frezerçi
Date: 20 okt 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
ÜMUMİ MƏLUMATLAR:
Vəzifənin adı: Frezerçi
Kateqoriya: İxtisaslı fəhlə
Dərəcə: 4
Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi
Təşkilat: Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi
Struktur bölmə: Mexaniki-təmir sahəsi
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Frez işləri zamanı hazırlıq işlərini yerinə yetirmək;
• Frez dəzgahında kəskini müvafiq ölçüyə salmaq;
• Bölgü başlığını frez dəzgahında yerləşdirmək;
• Şponu dartı dəzgahının tərtibatına bağlamaq;
• Detalların və ehtiyat hissələrin hazırlanması üzrə frez işlərini yerinə yetirmək;
• Valı işçi vəziyyətə gətirmək;
• Müxtəlif tipli nasos vallarında şpon yerlərini frez dəzgahında açmaq;
• Müxtəlif tipli nasos vallarında hər iki tərəfdə şlis açmaq;
• Müxtəlif tipli nasos valları üçün şlisləri kəsmək;
• Müxtəlif tipli nasos vallarında şlisləri açmaq;
• Müxtəlif tipli nasos vallarında şlisləri yonqardan təmizləmək;
• Müxtəlif tipli nasos vallarında dişlərin uzunluğunu və hündürlüyünü ölçmək;
• Müxtəlif tipli nasosların yuxarı dayaqlarında oyuqlar açmaq;
• Protektorun gövdəsinin aralıq hissəsində şpon yeri açmaq;
• Protektorun başlığında açar yerini yonmaq;
• Diafraqmalı dalma nasoslarının üst gövdəsində açar yerlərini açmaq;
• Dalma nasoslarının yastığında şpon yerini yonmaq;
• Mexaniki mişarda verilmiş ölçülərə uyğun pəsdahları kəsmək;
• Mexaniki mişarda kəskiyə uyğun pəsdah seçmək;
• Mexaniki mişarda kəskiyə uyğun pəsdahı ölçmək;
• Mexaniki mişarda kəskiyə uyğun pəsdahı kəsmək;
• Müxtəlif növ frez işlərini yerinə yetirmək;
• Müstəvi dişlilər hazırlamaq;
• Müxtəlif ölçülü vallar hazırlamaq;
• Müxtəlif ölçülü bolt və qaykalar hazırlamaq;
• Müxtəlif ölçülü yastı detallar hazırlamaq;
• Qəliblər üçün bürünc ventlər hazırlamaq və qanovkalar açmaq;
• Qəliblər üçün lapatkalar hazırlamaq;
• Qırma atan baraban üçün lapatkalar hazırlamaq;
• Müxtəlif ölçülü silindrik detallar hazırlamaq;
• Müxtəlif ölçülü konusvari detallar hazırlamaq;
• Müxtəlif ölçülü qəliblər və press formalar hazırlamaq;
• Müxtəlif ölçülü protektor başlıqları hazırlamaq;
• Müxtəlif ölçülü kəmərsıxıcı tərtibatlar hazırlamaq;
• Dördkünclü yuvaçan (proboynik) hazırlamaq;
• Altıkünclü yuvaçan (proboynik) hazırlamaq;
• Dördkünclü açarlar hazırlamaq;
• Altıkünclü açarlar hazırlamaq;
• Tutucu tərtibatlar (sanqa) hazırlamaq;
• Müxtəlif ölçülü dabanaltılar hazırlamaq;
• Müxtəlif növ kəsmə işlərini yerinə yetirmək;
• Şvellerləri kəsmək;
• Üçküncləri kəsmək;
• List dəmirləri kəsmək;
• Astbestləri kəsmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək;
• Alət və avadanlıqlara texniki xidmət göstərmək, təmizləmək və silmək;
• Frez dəzgahına texniki qulluq göstərmək, təmizləmək və silmək;
• Görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarə edilməsi proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
• İş yerini təmiz saxlamaq və əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili nizam-intizam qaydalarına riayət etmək;
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:
- Mexaniki emal işləri
- Mexaniki avadanlıqların stend yoxlamasından keçirilməsi
- Mexaniki avadanlıq qurğuların istismarı
- Mexaniki avadanlıq qurğulara baxış
- Mexaniki avadanlıq qurğulara qulluq
- Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
Təhsil: Tam orta təhsil
İş şəraiti: Quruda
ƏMƏK HAQQI MƏLUMATLARI:
Əmək haqqı: 3.84 AZN (saatlıq)
Əlavə: Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.
DİGƏR MƏLUMATLAR:
Tibbi sığorta: Təmin olunur
İş yerinə çatdırılma: Xalqlar dostluğu, 28 May, H.Aslanov metrostansiyalarından, Hövsan sosial evlərin yanı, Sabunçu körpüsü, A.Bakıxanov, Əmircan, Ramanı, Mərdəkan və Binə qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur.
İŞ REJİMİ:
5 gün 8 saatlıq - İş saat 8:00-da başlayır, 17:00-da bitir.Nahar fasiləsi: 12:00-13:00
Son müraciət tarixi: 23.10.2026
Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud 41030 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.