Quyuların əsaslı təmiri üzrə qazmaçı
Date: 26 okt 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
SOCAR-da karyeranıza doğru ilk addım
SOCAR-da işə qəbul prosesi elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarət şəffaf və rəqabətli seçim əsasında həyata keçirilir. Hər bir namizədin eyni vaxtda yalnız 1 aktiv müraciəti ola bilər.
ÜMUMİ MƏLUMATLAR
Vəzifənin adı: Quyuların əsaslı təmiri üzrə qazmaçı
Kateqoriya: İxtisaslı fəhlə
Dərəcə: 6
Müəssisə: SOCAR, “Azneft” İstehsalat Birliyi
Təşkilat: "Bibiheybətneft" Neft və Qazçıxarma İdarəsi
Struktur bölmə: Quyuların əsaslı və yeraltı təmiri sahəsi
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
- Möhürün endirilib və qaldırılması ilə quyunu tədqiq emək.
- Şablonun endirmək və qaldırmaq.
- Müştüyün lazımi dərniliyə endirmək və qaldırmaq.
- Yana vericini paz ilə endirmək və quyu dibində otuzdurulması üçün göstəriş vermək.
- Pazın qaldırılması üçün göstəriş vermək.
- Rayberlə işlənildiyi zamanı quyunun fontana keçməməsi üçün atqıya qarşı kiçik ölçülü avadanlığın (preventorun) siyirtməsinin bağlı olmasınına nəzarət etmək.
- Rayberlərlə pəncərinin açılması üçün maşinisitə göstəriş vermək.
- Bir şarlı baltanın endirilməsi, qazılmanın aparılması və baltann qaldırılması üçün maşinistə göstəriş vermək.
- Üç şarlı balta ilə lazımi dərinliyə qədər quyunun qazılması üçün maşinitə göstəriş vermək.
- Üç şarlı baltanın qaldırılması üçün maşinistə göstəriş vermək.
- Müvafiq diametrli düymə ilə istismar kəmərini endirmək.
- İstismar kəmərini sementlənməsində iştirak etmək.
- Sağ-sol ötürücünün açılması və qaldırılması zamanı maşinistə göstəriş vermək.
- İstismar kəmərinin içində qalmış artıq sementin quyu dibi mühərriklə qazılmasını təmin etmək.
- Freyzerlə yuyulmaya göstəriş vermək.
- İstismar kəmərini hermetikliyə yoxlamaq.
- Freyzerin qaldırılması üçün maşinistə göstəriş vermək.
- Körpüdə borulara elevatorun bağlatdırılması ilə əlaqədar göstəriş vermək.
- Qazma borunun boruya açarla bağlanmasının icra etmək.
- Elevatorun çıxarılmasının təmin edilməsi üçün göstəriş vermək.
- Endirilən və qaldırılan boruların çəki indikatoruna nəzarət edilməsini təmin etmək.
- Gil hazırlayıcı quruğunun içinə su, kimyəvi reagentlər əlavə olunması və qurğunu işə salmaq.
- Hazır gil məhlulunun çənə boşaldılmasına nəzarət və quyuya vurulması üçün nasosun hərəkətə gətirmək.
- 3.Gil dövranınn təmin olunması üçün çənlərin gillə doldurulmasına nəzarət etmək.
- Körpüyə yığılmış boruların ölçülməsi.
- Qazma boruların ümumi uzunluğunun hesablanması.
- Hər borunun uzunluğunun qeydiyyatının aparılması.
- 4. Yararsız borular barədə ustaya məlumat verilməsi.
VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR
• Quyunun müayinəsi
• Quyuağzının sınanması
• Kəmərin hermetikliyə sınanması
• Quyuların sementlənməsi
• Təcridetmə işləri
• Mali istiqamətlənmiş qazma işləri
• Boru kəmərlərinin istismar qaydaları
• Fəaliyyəti tənzimləyən daxili normativ sənədlər
KVALİFİKASİYA TƏLƏBLƏRİ
Təhsil: Orta ixtisas
İxtisas: Müvafiq sahə üzrə
Staj: Tələb yoxdur
Digər:
ƏMƏK HAQQI MƏLUMATLARI
Əmək haqqı: 6,17 (saatlıq)
Əlavə: Zərərli əmək şəraitinə görə tarif (vəzifə) maaşına 8% və faktiki işlənmiş hər iş günü üçün yemək xərcləri əvəzinə 5 AZN əlavə ödəniş verilir.
DİGƏR MƏLUMATLAR
Tibbi sığorta: Təmin olunur
İş yerinə çatdırılma: Sahil qəsəbəsi, Lökbatan, Badamdar, Bayıl qəsəbəsi, 20-ci sahə, Neftçilər, Xalqlar Dostluğu, Sahil metro stansiyaları, Babək prospektindən xidməti avtobuslarla iş yerinə çatdırılma mövcuddur.
İŞ REJİMİ
1 növbəli 12 saatlıq İş saat: 8:00-da başlayır, 20:00-da bitir.
Qeyd: Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt (azneft.ird@socar.az) ünvanına müraciət ünvanlaya, yaxud +994 (12) 521 00 00 / dax. 11 286 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Elektron poçt, faks, teleqram, telefonoqram və digər vasitələrlə təqdim edilən müraciətlər müsabiqədə iştirak üçün əsas hesab edilmir. Elektron poçt vasitəsilə göndərilən CV-lər qəbul olunmur.
Son müraciət tarixi: 28.10.2026
SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, dürüstlük və etika, komanda işi, hörmət, məsuliyyət və davamlı inkişaf dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.