi və tənzimlənməsi qaydalarını;
  • Helikopterdə və helikopterlə səyahət zamanı təhlükəsizlik qaydalarını;
  • Helikopterdə fövqəladə vəziyyətlərdə xilasolma üsullarına dair standartlarını;
  • Dənizdə insan həyatının xilas edilməsi prinsiplərini və təxliyə yollarını;
  • Qəza zamanı və ümumi fövqəladə vəziyyətlərdə ilk tibbi yardım qaydalarını;
  • Dənizdə yanğınla mübarizə və özü-özünü xilasetmə normalarını;
  • “LAP Təlim Jiletinə Ümumi Texniki Qulluq”;
  • “MK50 Təlim Jiletinə Ümumi Texniki Qulluq”;
  • Fəaliyyət sahəsinə aid, Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və normativ aktlarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Vakansiya tələbinə uyğun təlimlər:

  • Təlimçiyə təlim sertifikatı;
  • “Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSİET)” sertifikatı;
  • “Üzgüçülük” sertifikatı;
  • “Hovuzda xilasetmə” sertifikatı;
  • “Dənizdə qəza halları və təhlükəsizliyin əsasları” üzrə sertifikat;
  • Dalğıcın Şəxsi Kitabçası.

 

 

Tələb olunan digər bilik və bacarıqlar:

 

  • Üzgüçülük bacarıq və qabiliyyəti və buna dair rəsmi sənədi olmalıdır;
  • Yaş həddi 40-ə qədər olmalıdır.

 

Güzəştlər və imtiyazlar:

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları.

 

İş yeri: Bakı şəhəri Səbail rayonu Salyan şosesi 23

Son müraciət tarixi: 25.09.2026