Quyuların əsaslı təmiri üzrə qazmaçı
Date: 20 okt 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
ÜMUMİ MƏLUMATLAR:
Vəzifənin adı: Quyuların əsaslı təmiri üzrə qazmaçı
Kateqoriya: İxtisaslı fəhlə
Dərəcə: 5
Müəssisə: "Azneft" İstehsalat Birliyi
Təşkilat: Ə.C.Əmirov adına NQÇİ
Struktur bölmə: Quyuların əsaslı və yeraltı təmiri sahəsi
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Quyu dibinin yuyulmasını həyata keçirmək;
• Endirilən müştüklə (pero) quyuların yuyulması zamanı boruların çəki indikatoruna nəzarət etmək;
• Yuyucu aqreqat və ya nasosla işləyən zaman monometrə baxmaq;
• Müştüyün qaldırılmasına nəzarət və boruların açılmasının icrasını təmin etmək;
• Quyu dibinin tədqiq edilməsini təmin etmək;
• Möhürün endirilməsinə nəzarət etmək;
• Monometrə nəzarət etmək;
• Boruların çəki indikatorunda möhürün quyu dibinə oturulmasına nəzarət etmək;
• Möhürün qaldırılması nəzarət etmək;
• Boruların qaldırılmasına nəzarət və boruların açılmasının icrasını təmin etmək;
• Möhürün oxunmasını həyata keçirmək;
• Qəza alətinin quyuya endirilməsinə nəzarət və boruların bağlanmasını təmin etmək;
• Qəza işlərin ləğvinə nəzarət və boruların qaldırılması zamanı açılmasının icra edilməsini təmin etmək;
• Körpüdə borulara elevatorun bağlatdırılması ilə əlaqədar göstərişin verilməsini təmin etmək;
• Qaldırıcı maşinistə borunun qaldırılmasına dair göstərişin verilməsini təmin etmək;
• Nasos kompressor borunun boruya açarla bağlanmasının icrasını təmin etmək.
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Nasos kompressor borunun qaldırılmasına dair göstərişin verilməsini təmin etmək;
• Elevatorun çıxarılmasının təmin edilməsi üçün göstərişin verilməsini təmin etmək;
• Qaldırıcı maşinistə borunu quyuya endirilməsinə göstərişin verilməsini təmin etmək;
• Endirilən boruların çəki indikatoruna nəzarət etmək;
•Elevatorların yoxlanması və ehtiyac varsa təmir edilməsi və ya dəyişilməsini təmin etmək;
• Qarmağın yoxlanması və ehtiyac varsa təmir edilməsi və ya dəyişilməsini həyata keçirmək;
• Boru açarların yoxlanması və ehtiyac varsa təmir edilməsi və ya dəyişilməsini təmin etmək;
• Kuvalt və qayış açarların yoxlanması və ehtiyac varsa təmir edilməsi və ya dəyişdirilməsini təmin etmək;
• Meydançanın artıq alət və avadanlıqdan təmizlənməsi nəzarət etmək;
• Neftlə çirklənmiş ərazinin torpaqlanması və qaşınıb təmizlənməsi nəzarət etmək;
• Rotorun quyuağzına quraşdırılmasına nəzarət etmək;
• Körpüyə yığılmış boruların ölçülməsinə nəzarət etmək;
• Boruların ümumi uzunluğunun hesablanmasını təmin etmək;
• Hər borunun uzunluğuna dair qeyd dəftərinə yazılmasını təmin etmək;
• Yararsız borular barədə məlumatın verilməsini təmin etmək.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR (Bilməlidir):
•Quyuların konstruksiyası, quyularda aparılan təmir işlərinin xarakteri və xüsusiyyətləri, onların icra edilməsinin texnoloji qaydalarını;
• Quyuların əsaslı təmir işlərinin texnologiyası, quyuların qazılması və mənimsənilməsi, neft və qaz hasilatı, neft hasilatının intensivləşdirilməsi texnologiyasının əsasları, izolyasiya və tutma işlərinin aparılması qaydalarını;
•Qaldırıcı qurğuların və mexanizmlərin konstruksiyaları, quruluşları, iş prinsipləri, texniki xarakteristikaları və istismar qaydaları, əsas və köməkçi qazma avadanlığının, nəzarət-ölçü cihazlarının, kiçik mexanizasiya elementlərinin, tullantıya qarşı avadanlığın (preventorun) tiplərini;
• Quyularda maili yeni quyu xəttinin kəsilib qazılması, qazma alətinin və əyici alətlərin istiqamətlənmiş buraxılması texnologiyasını;
• Qazma alətinin və əyici alətlərin quyu dibi oturmasının müəyyən edilməsi üsullarını;
• Quyu dibinin turşularla və termiki üsullarla işlənməsini;
• İşlədilən yiv birləşmələrinin standartlarını;
• Quyuda olan kəmərin və başqa əşyaların vəziyyətinin möhürü üzərindəki izinə əsasən müəyyən edilmə üsullarını;
• Quyuların mənimsənilməsi üsulları, avadanlığın birləşdirilməsinin sxemini;
• Quyunun müayinəsini;
• Quyuağzının sınanmasını;
• Quyularda tutucu işləri;
• Səyyar aqreqatların və qurğuların quraşdırılmasını;
• Boru kəmərlərinin istismar qaydalarını.
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
Təhsil: Orta ixtisas təhsili
İxtisas: Müvafiq sahə üzrə
Staj: Tələb edilmir
ƏMƏK HAQQI MƏLUMATLARI:
Əmək haqqı: 5,60 (saatlıq)
Əlavə: Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 8% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.
İŞ REJİMİ:
İş qrafiki: 1 növbəli, 12 saatlıq
İş saatları: 08:00–20:00
Nahar fasiləsi: 12:00–13:00
DİGƏR MƏLUMATLAR:
Tibbi sığorta: Təmin olunur
İş yerinə çatdırılma: Bakı şəhəri "20 Yanvar" və "28 May" metrostansiyası və Badamdar qəsəbəsi "Caspian Hospital"-ın yanından iş yerinə çatdırılma mövcuddur.
Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, azneft.ird@socar.az müraciət ünvanlaya, yaxud 11 288 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Son müraciət tarixi: 22.10.2026
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.