elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

Date: 27 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

ÜMUMİ MƏLUMATLAR:

Vəzifənin adı: elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

Kateqoriya: İxtisaslı fəhlə

Dərəcə: 6

Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi

Təşkilat: Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi

Struktur bölmə: 1 saylı kirayə-təmir sahəsi

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Dalma qurğularının elektrik avadanlıqlarının iş rejiminə nəzarət etmək;
  • Yerüstü elektrik avadanlıqlarını quraşdırmaq;
  • Yerüstü elektrik avadanlıqlar montaj edilmiş meydançanı quyu ağzında yerləşdirmək;
  • Yerüstü avadanlığın meydançasının izolyasiya müqavimətini və yerləbirləşmə qoruyucusunu təmin və təcrid etmək;
  • İdarəetmə stansiyasının elektrik şəbəkəsinə qoşmaq və ya təcrid etmək;
  • Quyudan gələn elektrik xəttini süzgəcə bağlamaq;
  • Dalma qurğularını yük altında işə salmaq;
  • İdarəetmə stansiyasının gərginliyini və işləkliyini yoxlamaq;
  • Dalma qurğularının yerüstü elektrik avdanlıqlarının mühafizə sistemini sazlamaq;
  • Transformator izolyatorlarını toz və çirkdən təmizləmək;
  • Dalma qurğularının kabelində izolyasiya müqavimətinin meqoometr vasitəsi ilə yoxlamaq;
  • Kabel uclarının transformatora (idarəetməs sistemi) bağlanaraq idarəetmə stansiyası vasitəsi ilə dalma qurğusunu işə salmaq;
  • Amperklej vasitəsi ilə kabel ucluqlarının transformatora qoşulan hissəsində cərəyan şiddətini ölçmək  və stansiyada təyin olunmuş göstəricilərlə uyqunlaşdırılması üçün tənzimləmək;
  • İstismar müddəti bitmiş və ya yararsız yerüstü elektrik avadanlıqlarını yenisi ilə əvəz etmək;
  • Yararsız yerüstü elektrik avadanlıqlarının yerləbirləşmə qoruyucusunu təcrid etmək;
  • Yararsız  yerüstü elektrik avadanlıqlarını meydançadan  demontaj etmək;
  • Yeni yerüstü elektrik avadanlıqlarını meydançaya  montaj etmək;
  • Yeni yerüstü elektrik avadanlıqlarına gərginlik altında yük verilərək sınaqdan keçirmək;
  • Yerüstü avadanlığın meydançasının izolyasiya müqavimətini və yerləbirləşmə qoruyucusunu tənzimləmək;
  • İdarəetmə stansiyası ilə transformatorun elektrik xətti ilə əlaqələndirmək;
  • Gərginlik  süzgəci ilə transformator arasında elektrik əlaqəsini qurmaq;
  • Quyudan gələn elektrik xəttini süzgəcə bağlamaq;
  • Dalma qurğularının yerüstü elektrik avadanlıqlara texniki xidmətin göstərmək;
  • İdarəetmə stansiyasının  təmiri zamanı ehtiyyat hissələrini dəyişdirmək və sazlamaq;
  • Cərəyan şiddətinə nəzarət relesini dəyişdirmək və sazlamaq;
  • Gərginliyə nəzarət relesini dəyişdirmək və sazlamaq;
  • İdarəetmə blokunun dəyişdirmək və sazlamaq;
  • Əl açarlarını dəyişdirmək;
  • Elektrik avtomatik açarların dəyişdirilməsi və sazlamaq;
  • Zaman relesini dəyişdirmək və sazlamaq;
  • Aralıq relelərini dəyişdirmək;
  • Diod körpüsünü dəyişdirmək;
  • İzolyasiyaya nəzarət qurğularını dəyişdirmək;
  • Elektromaqnit işəsalıcılarını dəyişdirmək;
  • Yanmış ikinci dərəcəli qoşulma xətlərini dəyişdirmək;
  • Yüksək gərginlikli 1-ci dərəcəli xətləri dəyişdirmək;
  • İdarəetmə stansiyasının daxilində olan 160 vat və 60 vat-lıq transformatorları dəyişdirmək;
  • Qoruyucuları dəyişdirmək;
  • Cərəyan transformatorlarını  dəyişdirmək;
  • Bərkidici sıxacları dəyişdirmək;
  • İdarəetmə stansiyasında aparılan profilaktik işləri həyata keçirmək(bərkitmə, təmizləmə, yoxlama)
  • Transformatorlara profilaktik baxış və sazlanmanı həyata keçirmək;
  • Transformatorların nəm çəkən süzgəclərini dəyişdirmək;
  • Yağ buraxan hissələri bərkitmək;
  • Təhlükəsizlik qapaqlarını sökmək, təmir sonrası quraşdırmaq;
  • İzolyatorları təmizləmək və bərkitmək;
  • Çoxpilləli çeviriciləri(prekluçatel) sazlamaq, dəyişdirmək;
  • Aşağı gərginlik və yüksək gərginlik dolaqlarını ayrı - ayrılıqda yoxlamaq;
  • Elektromaqnit dalğaları süzən süzgəclərdə profilaktik baxış keçirmək;
  • Fərdi mühafizə vasitələrinin sazlığını yoxlamaq;
  • Alət və avadanlıqların sazlığını yoxlamaq;
  • Quyu ağzını və sahə ərazisini təmizləmək;

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:

  • Elektrik avadanlıq-qurğuların istismarı
  • Elektrik avadanlıq-qurğuların quraşdırılması
  • Elektrik avadanlıq-qurğulara baxış
  • Elektrik avadanlıq-qurğulara qulluq
  • Elektrik avadanlıq-qurğuların təmiri
  • Elektrik avadanlıq-qurğuların sökülməsi

Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

Təhsil: orta ixtisas təhsili

İxtisas: müvafiq ixtisas sahəsi

Staj: Staj tələbi yoxdur

Iş şəraiti: Quruda (Zərurət yarandıqda dəniz obyektlərinə ezam oluna bilər)

ƏMƏK HAQQI MƏLUMATLARI:

Əmək haqqı: 4.84 AZN (saatlıq)

Əlavə: Faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.

DİGƏR MƏLUMATLAR:

Tibbi sığorta: Təmin olunur

İş yerinə çatdırılma: Təmin olunmur

İŞ REJİMİ:

Növbəli bir gündən bir 11 saatlıq: İş saat 8:00-da başlayır, 20:00-da bitir.Nahar fasiləsi: 12:00-13:00

 

Son müraciət tarixi : 29.10.2026

 

Əlaqə : Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, azneft.ird@socar.az müraciət ünvanlaya, yaxud 41030 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Elektron poçt, faks, teleqram, telefonoqram və digər vasitələrlə təqdim edilən müraciətlər müsabiqədə iştirak üçün əsas hesab edilmir. Elektron poçt vasitəsilə göndərilən CV-lər qəbul olunmur.

 

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.