Texniki nəzarət üzrə mühəndis

Date: 23 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

Vəzifənin adı:  Texniki nəzarət üzrə mühəndis

SOCAR Downstream MMC, Metanol zavodunun Bütünlük departamentində Texniki nəzarət üzrə mühəndis pozisiyası üzrə vakansiya elan edir.   

 

Əsas vəzifə öhdəlikləri:

  • Mövcud qaydalar,sənayenin ən yaxşı təcrübələri,beynəlxalq norma və standartlara əsaslanaraq mexaniki bütövlük fəaliyyətinin  həyata keçirilməsi
  • Müvafiq qeyd və məlumatların dolğun,düzgün rəsmləşdirilməsinin aparılması, auditələrə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə böyük mühəndisi dəstəkləmək
  • Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulları öyrənir və istehsalata tətbiq edir
  • İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama, baxış və sınaqların aparılmasında iştirak edir
  • Komitə üzvü kimi Risk Əsaslı Nəzarət (RBİ) və Texniki Nəzarət İdarəetmə işçi qruplarında iştirak etmək, rəy və təkliflər vermək və nəticələri həyata keçirmək
  • Texniki nəzarət prosedurlarını və təlimatlarını hazırlanmasında iştirak edir. Texniki nəzarət işçilərinin, o cümlədən subpodratçıların müvafiq prosedurlara, standartlara və spesifikasiyalara uyğun işləməsini təmin etmək və onlara nəzarət etmək
  • Texniki nəzarət və sınaq planlarının hazırlanmasını dəstəkləmək və bu sənədlərdə qeyd olunan fəaliyyətlərə nəzarət etmək və həyata keçirmək
  • Nəticələr və tövsiyələr daxil olmaqla, texniki Nəzarət fəaliyyətləri haqqında hesabatların hazırlanması və təsdiq üçün təqdim edilməsi, Müvafiq məlumat və hesabatların Elektron İdarəetmə proqramında qeyd edilməsi və ya təmin edilməsi
  • Aylıq texniki nəzarət hesabatlarının hazırlanması və Texniki Nəzarət üzrə Böyük Mühəndisə təqdim edilməsi
  • Avadanlıqların pasportlarının tərtib edilməsinə, lazım gəldikdə düzəliş və əlavələrin vaxtlı-vaxtında aparılmasına nəzarət edir
  • Avadanlıqların quraşdırılması, rekonstruksiyası və təmirindən sonra qəbulunda iştirak edir və texniki sənədlərin qəbuluna, sənədlərin düzgün və dolğunluğuna nəzarət edir
  • Boru xətləri üçün avadanlıqların və Korroziyaya Nəzarət Zonalarının (KNZ) müəyyən edilməsi, nəzərdən keçirilməsi və təkmilləşdirilməsində iştirak edir,texniki nəzarət və sınaq məlumatlarını toplayır, (Asset Integrity Management ) Bütünlüyün İdarəolunması proqramı ilə avadanlığın istismar  tarixini izləyir və yeniləyir
  • QK (PSV)-ın sınaq və dərəcələmə (kalibrləmə) proseslərinə nəzarət etmək və sınaq qeydlərini saxlamaq
  • Lazım olduqda ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA və s. İşçi qruplarında fəal iştirak etmək və müvafiq tədbirlər görmək


Namizədə tələblər:

  • Mexanika mühəndisliyi və ya metallurgiya mühəndisliyi ixtisası üzrə ali təhsil;
  • Texniki nəzarət sahəsində minimum 3 il iş təcrübəsi. Neft emalı və neft-kimya sənayesində təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • İngilis dilində sərbəst oxuma, yazma və danışma bacarığı. IELTS, TOEFL və ya digər beynəlxalq səviyyədə tanınan dil sertifikatlarının olması üstünlükdür;
  • Aktiv Səviyyə 2 SNT 1C və ya EN 9712  NS (PT) ,US (UT),  MSS (MT), VT, RT – hər hansı biri və bir neçəsi olması üstünlükdür
  • CSWIP Welding Inspector 3.1 və ya 3.2 sertifikatı üstünlükdür
  • APİ 510,570,571,653,572 biri və ya bir neçəsinin olması arzu olunandır.


Son müraciət tarixi: 30.10.2026
Qeyd: 
Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt recruitment@socardownstream.az  ünvanına müraciət ünvanlaya, yaxud +994512336514 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.