Sahə rəisi (Neft və qazçıxarma)

Date: 28 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

ÜMUMİ MƏLUMATLAR

Vəzifənin adı: Sahə rəisi

Kateqoriya: Taktiki rəhbər

Dərəcə: 15

Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi

Təşkilat:  "Abşeronneft" Neft və Qazçıxarma İdarəsi

Struktur bölmə: 2 saylı Neft və Qazçıxarma sahəsi

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Neft, qaz və kondensat hasilatı proqnozunun yerinə yetirilməsi üçün sahə üzrə istehsalata rəhbərlik etmək;
  • Quyu fondu üzərində daima iş aparmaq, quyu fondunun sabit saxlanılmasına nail olmaq, plan-qrafik üzrə quyularda (ya və nəzərdə tutulmayan hallarda) geoloji-texniki tədbirlərin həyata keçirilməsinə rəhbərlik etmək;
  • Qazılması və mənimsənilməsi başa çatmış quyuların istismara verilməsi üzrə işlərin yerinə yetirilməsinə nəzarət etmək;
  • İstehsal obyektlərinin tələb edilən avadanlıq və texnika ilə təmin edilməsini həyata keçirmək;
  •  Təmirə hazırlığın aparılmasına nəzarət və mürəkkəb məsələlərin həllini təşkil etmək;
  •  Neft və qaz çıxarma briqadaları ilə əsaslı təmir (və ya digər) briqadaların fəaliyyətlərinin əlaqələndirilməsini təşkil etmək;
  • Yığım nəql sisteminin işini tənzimləmək, istehsalatda yaranmış qəza və dayanmaların qısa müddətdə araşdırılıb aradan qaldırılmasını təmin etmək, sahənin imkanları məhdud olduqda rəhbərlik qarşısında yardımçı sahələrin (digər xidmət sahələri) cəlb olunması məsələsini qaldırmaq və buna nail olmaq;
  • Neft və kondensatın separasiyasını və ilkin hazırlanmasını, hazır məhsulun əmtəə çənləri parkına nəqlini-təhvilini təmin etmək;
  • Xüsusi texnikaya olan tələbatı təmin etmək, daşımaların, yükləmə-boşaltma işlərinin və digər texniki əməliyyatların vaxtında yerinə yetirilməsi üçün işçi heyətin və mütəxəssislərin cəlb olunmasını təşkil etmək;
  •  Sahədə aparılan əsaslı təmir, quraşdırma, demontaj, korroziyzya qarşı və digər texniki işləri nəzarətdə saxlamaq, yerli vasitələrlə işlərin sürətləndirilməsinə köməklik göstərmək;
  •  Çökdürücülərdə yığılmış mexaniki qarışığın, lay sularının və tullantıların utilizasiyasını təmin etmək;
  •  Quyuların texnoloji rejiminin plan-qrafikinin tutulmasına rəhbərlik etmək, hasilatın artırılmasına yönəlmiş tədbirlərin planlaşdırılmasını təmin etmək (faəliyyətsiz fonddan quyuların alınması, quyuların cari təmiri, quyudibinə təsir üsulları, optimallaşdırma və s);
  • NQÇS üzrə neft-mədən avadanlıqlarının təmir plan-qrafiklərinin tərtibində və onların yerinə yetirilməsinə rəhbərlik etmək;
  •  NQÇS üzrə mal-material və avadanlıq ehtiyacı üzrə tələbnamələrin hazırlanmasına rəhbərlik və ayrılmış vəsaitlərin istiqaməti üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Sərf olunan elektrik enerjisinin, yanacaq və sürtkü materiallarının, qazın, reagentlərin və s. eləcə də texnoloji itkilərin hesabatının hazırlanmasını təmin etmək, normativ sənədlərə uyğun olmayan sərfiyyatın və itkilərin əsaslandırılmasını təşkil etmək;
  •  Sahə üzrə əsas vəsaitlərin inventarlaşmasının aparılmasını, qalıq dəyəri sıfır olan əsas vəsaitlərin silinməsini təmin etmək və nəzarətdə saxlamaq;
  • İstehsal obyektlərini nəqliyyatla vaxtında təmin olunmasına nəzarət etmək; Mexanika, avtomatika və digər növ avadanlıqların düzgün texniki istismarını təmin etmək;
  • Müvafiq neft-mədən avadanlıqlarının və cihazlarının konservasiyaya buraxılması və kalibrlənməsini təmin etmək;
  • Neft və qazçıxarma texnologiyasının təkmilləşdirilməsini təşkil etmək;
  • Çıxarılan neftin əmək tutumunun və maya dəyərinin azaldılmasını təşkil etmək;
  • NQÇS-nin inzibatı binalarında təmir işlərinin planlaşdırılmasını təmin etmək;
  • Qış fəslinə hazırlıq üçün tədbirlər planını hazırlamaq;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi və sanitariya-gigiyena ilə bağlı müvafiq planların hazırlanmasını təmin etmək;
  • NQÇS üzrə neft-mədən avadanlıqlarının təmir plan-qrafiklərinin tərtibində və onların yerinə yetirilməsində iştirak etmək;

