Quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta

Date: 20 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

SOCAR-da karyeranıza doğru ilk addım

SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər. 

 

ÜMUMİ MƏLUMATLAR:

  1. Vəzifənin adı: Quyuların əsaslı və yeraltı təmiri üzrə böyük usta

    Kateqoriya: Supervayzer

    Dərəcə: 13

    Müəssisə: "Azneft" İstehsalat Birliyi

    Təşkilat: Ə.C.Əmirov adına NQÇİ

    Struktur bölmə: Quyuların əsaslı və yeraltı təmiri sahəsi

 

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

 

• Briqada işçilərinin iş vaxtının səmərəli idarə olunmasını təşkil etmək;

• Plana müvafiq olaraq briqadaya və ayrı-ayrı ustalara istehsal tapşırıqlarını təyin etmək;

• Briqada işçilərinin təlimatlandırılmasının aparılmasına nəzarət etmək;

• Təhkim  edilmiş  xidmət sahəsində quyuların təmiri  üzrə plan tapşırıqlarının briqada tərəfindən yerinə yetirilməsinə nəzarət və rəhbərlik etmək;

• İşçi heyəti tərəfindən istehsalat və əmək intizamına, daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət etmək;

• Briqadada işçilərinin müntəzəm işini təmin etmək;

•  Briqadaların fəaliyyətini əlaqələndirmək;

• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət etmək;

• Əmək şəraitinin yoxlanması və qeydiyyatların aparılmasını təmin etmək;

• Yuyucu aqreqatların sifarişinin tərtib edilməsi və əsaslı təmir briqadalara bölüşdürülməsini təşkil etmək;

•  Xüsusi texnika sifarişinin tərtib edilməsi və əsaslı təmir  briqadalara  bölüşdürülməsini təşkil etmək;

•  Alət, avadanlıq və ehtiyat hissələrinin sifarişinin tərtib edilməsi və əsaslı təmir  briqadalara bölüşdürülməsini təmin etmək;

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

•  Nəqliyyat tələbinin bildirilməsi və təmin edilmiş nəqliyyatın briqadalar üzrə bölüşdürülməsini təşkil etmək;

•  Qaynaqçı briqadaların tələbinin bildirilməsi və təmin olunmuş qaynaqçı briqadaların əsaslı təmir briqadalar üzrə bölüşdürülməsini təmin etmək;

•  Təmir üçün lazımi materiallar sifarişinin tərtib edilməsi və alınmış materialların əsaslı təmir briqadalar üzrə bölüşdürülməsini təşkil etmək;

•  İş növbələri üzrə briqadaların bölgüsünün aparılmasını təmin etmək;

•  Quyunun təhvili zamanı iş planı üzrə təhvil-təslim aktının imzalanmasını təşkil etmək;

•  İşçi meydançasının yoxlanılmasına pilləli nəzarət etmək;

•  Tal kanatının sazlığına pilləli nəzarət etmək;

• Tal blokun sazlığına pilləli nəzarət etmək;

•  Qüllənin sazlığına pilləli nəzarət etmək;

•  Kran blokun sazlığına pilləli nəzarət etmək;

•  İşlək nasos kompressor və qazma borularının keyfiyyətinə pilləli nəzarət etmək;

•  İşlək alətlərin (elevator, sırğalar, yuma şlanqları) və avadanlıqların sazlığına pilləli nəzarət etmək;

•  Sementləmə başlığının sazlığına pilləli nəzarət etmək;

•  Qaldırıcı qurğunun düzgün yerləşdirilməsinə pilləli nəzarət və təhvil-təslim aktının imzalanmasını təşkil etmək;

•  Yuma xətti və manifold xəttinin sazlığına pilləli nəzarət etmək;

•  Qazma boruların işçi körpüsünə verilməsinə pilləli nəzarət etmək;

•  Rotorun quyu ağzına yerləşdirilməsinə pilləli nəzarət etmək;

