Proses təhlükəsizliyi üzrə aparıcı mühəndis
Date: 2 sen 2026
Location: Bakı, AZ, AZ
Company: SOCAR
Vəzifənin adı: Proses təhlükəsizliyi üzrə aparıcı mühəndis
SOCAR Downstream MMC, SƏTƏM və Proses təhlükəsizliyi departamentində Proses təhlükəsizliyi üzrə aparıcı mühəndis pozisiyası üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
-
Layihələrin erkən mərhələsindən başlayaraq SƏTƏMM və Proses Təhlükəsizliyi tələblərinin inteqrasiyasına dəstək olmaq, təhlükəsizlik üzrə dizayn fəlsəfəsinin formalaşdırılmasında iştirak etmək;• Fire Hazardous Area Classification (FHAC) və Hazardous Area Classification (HAC) işlərini aparmaq, zonalaşdırma (Zone 0/1/2, temperature class, gas group) üzrə texniki əsaslandırmalar hazırlamaq;• Proses Təhlükələri Analizi (PHA) metodologiyalarını tətbiq etmək: What-if, HAZOP, LOPA, SIL təyini və SIL verification və bu analizlər nəticəsində müəyyən edilmiş tədbirlərin izləmək;• Təhlükəsizlik funksiyaları üçün Safety Instrumented Systems (SIS) dizaynına dəstək olmaq;• SIL tələblərinə uyğunluğun yoxlamaq və verifikasiyasını həyata keçirmək;• Layihə sənədlərini (P&ID, Cause & Effect diaqramları, Safety Layout-lar, datasheet-lər və s.) proses təhlükəsizliyi baxımından texniki yoxlamaq və rəy vermək;• Təhlükəsizlik sistemlərinin baypası zamanı SORA (Safety Override Risk Assessment) prosesində iştirak etmək və risklərin idarə olunmasına nəzarət etmək;• Fire protection və gas detection sistemlərinin yerləşdirilməsi və dizayn prinsiplərinin müəyyən olunmasına dəstək olmaq;• Multi-discipline komandalarla (Process, Mechanical, Electrical, Instrumentation, Layout) sıx əməkdaşlıq edərək təhlükəsizlik tələblərinin dizayna düzgün inteqrasiyasını təmin etmək;• Layihələrin müxtəlif mərhələlərində (Concept, FEED, Detailed Design) risk əsaslı texniki qərarların qəbulunda iştirak etmək;• PSSR (Pre-Startup Safety Review) proseslərində iştirak edərək layihədən əməliyyata keçid zamanı təhlükəsizlik uyğunluğunu təmin etmək;• Proses təhlükəsizliyi hadisələri üçün RCA (Root Cause Analysis) proseslərində iştirak etmək və əldə olunan nəticələrin gələcək dizaynlara tətbiqini təmin etmək;• Gənc proses təhlükəsizliyi mühəndislərinə mentorluq etmək və texniki inkişaflarına dəstək olmaq.
Namizədə tələblər:
- Bakalavr dərəcəsi (Kimya mühəndisliyi və ya bu istiqamətdə digər ixtisaslar üzrə);
- Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi;
- İngilis dili - B2 səviyyədə;
- Sahə üzrə peşəkar sertifikatların olması üstünlükdür (TÜV Functional Safety, NFPA, NEBOSH və ya PHA üzrə sertifikatlar - HAZOP/LOPA).
Son müraciət tarixi: 23.10.2026
Qeyd: Hər bir namizədin eyni vaxtda yalnız 1 vakansiya üzrə aktiv müraciəti ola bilər. Nəzərinizə çatdırırıq ki, digər müraciətləri aşkarlanmış namizədlər avtomatik müvafiq vakansiya üzrə proseslərdən imtina ediləcəkdir.SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.
Vakansiya barədə, yaxud müsabiqə mərhələləri ilə bağlı suallar yarandığı təqdirdə, siz elektron poçt recruitment@socardownstream.az ünvanına müraciət ünvanlaya, yaxud +994512336514 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.