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • NQÇS üzrə mal-material və avadanlıq ehtiyacı üzrə tələbnamələrin hazırlanmasında iştirak və ayrılmış fondların və istiqaməti üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İstehsal obyektlərinin nəqliyyatla vaxtında təmin olunmasına nəzarət etmək;
  • Elektrik enerjisi və yanacağın sərfinə nəzarət etmək;
  • Mexanika, avtomatika və digər növ avadanlıqların düzgün texniki istismarını təmin etmək;
  • Müvafiq neft-mədən avadanlıqlarının və cihazlarının konservasiyaya buraxılması və kalibrlənməsinin təmin edilməsində iştirak etmək;
  • Neft və qazçıxarma texnologiyasının təkmilləşdirilməsini təşkil etmək;
  •  İstehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasını təşkil etmək;
  • Çıxarılan neftin əmək tutumunun və maya dəyərinin azaldılmasının təşkil etmək;
  • Geoloji-texniki tədbirlərin planının hazırlanmasında iştirak və təsdiq etmək;
  •  Neft, su, qaz, hava xətlərinin təmiri planının hazırlanmasında iştirak  etmək;
  • İşçilərdə əmək məhsuldarlığı və nizam intizam qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə konkret tədbirlər işləyib hazırlanmasında iştirak və əmək şəraiti normalarına riayət edilməsinə nəzarət etmək;
  •  Avtomatika, mexanika və energetika ilə bağlı xidmətin həyata keçirilməsinin fərdi mühafizə vasitələrin və digər təhlükəsizlik tələbləri əsasında həyata keçirilməsində nəzarət edilməsində iştirak etmək;
  • Kommunikasiya xətlərinin quraşdırılması və dəyişdirilməsində iştirak  etmək;
  • Quyulara gedən elektrik xətlərinin çəkilməsi və dəyişdirilməsinə nəzarət etmək;
  • Quyulara gedən hava xətlərinin dəyişdirilməsinə nəzarət etmək;
  • Neft və qaz hasilat planın yerinə yetirilməsi ilə bağlı uçot işləri və hesabatın vaxtında verilməsinə nəzarət etmək;
  •  Neft-mədən avadanlıqlarına xidmət barədə hesabatların vaxtında verilməsinə nəzarət etmək;
  •  Əmək şəraiti ilə bağlı dövrü hesabatların vaxtında verilməsinə nəzarət etmək;
  •  Mal-material, avadanlıq və digər texniki vasitələrdən istifadənin uçotunun aparılması və hesabatın verilməsinə nəzarət etmək;
  •  Sahə obyektlərində sanitariya-gigyena pasportlaşdırılmasını həyata keçirmək;
  •  İş qrafiklərin hazırlanmasında iştirak və təsdiqlənməsini təmin etmək;
  •  Məzuniyyət qrafiklərin hazırlanmasında iştirak və təsdiqlənməsini təmin etmək;
  • Tabel uçotunun aparılmasına nəzarət etmək;
  • Boru ştanqların istifadəsi haqqında hesabatı təsdiq etmək;
  •  Əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı aylıq görülmüş işlər haqqında məlumatların və hesabatların təqdim edilməsinə nəzarət etmək;
  • Texniki Geoloji tədbirlərin icrası haqqında hesabatı təsdiq etmək;
  • Sahədə icra edilmiş təmir işləri haqqında hesabatı təsdiq etmək;
  • Aylq plan xəbərdarlıqlı təmir qrafiki əsasınada görülmüş işlər haqqında hesabatı təsdiq etmək;
  • Günlük hasilat həcmində hesabatı təqdim etmək;
  • Geoloji fond haqqında günlük hesabatı təsdiq etmək;
  • Texniki xidmət planların yoxlanılmasını təmin etmək;
  • Rəhbərlik etdiyi struktur bölmə üzrə iş bölgüsününü aparmaq;
  • Rəhbərlik etdiyi struktur bölmə üzrə illik əməliyyat planlarının, aylıq, həftəlik və ya gündəlik tapşırıqların hazırlanması və icrasına nəzarət etmək;
  • İşçilərin seçimində iştirak etmək;
  • İşçilərin təlim ehtiyyaclarının müəyyənləşdirilməsi və inkişafı ilə əlaqədar fəaliyyətlərin icrasını təmin  etmək;
  • İşçilərin intizamını təmin etmək;
  •  İşçilərin motivasiya və sosial ehtiyaclarının qarşılanması üçün tədbirlər həyata keçirmək;
  • İşçiləri qiymətləndirmək;
  • İşçilərin effektivliyinin artırılması üçün tədbirləri həyata keçirmək; 
  • Struktur fəaliyyətinin inkişafı üçün planların və təkliflərin hazırlanmasını təmin etmək.

