Quyuların əsaslı və yeraltı təmiri üzrə usta
Date: 19 okt 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
ÜMUMİ MƏLUMATLAR:
Vəzifənin adı: Quyuların əsaslı və yeraltı təmiri üzrə usta
Kateqoriya: Supervayzer
Dərəcə: 12
Müəssisə: “Azneft” İstehsalat Birliyi
Təşkilat: Ə.C.Əmirov adına NQÇİ
Struktur bölmə: Quyuların əsaslı və yeraltı təmiri sahəsi / Quyuların əsaslı və yeraltı təmiri xidmət sahəsi
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
•Briqada işçilərinin iş vaxtının səmərəli idarə olunmasını təşkil etmək;
•Plana müvafiq olaraq briqadaya və ayrı-ayrı fəhlələrə istehsal tapşırıqlarını təyin etmək;
•Briqada işçilərinin təlimatlandırılmasının aparılmasını təmin etmək;
•Təhkim edilmiş xidmət sahəsində quyuların təmiri üzrə plan tapşırıqlarının briqada tərəfindən yerinə yetirilməsini təmin etmək;
•Fəhlələri iş növbələri üzrə yerləşdirmək və onların əməyini təşkil etmək;
•Briqadada fəhlələrin müntəzəm işini təmin etmək;
•Briqada üzvlərinin fəaliyyətini əlaqələndirmək;
•Əmək şəraitinin yoxlanması və qeydiyyatların aparılmasını təmin etmək;
•Əsaslı təmirlə əlaqədar sifariş tərtib etmək və bölgü aparmaq;
•Alət, avadanlıq və ehtiyat hissələrinin sifarişinin tərtib etmək;
•Nəqliyyat tələbi ilə bağlı məlumat bildirmək;
•Qaynaqçı briqadaların tələbi ilə bağlı məlumat bildirmək;
•Təmir üçün lazımi materiallar sifarişini tərtib etmək;
•Əsaslı təmirə hazırlığa rəhbərlik etmək;
•Quyunun təhvili zamanı iş planı üzrə təhvil-təslim aktının imzalanmasını təmin etmək;
•İşçi meydançasının yoxlanılmasına nəzarət etmək;
•Tal kanatının sazlığına nəzarət etmək;
•Tal blokun sazlığına nəzarət etmək;
•Qüllənin sazlığına nəzarət etmək;
•Kran blokun sazlığına nəzarət etmək;
•İşlək nasos kompressor və qazma borularının keyfiyyətinə nəzarət etmək;
•İşlək alətlərin (elevator, sırğalar, yuma şlanqları) və avadanlıqların sazlığına nəzarət etmək;
•Sementləmə başlığının sazlığına nəzarət etmək;
•Qaldırıcı qurğunun düzgün yerləşdirilməsinə nəzarət və təhvil-təslim aktının imzalanmasını təmin etmək;
•Yuma xətti və manifold xəttinin sazlığına nəzarət etmək;
•Qazma boruların işçi körpüsünə verilməsinə nəzarət etmək;
•Rotorun quyu ağzına yerləşdirilməsinə nəzarət etmək;
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
•İşlək boru (kvadrat) və fırlanqıcın işçi meydançasına yerləşdirilməsinə nəzarət etmək;
•Yan açarların açılmasına və bağlanılmasına nəzarət etmək;
•Əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin olunmasına nəzarət etmək;
•Gil tutum çənlərinin yerləşdirilib quraşdırılmasına nəzarət etmək;
•Su anbarların hazırlanmasına nəzarət etmək;
•Vurucu nasosların yerləşdirilməsinə nəzarət etmək;
•Gil qarışdırıcı qurğunun yerləşdirilməsinə nəzarət etmək;
Şirin su çənin yerləşdirilməsinə nəzarət etmək;
•Monometr və əks klapanın yerləşdirilməsinə nəzarət etmək;
•Yuma və sementləmə aqreqatlarının yerləşdirilməsinə nəzarət etmək;
•Briqadalar üzrə quyularda aparılan əsaslı təmir işlərinə nəzarət etmək;
•Quyunun yuyulmasına nəzarət etmək;
•Quyuların hermetik yoxlanılmasına nəzarət etmək;
•Quyularda sement stəkanın qazılmasına nəzarət etmək;
•Sementləmə prosesinə nəzarət etmək;
•İstismar kəmərin kəsilməsinə nəzarət etmək;
•Qazma prosesinə pilləli nəzarət etmək;
•Gil məhlulunun hazırlanmasına nəzarət etmək;
•Gil məhlulunun parametrinə pilləli nəzarət etmək;
•Vurucu nasosların işləməsinə nəzarət etmək;
•Quyunun kəmər endirilib sementlənməsinə nəzarət etmək;
•Mürəkkəb işlər zamanı tutma əməliyyatlarına nəzarət etmək;
•Möhürün quyunun endirilməsinə nəzarət etmək;
•Möhürün tədqiqinə nəzarət etmək;
•Quyuda mürəkkəbləşmələr zamanı nəzarət etmək;
•Quyuların işıqlandırılması və digər məqsədlər zamanı enerjinin səmərəli istifadəsinə nəzarət etmək;
•Xüsusi texnikanın səmərəli istismarı və boşdayanmaların aradan qaldırılmasına nəzarət etmək;
•Erlift quyularında birinci və ikinci sıranın qaldırılmasına nəzarət etmək;