•  İşlək boru (kvadrat) və fırlanqıcın işçi meydançasına yerləşdirilməsinə pilləli nəzarət etmək;

•  Yan açarların açılmasına və bağlanılmasına pilləli nəzarət etmək;

•  Əməyin mühafizəsi və texniki təhlükəsizliyin təmin olunmasına pilləli nəzarət etmək;

•  Gil tutum çənlərinin yerləşdirib quraşdırılmasına pilləli nəzarət etmək;

•  Su anbarların hazırlanmasına pilləli nəzarət etmək;

•  Vurucu nasosların yerləşdirilməsinə pilləli nəzarət etmək;

•  Gil qarışdırıcı qurğunun yerləşdirilməsinə pilləli nəzarət etmək;

•  Şirin su çənin yerləşdirilməsinə pilləli nəzarət etmək;

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

•  Monometr və əks klapanın yerləşdirilməsinə pilləli nəzarət etmək;

•  Yuma və sementləmə aqreqatlarının yerləşdirilməsinə nəzarət etmək;

•  Quyunun yuyulmasına pilləli nəzarət etmək;

•  Quyuların hermetik yoxlanılmasına nəzarət etmək;

•  Quyularda sement stəkanın qazılmasına pilləli nəzarət etmək;

•  Sementləmə prosesinə nəzarət etmək;

•  İstismar kəmərin kəsilməsinə pilləli nəzarət etmək;

•  Qazma prosesinə pilləli nəzarət etmək;

•  Gil məhlulunun hazırlanmasına pilləli nəzarət etmək;

•  Gil məhlulunun parametrinə pilləli nəzarət etmək;

•  Vurucu nasosların işləməsinə pilləli nəzarət etmək;

•  Quyunun kəmər endirilib sementlənməsinə nəzarət etmək;

•  Mürəkkəb işlər zamanı tutma əməliyyatlarına pilləli nəzarət etmək;

•   Möhürün quyunun endirilməsinə pilləli nəzarət etmək;

•   Möhürün tədqiqinə nəzarət etmək;

•   Quyuda mürəkkəbləşmələr zamanı pilləli nəzarət etmək;

•   Quyuların işıqlandırılması və digər məqsədlər zamanı enerjinin səmərəli istifadəsinə pilləli nəzarət etmək;

•  Xüsusi texnikanın səmərəli istismarı və boşdayanmaların aradan qaldırılmasına nəzarət etmək;

•  Erlift quyularında birinci və ikinci sıranın qaldırılmasına pilləli nəzarət etmək;

•  Birinci sıra başlığının quyu ağzına oturulmasına pilləli nəzarət etmək;

•   Alət və avadanlıqların səmərəli istifadəsinə pilləli nəzarət etmək;

•  Qəzalar və bədbəxt hadisələr zamanı müvafiq rəhbərliyin məlumatlarındırlmasını təmin etmək;

•  Quyularda yeni süzgəclərin açılmasına pilləli nəzarət etmək;

•  İşçi meydançası və quyu ətrafının təmizlənməsinə pilləli nəzarət etmək;

•  Avadanlıqların daşınmasına pilləli nəzarət etmək;

•  Quyunun perforasiya üçün hazırlığına pilləli nəzarət etmək;

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

•  İşlənmiş alət (açarlar, tutucu alətlər, elevatorlar və s. ) və avadanlıqların (quyu dibi mühərriklər, rotor, fırlanqıc, tal bloku, qarmaq, yuma şlanqları və s.)  təmirinə pilləli nəzarət etmək;

•  Təmir alət və avadanlıqların profilaktik baxış qrafikinin icrasına nəzarət etmək;

•  Zay və yararsız avadanlıq  (blok, barmaq, fırlanqıc, rotor) və ləvazimatların  silinməsində iştirak və silinmə aktın imzalanmasını təşkil etmək;

•  Konservasiya olunmuş alət (karandaş, qarmaq, boru tutucu, qum tutucu yığan alət və s.) və avadanlıqların briqadalar üzrə  (atıcı siyirtmə, sementləmə və hermetikliyə yoxlama başlıqlar, rotor zənciri və s.) təhvil-təslim verilməsini təmin etmək;.

