Təmirçi çilingər (Bakı şəhəri)

Date: 13 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

Vakansiyanın təsviri:

Müəsissə: SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi, Bakı Regional Qaz İstismarı İdarəsi

Struktur vahidi: Nəsimi rayonu üzrə Qəza-bərpa xidməti

Peşənin adı: Təmirçi çilingər

Dərəcə (ƏÖD): 04

Vəzifə maaşı: 3,84 AZN /Saatlıq əmək haqqı

Nahar ödənişi: SOCAR-ın  müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.

İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)

İş yerinin ünvanı: Nəsimi rayonu, Ziya Bünyadov küçəsi

 

Vəzifə funksiyaları:

  • Qazpaylayıcı şəbəkədə aşikarlanmış və aradan qaldırılması üçün qaynaq işləri tələb olunmayan təbii qaz sızmalarını aradan qaldırrmaq;
  • Qaz sızması aşikarlanmış və yaxud qaz itkisi baş verən qaz kəməində qaz təchizatının dayandırmaq, sızmalar aradan qaldırıldıqdan sonra  qaz təchizatını bərpa etmək;
  • Qaz kəmərlərində bandajları və basma bilərzikləri, bərkidiciləri, gücləndiriciləri quraşdırmaq;
  • İşləyən qaz kəmərlərinin oyulub yerləşdirilməsi və sökülməsi işlərində çilingər işlərini yerinə yetirmək; 
  • Qaz paylayıcısı şəbəkədə qəza hallarının qarşısını almaq, vaxtında aşkarlamaq və nəticələrini aradan qaldırmaqdan ötrü tədbirlərin görülməsi üçün dərhal aidiyyatı üzrə rəhbərliyə məlumat vermək;
  • Qazpaylayıcı şəbəkədə istismar olunan avadanlıqları və armaturları (siyirtmə,qaz kranı,qoruyucu-bağlayıcı klapanların və.s) yenisi ilə əvəz etmək;
  • Yerüstü qaz kəmərlərinin üzərində quraşdırılmış siyirtmələrə texniki xidmət göstərmək (siyirtmələrin sazlığının yoxlanılması, siyrtmələrdə vintin açılması və yağlanması,siyirtmələrin çirklənmədən və paslanmadan təmizlənməsi,siyirtmələrin rənglənməsi).

 

Bilməlidir:

  • Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının, avtomatik mənzil və sənaye qızdırıcı sobaların, yemək bişirən peçlərin təmiri və texniki istismarı qaydalarını;
  • Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı qaydalarını;
  • Qaz şəbəkələri və kommunikasiyaların yerləşdirilməsi sxemini;
  • Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılmasına nəzarət qaydalarını;
  • Diametri 500 mm-ə qədər olan, yüksək təzyiqlə işləyən qaz kəmərlərində qəza-təmir işlərinin aparılması qaydalarını;
  • Qaz kəmərlərinin qəzadan sonra istismara verilməsi, onların quraşdırılması və hermetikliyinin yoxlanılması qaydalarını;
  • Qaz kəmərlərində bilərziklərin quraşdırılması üsullarını;
  • İcra etdiyi işlər barədə məlumatlarım MF proqramı üzərindən yüklənilməsini,
  • Fəaliyyətdə olan qaz kəmərlərində təzyiqi aşağı salmadan oyma cihazlarının qurulmasını;  
  • Təbii qaz sızmalarının aşıkarlanmsı üçün tətbiq olunaqn qazanalizatorlarından istifadə qaydalarını;
  • Qaz avadanlıqlarına  texniki xidmətin aparılması qaydalarını;
  • “Təbii qazdan istifadə Qaydaları”nı, “Qazdan təhlükəsiz istifadə qaydaları”na dair təlimatları.

 

Təhsil və iş təcrübəsinə dair tələblər:

  • Təhsil:            Tam orta təhsil.
  • İş təcrübəsi:   Tələb edilmir.

Digər məlumatlar:

  • Tibbi sığorta:            Təmin edilir.
  • İş yerinə çatdırılma: Təmin edilmir.
  • Son müraciət tarixi:  14.10.2026.
  • Müsabiqə mərhələləri ilə bağlı suallarınız yarandığı təqdirdə namizədlər hr.azerigas@socar.az emailinə müraciət ünvanlaya bilərlər.

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.