Təmirçi çilingər
Date: 2 noy 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
Vakansiyanın təsviri 4 saylı tikinti quraşdırma sahəsi (3 saylı TQB)
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir.
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcək.
ÜMUMİ MƏLUMATLAR
Müəssisə: SOCAR, Neftqaztikinti tresti
Struktur vahidi: 4 saylı tikinti quraşdırma sahəsi (3 saylı TQB)
Kateqoriya: İxtisaslı fəhlə
Vəzifənin adı: Təmirçi-çilingər
Dərəcə: 4
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Təmir işlərinin yerinə yetirilməsi
• Boru xətlərinin və fləns birləşmələrin təmir edilməsi
• Avadanlıqlara texniki baxış və qulluğu işlərinin yerinə yetirilməsi
• Digər fəaliyyətlər
1.Burğu dəzgahında və itiləyicidə detalların emal edilməsi
2.Təmirdən sonra iş yerinin təmizlənməsi
3.İş alətlərinin təmizlənməsi
4.Sahənin abadlıq işlərində iştirakın edilməsi
5.Tullantıların çeşidlənməsi
6.Sahədə olan avadanlıqlara texniki xidmətin həyata keçirilməsi
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
- Peşə təhsili (Müvafiq sahə üzrə- Təmir-tikinti üzrə).
- İş təcrübəsi tələb olunmur.
- Üzmə bacarığı haqqında sənəd tələb olunur.
- VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:
Dürüstlük,
Etik davranış,
Keyfiyyət yönümlülük,
Məsuliyyət,
Nizam-intizam,
Peşəkarlıq,
Şifahi özünüifadə,
Texnoloji avadanlıq-qurğulara baxış
Texnoloji avadanlıq-qurğuların təmiri
Texnoloji avadanlıq-qurğuların sökülməsi
Mexaniki emal işləri
ƏMƏK HAQQI MƏLUMATLARI:
- Əmək haqqı: 4.8 azn saatlıq
- Əlavə ödənişlər: Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir
- Zərərli iş şəraitinə görə əlavə 4 faiz ödəniş edilir.
DİGƏR MƏLUMATLAR:
- Tibbi sığorta: Təmin edilir
- İş rejimi: Tam iş vaxtı(həftədə 40 saat)
Elanın bitmə tarixi: 04.11.2026
Müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, namizədlər aynur.rzayeva@socar.az emailinə və 050 842 51 54 mob.nömrəsinə müraciət ünvanlaya bilərlər.
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.