elektrik avadanlığının təmiri üzrə çilingər-elektrik

Date: 23 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

ÜMUMİ MƏLUMATLAR

Vəzifənin adı: Elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik
Kateqoriya: İxtisaslı fəhlə
Dərəcə: 4
Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi
Təşkilat: Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi
Struktur bölmə: Dalma elektrik mühərriklərinin təmiri sahəsi

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • İşçi alət və avadanlıqların və iş yerinin hazırlamaq;
  • Xəlilov açarının dişlərinin, yiyənin və məngənənin sazlığının yoxlamaq;
  • Qayış açarlarını və vintaçarı təmizləmək;
  • Lingin dişlərini itiləmək;
  • Yan dişləyicinin  təmizləmək;
  • Çəkicin işlək hissələrini yonmaq və silmək;
  • Resperaturu və su vannasını təmizləmək;
  • Əlcəkləri təmizləmək və yararlığını yoxlamaq;
  • Ayaq altlıqları və işçi masaları təmizləmək;
  • Rotorun sökülün-yığılma stendini təmizləmək;
  • Bucurqadın zəncirinin sazlığının yoxlamaq;
  • Mühərrikləri təmirə hazırlamaq;
  • Mühərrikin yuyucu məhlulunu hazırlamaq və doldurmaq;
  • Kran vasitəsilə mühərrikləri arabaya yükləmək və təmir sahəsinə gətirmək;
  • Mühərrikin üst hissəsinin yuyulub-təmizləmək və kran vasitəsilə yuyulmuş mühərriki sökmə stendinə quraşdırmaq;
  • Mühərriki sökmək;
  • Mühərrikin aşağı, yuxarı və giriş kabelinin qapaqlarını açmaq;
  • Mühərrikin stator dolağında gilizləri açmaq;
  • Mühərrikin cərəyan keçirici əlaqələndiricinin (kalotka) yuvadan çıxartmaq;
  • Mühərrikdabanın yuxarı başlıqdan vintləri və şponkanın açıb çıxartmaq;
  • Mühərrikin yuxarı və aşağı başlığının açıb çıxartmaq;
  • Statorun qoruyucu qapaqlarının statorun gövdəsinə yerləşdirmək;
  • Statorun stendən kran vasitəsilə rotorun sökmə-quraşdırma stendinə bərkitmək;
  • Bucurqatla rotoru statordan çıxartmaq;
  • Statoru yuma vannasında yerləşdirmək və yumaq;
  • Statoru kran vasitəsilə xüsusi stendə yerləşdirmək;
  • Rotoru sökmək stendinə quraşdırmaq;
  • Rotorun dayaq həlqələrini, özəyinin, yastıq və oymaqları valdan azad etmək;
  • Mühərrikin bütün işçi detalları (val, yasrtıq, oymaq və s.) yumaq və yaralığının yoxlamaq;
  • Mühərrikin yararız işçi detalların yararlı işçi detallarla əvəz etmək;
  • Mühərriki yığmaq;
  • Rotorun valını yığma stendinə quraşdırmaq;
  • Dayaq həlqələri və rotor özəyini vala yerləşdirmək;
  • Rotorun şlis hissəsinin xüsusi mufta ilə rahat hərəkətini yoxlamaq;
  • Yaylı həlqəni, oymaq və yastıqları vala yerləşdirmək;
  • Statoru kran vasitəsilə yığma-sökmə stendinə quraşdırmaq;
  • Rotorun bucurqatla statora quraşdırmaq;
  • Statorun rotorla birlikdə mühərrikin yığılma stendinə quraşdırmaq;
  • Çıxış kabelləri yığma üçün hazırlamaq;
  • Statoru məngənədə bərkitmək;
  • Mühərrikin yuxarı başlığını statorun gövdəsinə birləşdirmək;
  • Çıxış kabelin yuxarı başlıqdakı yuvadan çıxartmaq;
  • Çıxış kabeli əlaqələndiriciyə yerləşdirmək və (kalotka) gilic ucluqları bərkitmək;
  • Əlaqələndiricinin yuxarı başlıqdakı yuvaya yerləşdirmək;
  • Rezin həlqənin əlaqələndirici yuvada yerləşdirmək;
  • Mühərrikin dabanını vala yerləşdirmək və qoruyucu qapağın dabana bərkitmək;
  • Mühərrikin yağla doldurmaq və hermetikliyini yoxlanılması stendinə yerləşdirmək;
  • Yağı mühərrikinə doldurmaq;
  • Mühərrikin yuxarı və çıxış qapaqlarını bərkitmək;
  • Mühərrikin birləşmə yerlərinin hermetikliyini yoxlamaq;
  • Mühərrikin lehmlənmə stendinə quraşdırmaq, lehmlənmə yerlərini təmizləmək və yiv birləşmələrini lehmləmək;

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR

  • Elektrik avadanlıq-qurğuların təmiri Dalma nasosların işçi hissələrinə baxış
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər

KVALİFİKASİYA TƏLƏBLƏRİ

Təhsil: Tam orta təhsil

ƏMƏK HAQQI MƏLUMATLARI

Əmək haqqı: 3.84 AZN (saatlıq)

Əlavə: Faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.

İŞ REJİMİ

5 gün 8 saatlıq:iş saat 8:00-da başlayır, 17:00-da bitir. Nahar fasiləsi: 12:00-13:00

DİGƏR MƏLUMATLAR

Tibbi sığorta: Təmin olunur

İş yerinə çatdırılma: Xalqlar dostluğu, 28 May, H.Aslanov metrostansiyalarından, Hövsan sosial evlərin yanı, Sabunçu körpüsü, A.Bakıxanov, Əmircan, Ramanı, Mərdəkan və Binə qəsəbələrindən xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur.

 

Son müraciət tarixi: 28.10.2026

 

Qeyd: Elektron poçt, faks, teleqram, telefonoqram və digər vasitələrlə təqdim edilən müraciətlər müsabiqədə iştirak üçün əsas hesab edilmir.Elektron poçt vasitəsilə göndərilən CV-lər qəbul olunmur.

 

 

Əlaqə : Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, azneft.ird@socar.az müraciət ünvanlaya, yaxud 41030 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.