•  Briqadalar üzrə alət (açar, suxarilər, rayber,  sıxaclar, quyu dibi freyzer, kalibr və s. ) və avadanlıqlarla (şlam tutucu, yana meylləndirici, baltalar, daxili və xarici boru tutan, tal kanatı, tal bloku, qarmaq, e və s.) əlaqədar tələbnamələrin yazılmasını təşkil etmək;

•  Mal və ləvazimatların (ayaqqabı, paltar, süd və s.) təmini ilə əlaqədar tələbnamələrin yazılmasını təşkil etmək;

•  Vaxtından əvvəl işçilərin iş geyimlərinin korlanması ilə əlaqədar yen iş geyiminin hazırlanması üçün aktın hazırlanması üçün müraciətin edilməsini həyata keçirmək;

•  İlkin tibbi yardım üçün lazımi vasitələrinin sifarişi və briqadalar üzrə istifadəsi barədə qeydlərin aparılmasını təmin etmək;

•  Növbədən kənar tələbnamələrin (kimyəvi reagent, quru gil, bentonit tozu və s.) hazırlanması üçün sahə rəhbərliyinə müraciətin edilməsini təmin etmək;

•  İntizam tənbehinin verilməsi üçün təqdimatın verilməsi üçün müraciətin edilməsini təmin etmək;

•  İşçilərin davamiyyətləri ilə əlaqədar sahə rəhbərliyin məlumatlandırılması və müvafiq qeydlərin işçi cədvəlində edilməsini təmin etmək;

•  Növbəli məzuniyyət cədvəlinin tutulmasını təşkil etmək.

 

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR (Bilməlidir):

 

•  Quyunun müayinəsini;

• Quyuağzının sınanmasını;

• Qoruyucu kəmərlərdə zədələrin aradan qaldırılmasını;

• Kəmərdəki defektlərin örtülməsini;

• Kəmərin hermetikliyə sınanmasını;

• Quyuların sementlənməsini;

• Təcridetmə işlərini;

• Maili istiqamətlənmiş qazma işlərini;

• Quyudibinin möhkəmləndirilməsini;

• Quyudibi zonaya təsiri;

• Quyularda tutucu işlərini;

• Quyuağzı avadanlıqların sökülməsi və yığılmasını;

• Quyuların ləğvi və konservasiyasını;

• Buruq inşaası, quraşdırılması və sökülməsini;

• İşçi meydançanın salınmasını;

• Səyyar aqreqatların və qurğuların quraşdırılmasını;

• Boru kəmərlərinin istismar qaydalarını.

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

Təhsil: Bakalavriat və ya orta ixtisas təhsili
İxtisas: Müvafiq sahə üzrə
Staj: Müvafiq ixtisas sahəsi üzrə ali təhsil olduqda 2 il, orta ixtisas təhsili olduqda 5 il müvafiq sahə üzrə iş təcrübəsi.

ƏMƏK HAQQI MƏLUMATLARI:

Əmək haqqı: 1344 (aylıq vəzifə maaşı)

Əlavə: Faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.

İŞ REJİMİ:

İş qrafiki: 1 növbəli 12 saatlıq

İş saatı: 08:00-da başlayır, 20:00-da bitir.

Nahar fasiləsi: 12:00–13:00

DİGƏR MƏLUMATLAR:

Tibbi sığorta: Təmin olunur

İş yerinə çatdırılma: Bakı  şəhəri "20  yanvar" və "28 May" metrostansiyası və Badamdar qəsəbəsi "Caspian Hospital"-ın yanından iş yerinə çatdırılma mövcuddur.

 

Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud 11 288 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Son müraciət tarixi: 22.10.2026

 

 

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.