həkim-mütəxəssis
Date: 28 okt 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
Redaktə
SOCAR Baş ofis, Tibbi xidmətlər Departamentinin, Tibbi xidmətin təşkilinə nəzarət şöbəsində həkim-mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
🔹 Dövrü tibbi müayinələrin keçirilməsinə nəzarət edilməsi;
🔹 Qaynar xətt vasitəsilə tibbi xidməti göstərilməsi;
🔹 Tibbi xidmətlər ilə bağlı ərizə,şikayət və müraciətlərin araşdırılması və cavablandırılması;
🔹 Əmək qabiliyyətinin müvəqqəti itirilməsi,peşə xəstəlikləri və istehsalat travmalarını,əlillik və ölüm hallarının əsaslı şəkildə təhlil edilməsi;
🔹 Tibb məntəqələrinin monitorinqinin aparılması;
🔹 Tibbi təminata aid seminar və konfranslarda,ictimai tədbirlərdə iştirak edilməsi;
🔹 Tibbi xidmətin həcmi,keyfiyyəti ilə bağlı müəssisələrdə maarifləndirmələrin aparılması;
🔹 Səlahiyyətləri daxilində məsələlərin həllində lazım olan arayışları,sənədləri və s materialları sığorta şirkətindən və tibb müəssisələrindən əldə edib müvafiq köməkliklər göstərilməsi;
🔹 Sığortalanmış şəxslərin tibb xidmətindən istifadəsi ilə bağlı uçotunun aparılması və təhlil edilməsi;
Namizədə tələblər:
🔹 Müvafiq sahə üzrə ali tibbi təhsil;
🔹 Tibb sahəsində müvafiq olaraq 5 il mütəxəssis və ya rəhbər vəzifələrdə iş təcrübəsi;
🔹 Tibbi fəaliyyətə aid normativ aktlar və peşə standartlarına aid biliklər;
🔹 Tibbi istiqamətdə mövcud qanunlar üzrə biliklər ("Əhalinin sağlamlığının qorunması haqqında" qanun, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Səhiyyə Nazirliyinin 24/2 nömrəli qərarı ilə təsdiqlənmiş "İcbari tibbi müayinələrin keçirilməsi Qaydası", "Tibbi sığorta haqqında" Qanun);
🔹 Tibbi xidmət, sənədləşmə və sağlamlıq risklərinin qiymətləndirilməsi barədə bacarıqlar;
🔹 Azərbaycan, ingilis və rus dillərini sərbəst bilmək ;
🔹 MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığı.
Biz nə təklif edirik?
🔹 Peşəkar iş mühiti;
🔹 Peşəkar inkişaf və karyera imkanları;
🔹 Rəqabətqabiliyyətli əməkhaqqı və müavinətlər paketi;
🔹 SOCAR Tower-də yerləşən idman zalından istifadə imkanı daxil olmaqla tibbi sığorta və sağlamlıqla bağlı əlavə üstünlüklər;
🔹 Nəqliyyat xidmətləri.
İş yeri: SOCAR Tower, H.Əliyev prospekti 121, Bakı, Azərbaycan
Son mürciət tarixi: 02.11.2026