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR

  • Geoloji-tədqiqat işlərini;
  • Quyu iş rejiminin saxlanılmasını;
  • Quyunun təmirə hazırlanmasını;
  • Neft və qaz hasilatında texnoloji rejimlərin saxlanılmasını:
  • Neftin və qazın təhvilini;
  • Neftin yığılmasını;
  • Neftin tam hazırlanmasını;
  • Qazın ilkin hazırlanmasını;
  • Neft-qaz istismar və xidmət avadanlıq-qurğuların istismarını;
  • Neft-qaz istismar və xidmət avadanlıq-qurğularına baxışı;
  • Neft-qaz istismar və xidmət avadanlıq-qurğularına qulluqu;
  • Neft-qaz istismar və xidmət avadanlıq-qurğularının təmirini;
  • Lay sularının təmizlənməsi və utilizasiyasını;
  • Neft və qaz quyularının veriminin ölçülməsini;
  • Quyuların texnoloji rejimlərin saxlanılmasını;
  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını.

KVALİFİKASİYA TƏLƏBLƏRİ

Təhsil: Ali təhsil, Orta ixtisas təhsili

İxtisas: Müvafiq sahə üzrə

Staj: Orta ixtisas təhsilli olduqda 5 il müvafiq sahə üzrə mühəndis texniki və ya rəhbər vəzifələrdə iş stajı,ali təhsilli olduqda 3 il müvafiq sahə üzrə mühəndis texniki və ya rəhbər vəzifələrdə iş stajı tələb olunur.

ƏMƏK HAQQI MƏLUMATLARI

Əmək haqqı: 1934,00

Əlavə: Əlverişsiz iqlim şəraitində (dəniz) işə görə aylıq tarif (vəzifə) maaşına 65% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 20 AZN əlavə ödəniş verilir.

DİGƏR MƏLUMATLAR

Tibbi sığorta: Təmin olunur

İş yerinə çatdırılma:  Koroğlu metrostansiyasından xidməti avtobuslarla iş yerinə çatdırılma təmin olunur.

İş rejimi: 11 saatlıq bir növbəli növbə metodu iş rejimi.(dənizdə)

Sertifikat / vəsiqə / lisenziya: Üzmə bacarığı haqqında sənəd.

 

Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud +994 (12) 521 00 00 / dax. 11 286 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Elektron poçt, faks, teleqram, telefonoqram və digər vasitələrlə təqdim edilən müraciətlər müsabiqədə iştirak üçün əsas hesab edilmir. Elektron poçt vasitəsilə göndərilən CV-lər qəbul olunmur.

Son müraciət tarixi: 30.10.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.