Quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator

Date: 26 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

ÜMUMİ MƏLUMATLAR

Vəzifənin adı: Quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator

Kateqoriya: İxtisaslı fəhlə

Dərəcə: 5

Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi

Təşkilat: "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsi

Struktur bölmə: Quyuların əsaslı və yeraltı təmiri sahəsi

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ

Yeraltı təmirlə əlaqədar yükləmə-boşaltma, yerdəyişmə işini həyata keçirilməsi.

  • Yeraltı təmirlə əlaqədar boşaltma işinin həyata keçirilməsi.
  • Yeraltı təmirlə əlaqədar boruların yerinin dəyişdirilməsi.
  • Boru və ştanqların çeşidlənməsi.
  • Boru və ştanqların üst-üstə yığılması.
  • Yeraltı təmirlə əlaqədar yükləmə işinin həyata keçirilməsi.

Quyu ətrafının təmizlənməsi

  • Yeraltı təmir işləri bitdikdən sonra quyu ətrafına sıçramış neft və yağ atqılarının üzərinin torpaqla örtülməsi.
  • Təmirdən sonra quyunun yuyulması.

Quyuların yeraltı təmirə hazırlanması

  • İşçi meydançası və qəbul körpüsünün işləkliyinin yoxlanılması.
  • Alət və avadanlıqların sazlığının yoxlanılması.
  • Tel sisteminin asılması, yığışdırılması işlərinin görülməsi,
  • Tal blokunun, qarmağın asılması və çıxarılması,
  • Dartıcı diyircəklərin, kranblok roliklərinin və dartıcıların dəyişdirilməsi,
  • Tal blokun sazlığının yoxlanılması,
  • Tal blokun yağlanması,
  • Tal blokunun tellənmədən azad edilməsi,
  • Tal kanadın sazlığının yoxlanılması,
  • Tal kanadın yağlanması,
  • Boruların parafindən və çirklənmədən yuyulub təmizlənməsi.
  • Quyu dibi ətrafının işlənməsi prosesini aparmaq üçün hazırlıq işlərinin görülməsi.
  • Quyuların təmirə hazırlanmasında takelaj, çilingər və torpaq işlərinin görülməsi.
  • Verilmiş texnoloji Prosesə uyğun olaraq səyyar qaldırıcı qurğunun və aqreqat avadanlığının yerləşdirilməsi və qurulması
  • Ştanqların asılması və boruların barmaq arxasına qoyulması üçün avadanlığın qurulması və yoxlanılması.
  • Pərsəng başlığının yana çevrilməsi üçün qurğunun yoxlanılması və nasazlıqların aradan qaldırılması.
  • Quyuların saxlanılması üçün müxtəlif məhlulların hazırlanması.
  • Təmirdən əvvəl quyuların dayandırılması və boşaldılması prosesində iştirak etmək.
  • Güc və külək dartıcılarının yerinin müəyyən edilməsi və qurulması.

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR

  • İş növləri və peşələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatları;
  • Səyyar aqreqatların və qurğuların quraşdırılması;
  • Boru kəmərlərinin istismar qaydaları;
  • Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər.

KVALİFİKASİYA TƏLƏBLƏRİ

Təhsil:  Tam orta təhsil

İxtisas: Yoxdur

Staj:      Yoxdur

Digər:   Yoxdur

ƏMƏK HAQQI MƏLUMATLARI

Əmək haqqı: 4.33

Əlavə: Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4% və faktiki işlənmiş

hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.

DİGƏR MƏLUMATLAR

Tibbi sığorta: Təmin olunur

İş yerinə çatdırılma: Sahil qəsəbəsi, Lökbatan,  Badamdar, Bayıl qəsəbəsi, 20-ci sahə,  Neftçilər, Xalqlar Dostluğu, Sahil metro stansiyaları, Babək prospektindən xidməti avtobuslarla iş yerinə çatdırılma mövcuddur.

Tam orta təhsil

5 gün 8 saatlıq: 

İş saat 8:00-da başlayır, 17:00-da bitir. Nahar fasiləsi: 12:00-13:00

 

Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud +994 (12) 521 00 00 / dax. 11 286 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Elektron poçt, faks, teleqram, telefonoqram və digər vasitələrlə təqdim edilən müraciətlər müsabiqədə iştirak üçün əsas hesab edilmir. Elektron poçt vasitəsilə göndərilən CV-lər qəbul olunmur.

Son müraciət tarixi: 28.10.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.