•Birinci sıra başlığının quyu ağzına oturdulmasına nəzarət etmək;
•Alət və avadanlıqların səmərəli istifadəsinə nəzarət etmək;
•Qəzalar• və bədbəxt hadisələr zamanı müvafiq rəhbərliyin məlumatlandırılması;
•Quyularda yeni süzgəclərin açılmasına nəzarət etmək;
•İşçi meydançası və quyu ətrafının təmizlənməsinə nəzarət etmək;
•Avadanlıqların daşınmasına nəzarət etmək;
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
•Quyunun perforasiya üçün hazırlığına nəzarət etmək;
•İşlənmiş alət (açarlar, tutucu alətlər, elevatorlar və s. ) və avadanlıqların (quyu dibi mühərriklər, rotor, fırlanqıc, tal bloku, qarmaq, yuma şlanqları və s.) təmirinə nəzarət etmək;
•Təmir alət və avadanlıqların profilaktik baxış qrafikinin icrasına nəzarət etmək;
•Zay və yararsız avadanlıq (blok, barmaq, fırlanqıc, rotor) və ləvazimatların silinməsində iştirak və silinmə aktın imzalanmasını təmin etmək;
•Konservasiya olunmuş alət (karandaş, qarmaq, boru tutucu, qum tutucu yığan alət və s.) və avadanlıqların briqadalar üzrə (atıcı siyirtmə, sementləmə və hermetikliyə yoxlama başlıqlar, rotor zənciri və s.) təhvil-təslim verilməsinin təmin etmək;
•Briqadalar üzrə alət (açar, suxarilər, rayber, sıxaclar, quyu dibi freyzer, kalibr və s. ) və avadanlıqlarla (şlam tutucu, yana meylləndirici, baltalar, daxili və xarici boru tutan, tal kanatı, tal bloku, qarmaq, e və s.) əlaqədar tələbnamələri tərtib etmək;
•Mal və ləvazimatların (ayaqqabı, paltar, süd və s.) təmini ilə əlaqədar tələbnamələri tərtib etmək;
•Vaxtından əvvəl işçilərin iş geyimlərinin korlanması ilə əlaqədar yen iş geyiminin hazırlanması üçün akt tərtib etmək;
•İlkin tibbi yardım üçün lazımi vasitələrinin sifarişi və briqadalar üzrə istifadəsi barədə qeydlərin aparılması.
•Növbədən kənar tələbnamələrin (kimyəvi reagent, quru gil, bentonit tozu və s.) hazırlanması üçün sex rəhbərliyinə müraciət etmək;
•İntizam tənbehinin verilməsi üçün təqdimatın verilməsi üçün müraciət etmək;
•İşçilərin davamiyyətləri ilə əlaqədar sex rəhbərliyin məlumatlandırılması və müvafiq qeydləri işçi cədvəlində qeyd edilməsini təmin etmək;
•Növbəli məzuniyyət cədvəlinin hazırlanmasını təmin etmək.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR (Bilməlidir):
•Quyunun müayinəsini;
•Quyuağzının sınanmasını;
•Qoruyucu kəmərlərdə zədələrin aradan qaldırılmasını;
•Kəmərdəki defektlərin örtülməsini;
•Kəmərin hermetikliyə sınanmasını;
•Quyuların sementlənməsini;
•Təcridetmə işlərini;
•Maili istiqamətlənmiş qazma işlərini;
•Quyudibinin möhkəmləndirilməsini;
•Quyudibi zonaya təsiri;
•Quyularda tutucu işlərii;
•Quyuağzı avadanlıqların sökülməsi və yığılmasını;
•Quyuların ləğvi və konservasiyasını;
•Buruq inşaası, quraşdırılması və sökülməsini;
•İşçi meydançanın salınmasını;
•Səyyar aqreqatların və qurğuların quraşdırılmasını;
•Boru kəmərlərinin istismar qaydalarını;
•Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizə qayda və normalarını.
KVALİFİKASİYA TƏLƏBLƏRİ:
Təhsil: Bakalavriat və ya orta ixtisas təhsili
İxtisas: Müvafiq sahə üzrə
Staj: Müvafiq ixtisas sahəsi üzrə ali təhsil olduqda 2 il, orta ixtisas təhsili olduqda 5 il müvafiq sahə üzrə iş təcrübəsi
ƏMƏK HAQQI MƏLUMATLARI:
Əmək haqqı: 1212 AZN/aylıq vəzifə maaşı
Əlavə ödənişlər:
- Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 4% əlavə ödəniş;
- Faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş.
İŞ REJİMİ:
İş qrafiki: 1 növbəli, 12 saatlıq
İş saatları: 08:00–20:00
Nahar fasiləsi: 12:00–13:00
DİGƏR MƏLUMATLAR:
Tibbi sığorta: Təmin olunur
İş yerinə çatdırılma: Bakı şəhəri “20 Yanvar” və “28 May” metro stansiyalarından və Badamdar qəsəbəsində “Caspian Hospital”-ın yanından iş yerinə xidməti nəqliyyatla çatdırılma təmin olunur.
Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud 11 288 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Son müraciət tarixi: 21.10.2026
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.