Üzləyici-plitəçi
Date: 29 sen 2026
Location: Bakı, AZ
Company: SOCAR
Vakansiyanın təsviri 1 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB)
ÜMUMİ MƏLUMATLAR
Müəssisə: SOCAR, Neftqaztikinti tresti
Struktur vahidi: 1 saylı tikinti quraşdırma sahəsi (5 saylı TQB)
Kateqoriya: İxtisaslı fəhlə
Vəzifənin adı: Üzləyici-plitəçi
Dərəcə: 4
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Üzləmə işlərinin yerinə yetirilməsi
1.Plitələrin sort və rənglər üzrə seçilib ayrılması, lazımi ölçüdə kəsilməsi, yonulması və müxtəlif formaya salınması
2.Məhlul və mastikanın hazırlanması.
3.Döşəmələrin beton qarışığı ilə hamarlanması.
4.Üzlənəcək səthlərin ( divar, tavan, döşəmə) hazırlanması, hamarlayıcı təbəqənin səthə çəkilməsi.
5.Düz və əyri səthli tavanı yüksək keyfiyyətlə üzlənməsi.
6.Fasonlu-karniz, plintus və künclü plitələri qoyulması.
7.Əyrixətli mozaik memarlıq detallarının qurulması
8.Döşəmənin xalçavari rənglənməsi.
9.Səthlərin plitələrlə dekorativ işlənməsi, plitələr arası tikişləri məhlulla doldurulması.
Digər fəaliyyətlər
1.Üzlənmiş səthlərin təmiri, plitələrin dəyişdirilməsi və bərpası edilməsi.
2.Hidroizalyasiya işlərinin görülməsi.
3.Hörgü, suvaq və rəngləmə işlərinin görülməsi.
4.İş yerinin təmiz saxlanılması.
5.İş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi.
6.Tullantıların idarəedilməsi proseduruna əməl etməklə ətraf mühitin çirklənməsinin qarşısının alınması..
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
- Tam orta təhsil
- İş təcrübəsi tələb olunmur.
- Üzmə bacarığı haqqında sənəd tələb olunur
- VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:
Dürüstlük,
Etik davranış,
Keyfiyyət yönümlülük,
Məsuliyyət,
Nizam-intizam,
Peşəkarlıq,
Şifahi özünüifadə,
Təmir və tikinti işləri
Sökmə və quraşdırma işləri
ƏMƏK HAQQI MƏLUMATLARI:
- Əmək haqqı: 4.8 azn saatlıq
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir
- Zərərli iş şəraitinə görə əlavə 4 faiz ödəniş edilir.
DİGƏR MƏLUMATLAR:
- Tibbi sığorta: Təmin edilir
- İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)
Bilməlidir
• Süni mərmər və digər üzlük materiallarla üzləmə altıəsasın keyfiyyətinə qoyulan tələblər;
• Mərmər kütlənin qoyulma üsullarını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Elanın bitmə tarixi: 01.10.2026