proqramla idarə olunan dəzgahın operatoru

Date: 19 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

ÜMUMİ MƏLUMATLAR:

Vəzifənin adı: Proqramla idarə olunan dəzgahı operatoru
Kateqoriya: İxtisaslı fəhlə
Dərəcə: 5
Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi
Təşkilat: Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi
Struktur bölmə: Mexaniki-yığma sahəsi

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Proqramla idarə olunan dəzgahları idarə etmək;
  • Xüsusən mürəkkəb və məsul, çoxlu keçidlərə malik, yerdəyişmə və kombinasiyalı bərkitmə tələb edən detalların 6–7-ci kvalitetlər (1–2-ci dəqiqlik dərəcələri) üzrə emalını həyata keçirmək;
  • Dəzgahın sazlanmasından sonra nümunəvi detalların emalını həyata keçirmək;
  • Emal edilmiş hissələrin ölçülərini çertyoja əsasən yoxlamaq;
  • Alətlərin dəzgahda düzgün quraşdırılmasını təmin etmək, istifadədən əvvəl və emal başa çatdıqdan sonra bərkidici hissələri yoxlamaq;
  • Emal zamanı proqram üzrə yaranan ölçü xətalarına düzəlişlər etmək;
  • Rəqəmsal dəzgahın işlədiyi müddətdə dəzgahı nəzarətsiz qoymamaq və emal proqramının tam başa çatmasını gözləmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası sahələrində qabaqcıl iş metodlarını öyrənmək və struktur bölmənin fəaliyyətində tətbiqində iştirak etmək;
  • İş yerini işə hazırlamaq və işin sonunda səliqəyə salmaq;
  • Əsasnamə və peşə təlimatından irəli gələn vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar struktur bölmə rəhbərliyinin digər tapşırıqlarını icra etmək;
  • İş yerinin təmiz saxlanılmasını təmin etmək, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tələblərinə, həmçinin daxili intizam qaydalarına riayət etmək.

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:

  • Mexaniki avadanlıq və qurğuların təmiri;
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları;
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər.

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

Təhsil: Orta ixtisas təhsili
İxtisas: Müvafiq sahə üzrə
Staj: Staj tələbi yoxdur
Digər: Tələb olunmur

ƏMƏK HAQQI MƏLUMATLARI:

Əmək haqqı: 4.33 AZN/saat

Əlavə ödənişlər:

  • Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4% əlavə ödəniş;
  • Faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş.

İŞ REJİMİ:

İş qrafiki: 5 gün, 8 saatlıq
İş saatları: 08:00–17:00
Nahar fasiləsi: 12:00–13:00

DİGƏR MƏLUMATLAR:

Tibbi sığorta: Təmin olunur

İş yerinə çatdırılma: Xalqlar Dostluğu, 28 May və Həzi Aslanov metro stansiyalarından, Hövsan sosial evlərinin yanından, Sabunçu körpüsü, A. Bakıxanov, Əmircan, Ramanı, Mərdəkan və Binə qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur.

İş şəraiti: Quruda

 

Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud (41030) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 

SON MÜRACİƏT TARİXİ: 22.10.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.