Böyük mühəndis-elektronçu

Date: 20 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

ÜMUMİ MƏLUMATLAR:

Vəzifənin adı: Böyük mühəndis-elektronçu

Kateqoriya: Aparıcı mütəxəssis

Dərəcə: 12

Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi

Təşkilat: Dalğıc Xidməti

Struktur bölmə: Dərinlik dalğıc kompleksi sahəsi

 

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Dalğıc sualtı texniki işlərə dərinlik dalğıc kompleksini (DDK) hazırlamaq;
  • Dalğıc sualtı texniki işlərin təlim məşqinə DDK-nı hazırlamaq;
  • Endirib qaldırıcı sistemlərə texniki xidmət etmək;
  • Helium (He O2) qaz balonlarını qəbul etmək və yukləmək;
  • Helium (He O2) qaz balonlarının qəbulu üçün hazırlıq işlərini görmək;
  • Qaz analizatorlarını (CO2,CO,O2) tarirovka etmək;
  • Şlank birləşmələrinə texniki xidmət göstərmək;
  • Qəza barokamersı və idarəetmə konteynerinə texniki xidmət göstərmək;
  • Sanitar su sistemlərinə texniki xidmət göstərmək;
  • Su soyutma və qızdırıcı sistemlərinə texniki xidmət göstərmək;
  • Barokamera bölmələrinə O2 əlavə edilməsi sisteminə texniki xidmət göstərmək;
  • “Bauer” hava kompressoruna texniki xidmət göstərmək;
  • Kolokolun həyat təminatı, mexaniki və elektrik avadanlıqlarına texniki xidmət göstərmək;
  • Barokameralarda istifadə olunmuş qaz qarışığının təmizlənməsinə texniki xidmət göstərmək;
  • Dalğıcların fərdi avadanlıqlarına texniki xidmət göstərmək;
  • Sualtı qaynaq aparatını istismar etmək;
  • Dərinlik dalğıc işlərinə hazırlıq məqsədi ilə dalğıc və texniki heyyət ilə suya dalmaya qədərki təlim məşq işlərini aparmaq;
  • Qazanxanaya texniki xidmət göstərmək;
  • Regenerasiya sistemlərinə texniki xidmət göstərmək;
  • Suya enmə zamanı təlim məşqlərini aparmaq;
  • Təlim məşq zamanı qapalı tənəffüs sistemini hazırlamaq və işləmək;
  • Avadanlıq, maşın və mexanizimlərin təmir qrafiki planını və qüsurlar cədvəlini hazırlamaq;
  • Qapalı tənəffüs sisteminə texniki xidmət göstərmək;
  • Hava kompressorlarına texniki xidmət göstərmək;
  • Elektrik avadanlıqlarına texniki xidmət göstərmək;
  • Dalğıc sistemini istismara hazırlamaq;
  • Dərinlik dalğıc işlərini aparmaq;
  • Barokameralara texniki xidmət göstərmək;
  • Sualtı-texniki suya enmələri yerinə yetirilərkən postun cədvəlinə uyğun növbə aparmaq;
  • DDK-nın elektronika və avtomatika avdanlıqlarına texniki xidmətin təhlükəsiz yerinə yetirilməsi üçün təlimatların hazırlanmasında yaxından iştirak etmək;
  • Yanğın mühafizə və avtomatik yanğınsöndürmə sistemlərini yoxlamaq;
  • DDK-nın öz sahəsinə aid olan avadanlıqlarının texniki xidmətinə tətbiq olunmuş beynəlxalq təşkilatın qaydalarına və DDK-nın qeydiyyatda olduğu beynəlxalq nəzarət təşkilatının (Beynəlxalq registr təşkilatı) standartına uyğun aparmaq;
  • Elektronika və avtomatika avadanlıqları vasitələri səbəbi üzündən baş vermiş qəzaların araşdırılmasında iştirak etmək;
  • İstismardan çıxarılan əsas vəsaitlərin qüsurlarının aşkar olunmasında, silinmə sənədlərinin tərtib olunmasında, silindikdən sonra sökülməsində və çeşidlənməsində iştirak etmək;
  • Elektronika və avtomatika avadanlıqlarının yerləşdiyi yerin mühiti və şəraitindən asılı olaraq düzgün texniki xidmətinin istismar təlimatlarının hazırlanmasında iştirak etmək;
  • Vaxtlı-vaxtında lazım olan avadanlıq və onlara aid olan ehtiyyat hissələrinin illik tələbnamələrini hazırlamaq;
  • Elektronika və avtomatikaya aid illik iş planını hazırlamaq;
  • Elektronika və avtomatika avadanlıqlarının payız-qış mövsümə hazırlıq planını hazırlamaq, işləri yerinə yetirmək;
  • Elektronika və avtomatika avadanlıqlarının cari təmir, texniki xidmət işlərinə sərf olunan materialların silinməsi üçün aylıq hesabatı hazırlamaq;
  • SAP ERP sisteminin PM modulunda elektronika və avtomatika avadanlıqlarına yaradılmış sifarişləri izləmək;
  • Elektronika və avtomatika vasitələrinin istismarı zamanı təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət etmək;
  • Komissiyalar tərəfindən ƏM və TT üzrə aşkar olunmuş çatışmamazlıqları aradan qaldırmaq;
  • Əmək şəraitinin vəziyyətinin yoxlanılması, əməyin mühafizəsi üzrə görülən işlərin müvafiq  jurnallarda qeydiyyatını aparmaq;
  • Metal tulantılarını çeşidləmək, uçotunu aparmaq, təhvilini təşkil etmək;
  • Yanacaq sürtkü materiallarına təlabatın hazırlanması, hesabatın aparılmasında iştirak etmək;
  • Avadanlıqların pasportlarını hazırlamaq, qeydiyyatını aparmaq;
  • Avadanlıqların diaqnostikasını təşkil etmək;
  • Elektronika və avtomatika avadanlıqlarının texniki xidmət və təmir cədvəlini tərtib etmək;
  • Sahədə olan elektrik məişət avadanlıqlarını təmir etmək;
  • İş planında nəzərdə tutulmuş bütün hesabatları vaxtında tərtib etmək;
  • Lazımi uçot və hesabat xarakterli sənədləşdirməni tərtib etmək;
  • Əsas vəsaitlərin silinməsində iştirak etmək.

