Qaynaq işləri üzrə böyük mühəndis

Date: 27 okt 2026

Location: Bakı, AZ, AZ

Company: SOCAR

Vakansiyanın təsviri 7 saylı Tqb

ÜMUMİ MƏLUMATLAR

Müəssisə:              SOCAR, Neftqaztikinti tresti

Struktur vahidi:    7 saylı tikinti quraşdırma bölümü

Kateqoriya:           Aparıcı mütəxəssis

Vəzifənin adı:        Qaynaq işləri üzrə böyük mühəndis

Dərəcə:                  12

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

Qaynaq işlərinin icrasına texniki rəhbərlik edilməsi

1.Tikinti obyektlərinin qaynaq işləri hissəsinin texniki sənədlərininin hazırlanması və razılaşdırılması.
2.Qaynaq və qaynaq rejiminin texnologiyasına riayət olunmasına nəzarətin həyata keçirilməsi.
3.Qaynaq işlərində material sərfinin normalarına, avadanlıqların istismarının texniki qaydalarına riayət
olunmasına nəzarətin həyata keçirilməsi.
4.Qaynaq işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına
nəzarətin həyata keçirilməsi.
5.Qaynaq avadanlığının pasportlaşdırılması və uçotunun aparılmasının təşkil edilməsi.
6.Qaynaq işləri aparılan zaman qaynaqçıların lazımı material və sənədlərlə təmin olunmasına nəzarət
edilməsi.
7.Qaynağın mütərəqqi metodlarının işlənməsi və istehsalata tətbiqinin təşkil edilməsi.
8.Bölüm üzrə qaynaqçıların işinə metodiki rəhbərliyin həyata keçirilməsi.

Digər fəaliyyətlər

1.Qaynaq işlərinin yerinə yetirilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması zamanı əmək sərfinin
azaldılmasının təmin edilməsi.
2.Yeni qaynaq avadanlığının tətbiqi, texnologiyanın təkmilləşdirilməsi, zay olmanın aradan qaldırılması
və işlərin keyfiyyətinin yüksəldilməsi üzrə işlərin aparılması.
3.Əsasnamədən və vəzifə təlimatından irəli gələn vəzifə və funksiyaların yerinə yetirilməsi ilə əlaqədar
rəhbərliyin digər tapşırıqlarının icra edilməsi.
4.Qüvvədə olan əmək qanunvericiliyinə müvafiq olaraq əmək intizamı, həmçinin əməyin mühafizəsi,
təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət
olunması.

 

KVALİFİKASİYA TƏLƏBLƏRİ:

  • Ali təhsil (Müvafiq sahə üzrə- Təmir-tikinti üzrə).
  • Müvafiq ixtisas sahəsi üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi

 

VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİKLƏR:

Dərketmə

Detallara diqqət

Dürüstlük

Etik davranış

Məsuliyyət

Mühakimə

Nizam-intizam

Peşəkarlıq

Problem analiz etmə

Şifahi özünüifadə

Təqdimetmə

İşi təqib etmə

Yaradıcılıq

Yazılı özünüifadə

 

Microsoft Excel

Microsoft Word

 

Qaynaq işləri

Qeyri-destruktiv müayinə

Materialların mexaniki sınağı.

 

ƏMƏK HAQQI MƏLUMATLARI:

  • Əmək haqqı:        1212 azn
  • Əlavə ödənişlər:   Faktiki iş günlərinə uyğun gündəlik 5 azn yemək xərci ödənilir

 

DİGƏR MƏLUMATLAR:

  •  Tibbi sığorta:      Təmin edilir
  •   İş rejimi:             Tam iş vaxtı(həftədə 40 saat)

 

 Elanın bitmə tarixi: 29.10.2026