 

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:

  • Elektrik avadanlıq-qurğuların istismarı
  • Avtomatika-meterologiya avadanlıq-qurğularının istismarı
  • Avtomatika-meterologiya avadanlıq-qurğularının stend yoxlamasından keçirilməsi
  • Avtomatika-meterologiya avadanlıq-qurğularının sazlanması
  • Dalma fizikası və qazlar
  • İxtisaslaşmış dalğıc gəmilərinin təyinatı, dalğıc sistemlərinin quruluşu və istismarı
  • Dərinlik dalğıc kompleksinin təyinatı, quruluşu və istismarı
  • Mobil hava dalğıc kompleksinin təyinatı, quruluşu və istismarı
  • Əməyin mühafizəsi
  • Əməyin sağlamlığı
  • Əməyin təhlükəsizliyi
  • Əmək şərаitinin normallaşdırılması
  • Sanitariya-gigiyena
  • Elektrik avadanlıq-qurğuların istismarı
  • Elektrik avadanlıq-qurğuların quraşdırılması
  • Elektrik avadanlıq-qurğulara baxış
  • Elektrik avadanlıq-qurğulara qulluq
  • Elektrik avadanlıq-qurğuların təmiri
  • Elektrik avadanlıq-qurğuların sökülməsi
  • Enerji təminatı
  • Ətraf mühitin qorunması

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

Təhsil: Ali bakalavr

İxtisas: Müvafiq sahə üzrə

Staj: Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi

Digər:

 

ƏMƏK HAQQI MƏLUMATLARI:

Əmək haqqı: 1770,00 AZN

Əlavə: Zərərli əmək şəraitinə görə vəzifə maaşına 4% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.

 

İŞ REJİMİ:

İş qrafiki: 5 gün, 8 saatlıq
İş saatları: 08:00–17:00
Nahar fasiləsi: 12:00–13:00

 

DİGƏR MƏLUMATLAR:

Tibbi sığorta: Təmin olunur

İş yerinə çatdırılma: 

Sertifikat / vəsiqə / lisenziya: Üzmə bacarığı haqqında sənəd

 

Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud 11 288 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Son müraciət tarixi: 22.10.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.